• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Azərbaycanın Xalq Artisti Yevgeniya Nevmerjitskaya – 60 illik səhnə yubileyi təntənə ilə qeyd olundu. VİDEO

gundem / medeniyyet

14-10-2025, 21:25

Azərbaycanın Xalq Artisti Yevgeniya Nevmerjitskaya – 60 illik səhnə yubileyi təntənə ilə qeyd olundu. VİDEO
Xezertv.info xəbər verir ki, oktyabrın 12-də Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında ölkəmizin teatr sənətinin görkəmli nümayəndələrindən biri, Azərbaycanın xalq artisti Yevgeniya Stepanovna Nevmerjitskayanın yubileyinə və səhnə fəaliyyətinin 60 illiyinə həsr olunmuş möhtəşəm tədbir keçirilib. Bu əlamətdar gün həm sənətsevərlər, həm də mədəniyyət ictimaiyyəti üçün böyük bayram ab-havasında keçib.
Tədbir məşhur aktrisanın baş rolda çıxış etdiyi “Afina axşamları” tamaşasının nümayişi ilə başlayıb. Tamaşa zamanı teatr salonunda səmimi və emosional bir mühit hökm sürüb, sənətsevərlər xalq artistinin yüksək peşəkarlıqla təqdim etdiyi obrazın dərin psixoloji çalarlarını böyük heyranlıqla izləyiblər. Tamaşadan sonra səhnədə yubiley mərasimi keçirilib.
Mərasimdə Azərbaycan Mədəniyyət Nazirliyinin nümayəndələri, teatr xadimləri, sənət dostları, tələbələr və Yevgeniya Nevmerjitskayanın çoxsaylı pərəstişkarları iştirak ediblər. Tədbirdə çıxış edən Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının baş rejissoru, Azərbaycanın xalq artisti Aleksandr Yakovleviç Şarovski sənətkarın Azərbaycan teatr sənətindəki misilsiz xidmətlərindən danışıb. O qeyd edib ki, Yevgeniya Nevmerjitskaya yarım əsrdən artıq bir dövr ərzində səhnədə yüzlərlə obraz yaradaraq teatr tariximizdə silinməz iz buraxıb: “Yevgeniya Stepanovna teatrımızın canlı salnaməsidir. O, gənc aktyorlar üçün bir məktəb, səhnə mədəniyyətinin nümunəsidir. Onun sənətə olan sevgisi və peşəsinə sədaqəti hər birimiz üçün örnəkdir.”
Tədbir çərçivəsində aktrisaya Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının buketi, xüsusi hazırlanmış yubiley kitabçası və Azərbaycan Mədəniyyət Nazirliyinin qiymətli hədiyyələri təqdim olunub. Yubiley kitabçasında xalq artistinin həyat yolu, yaradıcılıq fəaliyyəti, səhnədə yaratdığı unudulmaz obrazlar və həmkarlarının onun haqqında fikirləri əksini tapıb.
Yevgeniya Nevmerjitskaya təşəkkür nitqində bildirib ki, Azərbaycan teatrı onun evi, tamaşaçılar isə onun həyatının ayrılmaz bir parçasıdır: “Bu illər ərzində mən səhnədə yaşadım, obrazlarla nəfəs aldım. Teatr mənim ailəmdir. Bu gün burada mənə göstərilən sevgi və diqqət üçün hamınıza dərin minnətdarlığımı bildirirəm.”
Tədbirin sonunda teatr kollektivi və tamaşaçılar xalq artistini alqışlarla yola salıblar. Bu yubiley yalnız bir sənətkarın yaradıcılıq yoluna verilən dəyər deyil, həm də Azərbaycan teatr mədəniyyətinə, səhnə sənətinə göstərilən hörmətin təzahürü idi.
Yevgeniya Stepanovna Nevmerjitskaya altmış illik fəaliyyətində Azərbaycan teatrının inkişafına əvəzsiz töhfələr vermiş, bir çox tamaşalarda yadda qalan, təsirli və dərin mənalı obrazlar yaradaraq tamaşaçıların sevgisini qazanmışdır. Onun sənətə olan fədakarlığı, səhnədəki peşəkarlığı və insani keyfiyyətləri bu gün də gənc aktyorlar üçün bir məktəb rolunu oynayır.
Xalq artistini yubileyi və sənət fəaliyyətinin 60 illiyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, yaradıcılıq uğurları və uzun ömür arzulayırıq.

Fərid Faiqoğlu
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Oxunub: 2
Paylaş:
Digər xəbərlər

medeniyyet / manset

25-05-2024, 18:57

Xalq artisti vəfat etdi

gundem / manset

30-04-2023, 13:00

Xalq artisti Aftandil İsrafilovla vida mərasimi keçirilib

gundem / medeniyyet / ust / manset

15-08-2023, 13:45

Bu gün Xalq artisti Afaq Bəşirqızının doğum günüdür

gundem / ust / manset

5-09-2023, 11:34

Xalq artisti Səyavuş Aslanın doğum günüdür

gundem / medeniyyet / ust / manset

20-03-2024, 14:25

“Moşu” yubiley yaşında

ULUSƏS TV
Son xəbərlər
  • Dünən, 21:57
    Turistlər aldadılır? – Saf Travel şirkəti və Nabran turu ilə bağlı ciddi iddialar araşdırılmalıdır
  • Dünən, 20:48
    Namidə İsayeva yeni vəzifəyə təyin olundu
  • Dünən, 14:05
    Qax Günləri – Qədim irsin, zəngin mədəniyyətin və müasir inkişafın bayramı
  • Dünən, 12:29
    Əhmədlidə torpaq uçqunu - Maşınlara zərər dəydi
  • Dünən, 12:24
    Süni intellekt oğruları
  • Dünən, 11:43
    Bu yerlərdə mənzillərin kvadratı 7 min oldu
  • Dünən, 11:27
    Qarpız bu şəxslər üçün zərərlidir
  • Dünən, 11:17
    Ölkə xaricinə köçən şəxslər niyə xəstəlik tapırlar?
  • Dünən, 11:11
    Həbsxanaları timsahlarla mühafizə etmək planı - Qalmaqal yaratdı
  • Dünən, 11:03
    SSRİ bayrağına görə həbs olunanlardan biri Elçin Bayramlı imiş
  • Dünən, 10:56
    Başına 5 milyon dollar qoyulan “Ponço” belə həbs edildi
  • Dünən, 10:51
    Bu 3 ölkə İrana qarşı döyüşməkdən imtina etdi - XİN rəsmisi açıqladı
  • 2-08-2026, 13:14
    Azərbaycan–Qırğızıstan münasibətləri Orta Dəhlizin inkişafına təkan verir
  • 2-08-2026, 12:34
    ABŞ vətəndaşı peyvəndi olmayan nadir virusa yoluxdu
  • 2-08-2026, 12:29
    Paşinyan istefa verdi - Yeni hökumət formalaşdırılır
  • 2-08-2026, 12:23
    Kartdan-karta köçürmələrə limit qoyuldu
  • 2-08-2026, 12:16
    Trampın Ukrayna danışıqları ilə bağlı qərarı - Açıqlandı
  • 2-08-2026, 12:12
    Sloveniya Prezidenti qəzaya düşdü
  • 2-08-2026, 12:02
    İkram Kərimov vəfat etdi
  • 2-08-2026, 11:58
    Bu gün imtahan var
  • 2-08-2026, 11:54
    İrana hücumu ləğv etdi
  • 2-08-2026, 11:50
    “Onunla ilk görüşə çamadanla getdim”
  • 2-08-2026, 11:47
    Qvardiolanın da çıxış etdiyi klub müflis elan olundu
  • 1-08-2026, 19:45
    Yardımlı rayonunun Mirimli kəndində şəhidlərin xatirəsi anıldı
  • 1-08-2026, 15:53
    Ağstafa rayonu Həsənsu kənd sakini susuzluqdan od püskürdü! VİDEO FAKT...
  • 1-08-2026, 12:37
    Poylu, başın sağ olsun! Salam, Göy adamı...
  • 1-08-2026, 12:06
    Bayram Məmmədovun anası öldürüldü - Şübhəli qardaşıdır
  • 1-08-2026, 12:00
    Bu ölkə vətəndaşlarına vizasız rejim tətbiq edildi - 30 gün qala biləcəklər
  • 1-08-2026, 11:56
    “Məqsəd həkimləri cəzalandırmaq deyil...”
  • 1-08-2026, 11:48
    “9 ildir ki, Bakıda, ata evimdə yaşayıram” - Sevil Əliyeva
  • 1-08-2026, 11:44
    Prezident həmkarını təbrik etdi
  • 1-08-2026, 11:39
    Fransa İspaniya ilə sərhəddə təhlükəsizlik qüvvələri yerləşdirdi
  • 1-08-2026, 11:35
    “Azeri Light”ın qiyməti yenə 100 dolları ötdü
  • 1-08-2026, 11:31
    Bu binada cəmi 5 ailə qalıb - Onlar da şikayətçidir
  • 1-08-2026, 11:27
    Tanınmış aşığın nəvəsi vəfat etdi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə