• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

İTV-dən Kənan MM-in iddialarına cavab

gundem / manset

1-07-2025, 11:05

İTV-dən Kənan MM-in iddialarına cavab
Aktyor-rejissor Kənan Mahmudov (Kənan MM) İTV rəhbərliyini monopoliya yaratmaqda ittiham edib. Sosial şəbəkə hesabında mütəmadi olaraq bu kanalla bağlı paylaşımlar edən Kənan MM bildirib ki, telekanal rəhbərliyi yalnız öz tanışlarından layihələri qəbul edir, digər rejissorları isə yaxına buraxmır. Onun bu barədə paylaşımlarına aktyor Hikmət Rəhimov da dəstək verib. Tanınmış sənətçi də bildirib ki, İTV rəhbəri Balaş Qasımov yaradıcı məsələlər üzrə Baş direktorun köməkçisi Yalçın Verdiyevi telekanaldan uzaqlaşdırmalıdır. Onun sözlərinə görə, Y.Verdiyev öz ətrafını İTV-də toplayıb.​

Telekanaldan isə “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, İctimai Televiziya və Radio Yayımları Şirkətində hər hansı inhisarçılıq halları mövcud deyil və prinsip etibarilə belə bir vəziyyət mümkün də deyil:

“Şirkətdə seriallar və sənədli filmlər üzrə qərar verilməsi aşağıdakı mərhələlər üzrə aparılır. Ssenari prodüser və ya rejissordan qəbul edilir.

Daha sonra onun dəyərləndirilməsi aparılır. Bu proses 3 meyar üzrə həyata keçirilir:

-Məzmunun orijinallığı, onun ictimai maraq və əhəmiyyət kəsb etməsi;
-Ssenarini təqdim edən rejissor və ya prodüserin indiyədək ərsəyə gətirdiyi işlərin keyfiyyəti, peşəkar təcrübəsi;
-Layihənin reallaşması üçün nəzərdə tutulan ehtimal olunan büdcə

Bu meyarların hər biri bizim üçün önəmlidir və seçim üçün təqdim edilən ssenari bunların hər birinə cavab verməlidir. Sənədli film və serial istehsalı üçün ayıra bildiyimiz büdcə məhdud olduğundan Şirkət bu seçimə çox dəqiq yanaşır. İndiyə qədər İctimai Televiziya bir sıra rejissorlarla uğurlu iş birliyi nəticəsində onlarla layihə həyata keçirib. Bu layihələr İctimai Televiziyanın auditoriyası tərəfindən bəyənilib və cəmiyyətdə geniş rezonansa səbəb olub.
Eyni zamanda, İctimai TV ölkədə yaradıcılıq mühitinin təşviqi üçün hətta öz efirində yayımlanmayacaq filmlərin belə çəkilişlərinə texniki və təşkilati dəstək verib.

Kənan Mahmudovun təqdim etdiyi ssenarinin qəbul edilməməsi məsələsinə gəldikdə, istənilən rejissor öz layihəsini ən uğurlu və yaxşı hesab edə bilər. Lakin bu o demək deyil ki, onun irəli sürdüyü layihə İctimai Televiziyanın yuxarıda göstərilən meyarlarına digər təqdim olunan ssenarilərdən daha çox uyğun gələcək. Onu da vurğulamaq istəyirik ki, İctimai TV-yə təklif olunan ssenarilərin sayı kifayət qədər çoxdur. Bu da bir tərəfdən rejissor və prodüserlərin bizə etibarından, digər tərəfdən isə İTV-nin bu sahədə yüksək nüfuzundan xəbər verir. Onu da qeyd edək ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti istehsala qəbul etdiyi layihələrə görə hər bir mərhələdə (ssenarinin qəbulu, filmin hazırlanması və yayımı) məsuliyyət daşıyır. Bu sahədə istənilən uğur və ya müvəffəqiyyətsizlik İTV-nin məsuliyyətidir. Bu məsuliyyəti biz daşıyırıqsa, hansı filmin istehsal ediləcəyi ilə bağlı da yekun qərar vermək hüququ məhz bizə məxsusdur.

Xüsusilə vurğulayırıq ki, bu günədək heç bir yaradıcı şəxsə layihəsinin reallaşdırılacağı ilə bağlı əsassız vədlər verilməyib.

Ssenarisi İctimai Televiziyada qəbul edilməyən rejissorlar layihələrini ölkədə fəaliyyət göstərən digər televiziya kanallarına təqdim etməkdə tam sərbəstdirlər. Televiziya kanallarının auditoriyası müxtəlifdir və ola bilər ki, İTV-nin öz parametrləri əsasında uyğun saymadığı layihə digər kanala və onun auditoriyasına uyğun olsun. Hesab edirik ki, bu cür rəqabət mühitinin mövcudluğu həm televiziyaların, həm də prodüser və rejissorların daha da inkişaf etməsinə şərait yaradacaq. Biz hər bir yaradıcı insana işində müvəffəqiyyət arzu edirik. İctimai Televiziya fəaliyyətinə dair hər bir vətəndaşın fikrini sərbəst şəkildə ifadə etmək hüququnu tanıyır və bu hüququ dəstəkləyir. Hüquqlarının pozulduğunu hesab edən istənilən vətəndaş, o cümlədən yaradıcı şəxslər, bununla bağlı qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq instansiyalara, eləcə də məhkəməyə müraciət edə bilər. Bununla yanaşı, ictimai müzakirələr zamanı qarşı tərəfin ləyaqət və işgüzar nüfuzuna xələl yetirilməməlidir. İctimai Televiziya da öz işgüzar nüfuzunun müdafiəsini qanunvericilik çərçivəsində təmin etmək hüququnu özündə saxlayır”.

Oxunub: 1
Paylaş:
Digər xəbərlər

sosial / manset

12-10-2024, 11:38

Kənanın atası onun dənizdə batmağına inanmır - “Bilmirəm, kimə qoşulub...”

gundem / ust / manset

20-03-2024, 13:55

Bakıda beş uşaq atası olan aktyor İNTİHAR ETDİ

gundem / ust / manset

27-10-2024, 11:46

İsrail İranı vurdu: Böyük savaş olacaqmı? (ŞƏRH)

gundem / manset

22-11-2024, 10:55

Milli Məclisdə yeni təyinatlar

gundem / manset

10-08-2023, 10:50

Prezidentin köməkçisi anti-Azərbaycan hesabatı hazırlayan vəkilin ittihamlarına cavab verib

ULUSƏS TV
Son xəbərlər
  • Dünən, 20:09
    Türkiyə Uluslararası Elmlər Akademiyasının fəxri professoru, hüquq elmləri üzrə fəlsəfə doktoru və tanınmış şair Raqif Nazimoğlunun təqdimatında
  • Dünən, 19:37
    QHT sədri İmişli rayonunda 70 aztəminatlı ailənin uşaqlarına məktəb geyimləri və ləvazimatlarə təqdim edib
  • Dünən, 10:39
    Avropada yeni təhdid - Yeniyetmələrdən necə istifadə olunur?
  • Dünən, 10:36
    Kayak və kanoeçilərimiz Minskdə beynəlxalq yarışda iştirak edəcəklər
  • Dünən, 10:31
    Aleksandr Şarovski vəfat etdi
  • Dünən, 10:26
    “Azeri Light”ın qiyməti 108 dolları ötdü
  • Dünən, 10:23
    “Volvo” dünyanın ən etibarlı avtomobil markaları sırasındadır - Mükəmməllik standartı
  • Dünən, 10:17
    “Qalatasaray” “Sportinq”ə qarşı - ÇL-də günün oyunları
  • Dünən, 10:12
    Paytaxtın 7 yolunda sıxlıq var
  • Dünən, 10:08
    Rusiyada antibiotiklərə davamlı vərəm ştammı aşkar edildi
  • 8-09-2026, 10:13
    Bakı-Qazax magistralında avtomobil aşdı - Ölənlər var-Yenilənib
  • 8-09-2026, 10:09
    Generala ağır itki
  • 8-09-2026, 10:05
    Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
  • 8-09-2026, 10:03
    Fransada dəhşətli tornado - Anbaan görüntülər
  • 8-09-2026, 10:00
    Dəmiryoluna qəfil çıxan gənci qatar vurub öldürdü - Yenilənib
  • 8-09-2026, 09:57
    Bu yollarda tıxac var - Siyahı
  • 8-09-2026, 09:54
    İran Rusiya ilə birgə yeni AES tikmək istəyir
  • 8-09-2026, 09:51
    “Hörmüz boğazı tam blokadaya alına bilər” - İrandan ABŞ-yə hədə
  • 8-09-2026, 09:48
    3 günlük atəşkəs başa çatdı
  • 8-09-2026, 09:44
    AfD Almaniyada qadağan edilə bilər
  • 7-09-2026, 10:36
    2 mindən çox gənci bir araya gətirən “Yay Fest 2026”ı yekunlaşıb
  • 7-09-2026, 10:04
    Həftəyə tıxacla başladıq
  • 7-09-2026, 09:56
    İkiqat Azərbaycan çempionu 52 yaşında vəfat etdi
  • 7-09-2026, 09:52
    Bu ərazilərdə işıq olmayacaq
  • 7-09-2026, 09:49
    Adlarının haqqını bir də verdilər - “Filenin sultanları”
  • 7-09-2026, 09:45
    Şəmkirdə evdən kişi meyiti tapıldı
  • 7-09-2026, 09:41
    “Qarabağ”dan çətin qələbə
  • 7-09-2026, 09:37
    Koxalski “Qarabağ”dan ayrılır - Azarkeşlərlə sağollaşdı
  • 7-09-2026, 09:34
    “Haqqınızı halal edin, vəziyyətim yaxşı deyil”
  • 7-09-2026, 09:31
    51 yaşlı kişini maşın vurub öldürdü
  • 6-09-2026, 19:21
    “Məktəbli məktəbinə getsin” – gələcəyimiz olan uşaqlara dəstək
  • 6-09-2026, 12:10
    Prezident Esvatini Kralını təbrik etdi
  • 6-09-2026, 12:06
    Faktiki hava açıqlandı
  • 6-09-2026, 12:01
    Yağış, sel, güclü külək... - FHN-dən müraciət
  • 6-09-2026, 11:58
    Ağ Ev Moskvadakı danışıqlarla bağlı şərh verdi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə