• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Əlləri və baxışları ilə danışan məzunlar – İnternat məktəbinin duyğusal “Son zəng”i – REPORTAJ

gundem / manset / Təhsil

14-06-2025, 19:14

Əlləri və baxışları ilə danışan məzunlar – İnternat məktəbinin duyğusal “Son zəng”i – REPORTAJ
Bu gün “Son zəng”dir. Amma bu gündə biz adi məktəbə deyil, xüsusi qayğıya ehtiyacı olan uşaqların oxuduğu təhsil ocağına – 3 nömrəli Respublika xüsusi internat məktəbinə yollandıq.

Eşitmə və danışma məhdudiyyətli uşaqların təhsil aldığı məktəbin həyəti bayram ab-havasında idi. Rəngarəng şarlar, şagirdlərin öz əlləri ilə hazırladığı lövhələr bu məkanı duyğularla dolu bir məkana çevirmişdi.

Amma burada bir fərqlilik vardı...

Bu məktəbin həyəti nə şagirdlərin sevinc dolu gülüş səsləri, nə də hay-küyləri ilə dolu idi. Burada sadəcə bu gözəl günlərinin həyəcanını səssizcə yaşayan məzunlar vardı. Burada səmimiyyət danışır, hər hərəkət öz dilini tapırdı. Hər tərəfdə bir duyğu, hər baxışda bir hekayə vardı. Uşaqlar bir-biri ilə adi sözlərlə deyil, əl işarələri və baxışlarla ünsiyyət qururdular.
Məktəbin məzunları üçün təşkil olunan “Son zəng” tədbiri onların həyatında həm kövrək bir vidalaşma, həm də yeni üfüqlərə açılan yolun başlanğıcı idi.
Tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başladı.

Məktəbin direktoru Tariyel Əkbərov bu günü qürurverici adlandıraraq bildirib ki, artıq işğaldan azad edilmiş ərazilərdəki təhsil müəssisələrində də “Son zəng” keçirilir. Buna görə ölkə rəhbərliyinə dərin minnətdarlığını bildirən T.Əkbərov qeyd edib ki, bu məktəbdə hazırda 555 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 181 müəllim və 162 tərbiyəçi məşğul olur. Bu il məktəbin 49 məzunu var. Onların 10-dan çoxu kollecə sənəd vermək istəyir. Digər şagirdlər də təhsillərini davam etdirmək niyyətindədir.
Direktor çıxışında bu günün məzunlar üçün həm sevincli, həm də kədərli olduğunu vurğulayıb, XI sinif şagirdlərini təbrik edib və onlara müstəqil həyat yollarında uğurlar arzulayıb.
Məzunları təbrik edən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Xüsusi təhsil sektorunun müdiri Anar Xələfov bildirib ki, hər bir məzunun qazandığı bilik və bacarıqlar gələcəkdə onun cəmiyyətə uğurlu inteqrasiyasına zəmanət verir: “Məzunların əksəriyyətinin peşə və orta ixtisas təhsili müəssisələrində təhsillərini davam etdirməsi sevindirici haldır. Bu, onların gələcəkdə daha yaxşı mövqelərə yiyələnməsinə imkan yaradacaq”.

Sektor müdiri həmçinin vurğulayıb ki, ölkədə sağlamlıq imkanları məhdud uşaqların təhsili ilə bağlı mühüm islahatlar həyata keçirilir: “Artıq inklüziv təhsil imkanları genişləndirilir və uşaqların yaşadıqları əraziyə yaxın məktəblərdə təhsilə cəlbi nəzərdə tutulub. Ölkənin 67 məktəbində inklüziv təhsil təşkil olunub, növbəti tədris ilindən isə bu siyahıya əlavə 24 məktəb daxil ediləcək. Bu proses həm Bakı şəhərini, həm də regionları əhatə edəcək. Hazırda 333 şagird inklüziv təhsil mühitində oxuyur, 12 minə yaxın sağlamlıq imkanları məhdud uşaq isə xüsusi təhsil alır”.
Anar Xələfov qeyd edib ki, növbəti illərdə inklüziv təhsilə cəlb edilən məktəblərin sayı artırılacaq və uşaqlar yaşadıqları ərazilərdəki məktəblərdə təhsilə cəlb olunacaqlar: “Son illər bu sahədə aparılan maarifləndirmə işləri nəticəsində valideynlər artıq uşaqlarını gizlətməyə çalışmır, əksinə, onların sosial inteqrasiyası və ümumi xidmətlərdən yararlanması üçün daha çox təşəbbüs göstərirlər”.

45 ilini bu məktəbə həsr edən müəllim…
Tədbirdə “Fəxri fərman”la təltif olunan müəllimlərdən biri - Məlahət Əhmədova 45 ilini bu məktəbə həsr edib. Bu gün isə o, Məzun Günündə təqaüdçü kimi iştirak edirdi: “Bura mənim ilk iş yerim idi. İşlədikcə onların dilini öyrəndim, defektoloq kurslarına getdim. Burada işləmək məsuliyyətli və çətindir, amma bir o qədər də qürurvericidir. Uşaqlara oxumağı, yazmağı öyrətmək, onların həyatında dəyişiklik yaratmaq bizim ən böyük mükafatımızdır”.
Ananın fədakarlığı – müəllimliyə aparan yol…

Gülnarə Nəzirova bu məktəbdə 20 ildən artıqdır ki, çalışır. Onun müəllimliyə gəliş yolu isə təsirli bir həyat hekayəsidir. Eşitmə və danışma məhdudiyyətli iki övladının təhsilinə görə oxuduğu “Memarlıq” ixtisasını bir kənara qoyaraq “Təsviri incəsənət” müəllimi olmağa qərar verib: “2003-cü ildə övladlarımı bu məktəbə gətirdim. Qərara gəldim ki, mən də onların yanında olmalıyam. Onlar təhsil aldılar, imtahanlardan yüksək bal topladılar və bu məktəbdə müəllim kimi fəaliyyətə başladılar. İndi hər ikisi bu məktəbdə rəsm dərsi deyir. Bütün bu əl işləri, rəsmlər onların şagirdlərinin işləridir. Mən müəllimlik yolunu seçdiyim üçün heç peşman deyiləm”.
“Bu məktəb mənim ailəm oldu”
11 “b” sinfinin məzunu Nərgiz Piriyeva tədbirin ən parlaq simalarından idi. Rəssamlığa böyük marağı olan, eyni zamanda, “Modelyer-dərzi” ixtisası üzrə sertifikat alan Nərgiz artıq iş təklifi də alıb. Ailəsinin bütün üzvləri eşitmə və danışma məhdudiyyətlidir. O, tədbirdə işarə dili tərcüməçisi vasitəsilə öz fikirlərini belə paylaşdı: “Bu məktəb mənim ailəm oldu. Mən burada dost tapdım, xəyallar qurmağı öyrəndim. Gələcəkdə rəssam olmaq istəyirəm”.

Ən yüksək nəticə göstərən məzun

11 “f” sinfinin məzunu Ramin Fətullayev məktəbin buraxılış imtahanında ən yüksək nəticəni göstərərək 130 bal toplayıb. O da gələcəkdə dizayner olmaq istəyir. Müəllimləri onun biliyinə, əzminə və nizam-intizamına görə fəxr etdiklərini bildirirlər.
Valideynlərin səmimi təşəkkürü…
Tədbirdə valideynlər də duyğularını gizlədə bilmədilər. Əsra Zeynalovanın anası Nübar Zeynalova deyir ki, bu məktəb qızına özünüifadə etməyə imkan verdi: “Onun burada gördüyü dəstəyi başqa heç bir yerdə görə bilməzdik. Bu “Son zəng” bizim ailəmiz üçün ömürlük bir xatirəyə çevrildi”.
Beləliklə, bu məktəbdən ayrılırıq. Bu tədbir bir daha sübut etdi ki, səssizlik heç də susmaq demək deyil. Bu uşaqların içində danışan arzular, yaradıcı bacarıqlar və möhkəm iradə var.

Oxunub: 11
Paylaş:
Digər xəbərlər

gundem / manset

11-03-2023, 10:53

MM-in komitə sədri: “Qüsurlu uşaqlar”, “internat məktəbi” kimi sözlər artıq işlədilməyəcək”

gundem / ust / manset

14-06-2025, 13:32

Bu gün Azərbaycanda “Son zəng”dir

gundem / ust / manset

3-10-2024, 19:31

Sevinc Abidinova Binəqədi rayonu 335 saylı məktəbin musiqi müəllimi, şagirdləri ilə dərs zamanı musiqinin gözəlliklərini onlara aşılamağa çalışır.

gundem / ust / manset

21-09-2024, 20:44

219 nömrəli məktəb bağlanır? - Rəsmi açıqlama

gundem / ust / manset

25-04-2025, 15:54

3 saylı respublika xüsusi internat məktəbində yanğın

ULUSƏS TV
Son xəbərlər
  • Bu gün, 12:38
    Venesuelaya 5 milyon avro ayırdılar
  • Bu gün, 12:34
    İranın hücumuna görə BMT-yə çağırış etdilər
  • Bu gün, 12:31
    Polis motosikleti təhlükəli sürən şəxsi saxladı
  • Bu gün, 12:27
    Xəstəliyi ilə bağlı bunları yazdı - “Heç nə kömək etmir...”
  • Bu gün, 12:04
    FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirildi
  • Bu gün, 12:00
    Ermənistana Azərbaycandan tranzit keçməklə 11 vaqon buğda göndərildi
  • Bu gün, 11:42
    Keçmiş daxili işlər nazirinin müavini, polkovnik Natiq Məmmədağa oğlu Talıbov vəfat edib
  • Bu gün, 11:33
    DÇ-də 1/16 finalın bütün cütləri bəlli oldu - Siyahı
  • Bu gün, 11:25
    Hüquqşünasın gündəliyi: Bir uşağın cavabı
  • Dünən, 13:50
    Prezidentin qızları bulvarda festivalda
  • Dünən, 13:44
    Səhər bu 5 qaydaya əməl edin, gününüz tam dəyişsin
  • Dünən, 13:41
    60 il öz əlində təcrübə aparan alim sübut etdi
  • Dünən, 13:36
    Rəngli yuxuları kişilər, yoxsa qadınlar görür?
  • Dünən, 13:32
    Leandro Andrade də “Qarabağ”dan getdi - Rəsmi
  • Dünən, 13:29
    Binəqədidə yol çökdü, sürücülər çətin vəziyyətə düşdü
  • Dünən, 11:52
    Tapdıq Əlibəyli - 65
  • Dünən, 11:41
    Əmək və Sosial Münasibətlər Akademiyasında məzun günü
  • Dünən, 11:36
    Leyla və Arzu Əliyevalar Dənizkənarı Milli Parkda
  • Dünən, 11:30
    “Təəssüf ki, ürək parçalayan xəbər gəldi, inanmaq istəmədim”
  • Dünən, 11:25
    Nəriman Həsənzadənin vəziyyəti açıqlandı
  • Dünən, 11:16
    Putin miqrantlarla bağlı qanunu imzaladı
  • 26-06-2026, 19:30
    Vətən müharibəsi qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin Baş giziri Zaur Ələkbərov bu gün sizin gününüzdü
  • 26-06-2026, 17:19
    Qalib gəldi ədalət!
  • 26-06-2026, 16:19
    26 İyun – Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü
  • 26-06-2026, 15:53
    Qalib ordunun şanlı salnaməsi
  • 26-06-2026, 15:45
    Səni tanımaq bizə çox xoş oldu, əziz QARDAŞIMIZ!
  • 26-06-2026, 14:59
    Vətənə sədaqətin əbədi ünvanı – İtkin döyüşçü Elşən Zakir oğlu Əsgərovun şərəfli ömür yolu
  • 26-06-2026, 12:55
    Yaponiyada yenidən güclü zəlzələ oldu
  • 26-06-2026, 12:50
    Bakıda II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu bədii hissə ilə bitdi
  • 26-06-2026, 12:46
    “Azərbaycan Ordusu güclü dövlətçiliyimizin və milli təhlükəsizliyimizin möhkəm təməlidir”
  • 26-06-2026, 12:41
    Şanlı tarixdən Böyük Zəfərə aparan ordu
  • 26-06-2026, 12:34
    Vətən müharibəsi iştirakçısı vəfat etdi
  • 26-06-2026, 12:30
    “Azər Türk Bank”ın şəhid əməkdaşı ordenlə təltif edildi
  • 26-06-2026, 12:27
    “Narkotik asılılığı qarşısı alına və müalicə oluna bilən xəstəlikdir”
  • 26-06-2026, 12:24
    Ordumuz gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə