• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Dələduzluqda ittiham olunanın şikayəti əsasında həbs edilən şəxsə bəraət verildi

gundem / ust / manset

25-11-2025, 17:41

Dələduzluqda ittiham olunanın şikayəti əsasında həbs edilən şəxsə bəraət verildi
Yüksək rütbəli və səlahiyyətli məmurların adından istifadə edərək, onlarla şəxsi aldadaraq əmlaklarını qanunsuz yollarla ələ keçirdiyi iddia olunan Zaqatala rayon sakini İsa Abdullayevin şikayəti üzrə İsmayılov Zaur Calal oğluna qarşı Şəki Apellyasiya Məhkəməsinin çıxardığı qərar Ali Məhkəmə tərəfindən ləğv edilib.

Yenicag.az xatırladır ki, İsmayılov Zaur 2023-cü ilin yanvar ayında 500 min manata yaxın pulunun İsa Abdullayev tərəfindən dələduzluq yolu ilə ələ keçirilməsinə dair hüquq mühafizə orqanlarına şikayət edib.

Bununla bağlı əlində olan və İsanın ondan pul almasını sübut edən bütün dəlilləri də hüquq mühafizə orqanlarına təqdim edib. Daha sonra Abdullayev İsa da İsmayılov Zaura banka depozit qoymaq adı ilə 2018-ci ildə 81 min manat pul verdiyini iddia edərək şikayəçi olub. Zaurun şikayətinə baxılmadığı halda, İsanın şikayəti üzrə cinayət işi açılaraq İsmayılov Zaur Calal oğlu Şəki Ağır Cinayətlər Məhkəməsi tərəfindən 5 il 6 ay azadlıqdan məhrum edilib. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmündən verilmiş şikayət də Şəki Apellyasiya Məhkəməsi tərəfindən dəyişdirilməyərək qüvvədə saxlanılıb.

Şəki Apellyasiya Məhkəməsini qərarından Zaur İsmayılovun vəkili Hacızadə Yalçın tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmədə baxılaraq Şəki Apellyasiya Məhkəməsinin qərarı ləğv edilib. Ali Məhkəmə öz qərarında göstərib ki, Şəki Apellyasiya Məhkəməsini qərarı ədalətsizdir, iş lazımi şəkildə araşdırılmayıb. Ali Məhkəmə qeyd edib ki, hazırkı cinayət işi üzrə məhkəmə araşdırması zamanı toplanmış sübutları yoxlayaraq, bir-biri ilə müqayisə edərək bildirir ki, sübutları qiymətləndirmək məhkəmələrin vəzifəsi olmasına baxmayaraq, aşağı instansiya məhkəmələri bu vəzifəni CPM-in tələblərinə uyğun olaraq yerinə yetirməmiş və nəticədə əsaslandırılmamış qərar qəbul edib.

Məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək həmçininin aşağıdakıların qeyd edilməsini vacib hesab edib. Belə ki, hazırkı iş üzrə ittiham tərəfinin və məhkəmələrin istinad etdiyi iki sübut növü mövcuddur:

1. Zərərçəkmiş şəxs İsa Abdullayevin ifadələri;

2. Üzərində bank möhürü olan qəbzlər.

Zərərçəkmiş şəxsin istər ibtidai istintaq zamanı, istərsə də birinci instansiya məhkəməsində vermiş olduğu ifadələrdən, verilmiş suallara verdiyi cavablardan görünür ki, cinayət işinin mühüm halları ilə bağlı zərərçəkmiş şəxs müxtəlif məzmunlu ifadələr verir. Belə işin materiallarının təhlilindən görünür ki, zərərçəkmiş şəxs İ.Abdullayev istər pul vəsaitlərinin məhkum Z.İsmayılova verdiyi yerləri, istərsə də bank qəbzlərini məhkum Z.İsmayılovdan aldığı yerləri hər dəfə fərqli şəkildə göstərib. Birinci instansiya məhkəməsi də qəbul etdiyi hökmün 10-cu vərəqəsində bu məsələyə münasibət bildirərək zərərçəkmiş şəxs İ.Abdullayevin ibtidai istintaq və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələr arasında ziddiyyətlər olduğunu göstərmiş, lakin hökmün əsaslandırması zamanı bu vacib məsələyə heç bir münasibət bildirməmiş, hansı ifadəyə və hansı səbəbdən üstünlük verməsini göstərməyib. Hətta birinci instansiya məhkəməsinin iclasında iştirak edən zərərçəkmiş hüquqi şəxs “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin nümayəndəsi Rasim Bədulov da zərərçəkmiş şəxsin səmimi olmadığını bildirib.

Bundan əlavə, məhkum Z.İsmayılova qarşı irəli sürülmüş ittihamdan görünür ki, zərərçəkmiş şəxs məhkuma pulları 2018-2019-cü illərdə verib və zərərçəkmiş şəxs 2023-cü ildə, pul verdiyi tarixdən 5 il sonra prokurorluğa şikayət ərizəsi ilə müraciət edib. Məhkum da həmin qəbzləri ilk dəfə prokurorluqda gördüyünü bildirib. Cinayət işinin materiallarından da görünür ki, zərərçəkmiş şəxs İ.Abdullayev bizneslə məşğul olan şəxsdir, bankda hesabları var, kredit götürüb. Yəni bank fəaliyyəti, depozit, faiz, divident kimi məfhumlardan və həmin məfhumların ifadə etdiyi mənalardan kifayət qədər məlumatlı şəxsdir. Lakin keçən 5 illik müddət ərzində 81 min manat puldan heç bir divident, faiz, gəlir əldə etməyən şəxsin hansı səbəbdən vaxtında bankın səlahiyyətli nümayəndələrinə müraciət etməməsi, öz haqqını və pulunu tələb etməməsi halı onun ifadəsini və iş üzrə toplanmış sübutları hərtərəfli, tam və obyektiv şəkildə qiymətləndirmək üçün zəruri şərt olmasına baxmayaraq, bu hal, məhkəmələrin araşdırma və qiymətləndirmə predmeti olmayıb, məhkəmə qərarlarında (hökm və yekun qərar) bu mühüm məsələyə heç bir münasibət bildirilməyib.

Ali Məhkəmə yekun olaraq Şəki Ağır Cinayətlər Məhkəməsinin 2025-ci il 14 yanvar tarixli, 1(091)-5/2025 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.1 və 313-cü maddələri ilə təqsirli bilinib məhkum edilmiş İsmayılov Zaur Calal oğlu barəsində olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 26 may tarixli, 1(107) 124/2025 nömrəli qərarının, məhkumun müdafiəçisinin kassasiya şikayətinə münasibətdə ləğv edilməsi və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin edilməsi qərarına gəlib.

Qeyd edək ki, İsa Abdullayevin qanunsuz əməlləri barəsində, pulları və əmlakları əlindən alınmış onlarla şəxs ona qarşı hüquqi tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikasının Prezidentinə və digər orqanlara müraciət ediblər.

Oxunub: 6
Paylaş:
Digər xəbərlər

sosial / manset

20-01-2023, 11:55

Qızlara söz atan şəxsi öldürənlə bağlı qərar ləğv edildi

sosial / manset

2-10-2023, 10:27

Sabiq maliyyə rəisi apellyasiya şikayəti verdi

gundem / ust / manset

18-08-2024, 13:50

Emin Əmrullayevin əmri QHT sədrinin 20 minlik yalanını üzə çıxardı - Hökm oxundu

gundem / siyaset

5-07-2024, 14:47

Məhkum hakimin təcridxanada yazdığı şikayət rədd edildi

gundem / manset

10-06-2025, 14:21

Məhkəmə Alimpaşa Məmmədovun əmlakları ilə bağlı qərar verdi

ULUSƏS TV
Son xəbərlər
  • Dünən, 16:42
    Araz Əhmədov haqqında danışanlara bir sözüm var: əvvəl tanıyın, sonra danışın!
  • Dünən, 16:20
    Tarixi görüşün ildönümündə İlham Əliyevə zəng etdi
  • Dünən, 15:14
    “Azərbaycanın qələbəsi Ermənistanın müstəqilliyini möhkəmlətdi”
  • Dünən, 14:59
    Xanımının doğum günündə vəfat edibmiş...
  • Dünən, 14:50
    “Prezident İlham Əliyev müharibəni qazandı, həm də sülhü qazandı!”
  • Dünən, 14:40
    FHN silsilə tədbirlər keçirdi
  • Dünən, 14:33
    “Azərbaycanın təklif etdiyi prinsiplər Qafqazın inkişafına yeni imkanlar yaradır”
  • Dünən, 14:20
    Əziz Ağakişi balam, ad günün mübarək!
  • Dünən, 14:13
    Vəkil İlqar Həmidov həbs edildi
  • Dünən, 14:09
    Ravil Tağıyev vəzifəsindən azad edildi
  • Dünən, 14:04
    Tarixi hadisələri zaman yaradır - Tarixi dönüşləri isə liderlər!
  • Dünən, 13:50
    “Vaşinqton razılaşmasında Trampın rolu kifayət qədər böyükdür”
  • 7-08-2026, 12:49
    ARDNF-dən Perunun ən böyük şirkətinə investisiya
  • 7-08-2026, 12:45
    Üçtərəfli müdafiə sazişi imzalayacaqlar
  • 7-08-2026, 12:01
    Baş Prokurorluq ər-arvadın dəhşətli ölümü ilə bağlı - Məlumat yaydı
  • 7-08-2026, 11:40
    Dəqiqədə 700 min dollardan çox qazanıblar…
  • 7-08-2026, 11:24
    Husilər Səudiyyə Ərəbistanını vurdu - Yaralılar var
  • 7-08-2026, 11:14
    İcra başçısı Qaramahmudlu sakinləri ilə görüşdü
  • 7-08-2026, 11:09
    Azərbaycanda işçi axtarılır - Əməkhaqqı 10 min manatdır
  • 7-08-2026, 10:56
    Kanalda batma təhlükəsi ilə üzləşdi - Xilas edildi
  • 7-08-2026, 10:52
    Qurban Qurbanovun qəzəbinin qarşılığı nə olacaq?
  • 7-08-2026, 10:46
    Ceyhun Bayramovla Zelenski bir arada
  • 6-08-2026, 20:06
    Şəmkir Rayon Mərkəzi Xəstəxanasının həkimi Ceyhun Rəsulov və arvadı Arzu Əskərovanın icra etdiyi mioma əməliyyatından sonra qadının ölümü ilə bağlı Şəmkir rayon prokrurluğunda araşdırma aparılır
  • 6-08-2026, 17:57
    “Dəyişən dünyanın dəyişməz insanları” layihəsində...
  • 6-08-2026, 13:13
    Professor Dilqəm Quliyev - 76
  • 6-08-2026, 12:57
    Azərbaycanlı sürücülər günlərdir Gürcüstan gömrüyündə qalıb
  • 6-08-2026, 11:57
    Bəs sən onlara niyə inandın?
  • 6-08-2026, 11:52
    Süni intellektdən istifadə ona heç nə qazandırmadı...
  • 6-08-2026, 11:47
    Vahid aylıq müavinət kimlərə verilir? - Dövlət Komitəsindən açıqlama vahid-ayliq-muavinet-kimlere-verilir
  • 6-08-2026, 11:38
    Sanatoriya-kurort və müalicə mərkəzlərinə yola salındılar
  • 6-08-2026, 11:32
    Ceyhun Bayramov Ukraynaya getdi
  • 6-08-2026, 11:28
    “Qarabağ” – “Dinamo” oyununun biletləri satışa çıxarılır
  • 6-08-2026, 11:19
    Bakı–Tbilisi qatarına biletlərin satış müddəti artırılır
  • 6-08-2026, 11:15
    Bu gün çimərliyə getmək istəyənlərin diqqətinə!
  • 6-08-2026, 11:11
    Beş İcra Hakimiyyəti İT sistemlərini “Hökumət buludu”na köçürdü
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə