• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Media adı ilə məsuliyyətsizlik: böhtanın pərdəsi arxasında gizlənən həqiqət

gundem / sosial / manset

26-01-2026, 15:34

Media adı ilə məsuliyyətsizlik: böhtanın pərdəsi arxasında gizlənən həqiqət
Cəmiyyətin sağlam inkişafı üçün söz azadlığı hava və su qədər vacibdir. Lakin bu azadlıq məsuliyyətlə müşayiət olunmadıqda, fayda vermək əvəzinə zərər yaradır. Xüsusilə media adı altında yayılan, faktlara deyil, şayiə və şəxsi maraqlara söykənən yazılar təkcə ayrı-ayrı insanlara yox, bütövlükdə ictimai düşüncəyə zərbə vurur. Çünki böhtan fərdi məsələ deyil – o, ictimai etimadı sarsıdan təhlükəli vasitədir.
Müstəqil Azərbaycan dövləti mətbuat azadlığını təsadüfən qazanmayıb. Ulu Öndər Heydər Əliyevin qətiyyətli siyasi iradəsi nəticəsində senzura ləğv edildi, media cəmiyyətin güzgüsünə çevrildi. Bu azadlığın əsas mahiyyəti həqiqəti üzə çıxarmaq, ədaləti müdafiə etmək və dövlət–cəmiyyət münasibətlərində körpü rolunu oynamaq idi. Təəssüf ki, bu gün bəzi platformalar bu ali missiyanı unudaraq medianı şəxsi hesablaşma və sifarişli kampaniyaların alətinə çeviriblər.
Son günlərdə yenidən müşahidə etdiyimiz bir hal bunu açıq şəkildə göstərir. Özünü media orqanı kimi təqdim edən, lakin peşəkar jurnalistika meyarlarından uzaq olan bir resurs heç bir araşdırma aparmadan, qarşı tərəfin mövqeyini öyrənmədən birtərəfli və şişirdilmiş iddiaları ictimailəşdirib. Fakt yoxdursa, sənəd yoxdursa, rəsmi mövqe yoxdursa – bu yazının adı jurnalistika ola bilməz.
Məsələnin kökündə isə sırf şəxsi və ailədaxili münaqişə dayanır. Şəmkir rayonunda sahibkarlıq fəaliyyəti ilə məşğul olan Asəf Əliyevin illərdir ailə üzvləri ilə mülkiyyət üstündə yaşadığı problemlər bölgədə kifayət qədər tanınır. Bu mübahisələrin məhkəmə müstəvisində deyil, təzyiq və gərginlik yolu ilə həll edilməyə çalışılması isə vəziyyəti daha da ağırlaşdırıb. Şəxsi məsələni “ictimai problem” kimi qələmə vermək reallığı dəyişmir.
Məlumdur ki, ata mülkünün bir hissəsi qanuni şəkildə, tərəflərin razılığı əsasında satılıb. Burada nə zorakılıq, nə də kənar müdaxilə olub. Lakin sonradan yaranan narazılıqlar, satışdan peşmanlıq və ailədaxili konflikt Asəf Əliyevi fərqli üsullara əl atmağa vadar edib. Yeni mülkiyyət sahiblərinə qarşı süni maneələr yaradılması, obyektin fəaliyyətinə bilərəkdən əngəl törədilməsi, ictimai ərazilərin “şəxsi mülk” kimi təqdim edilməsi bu münaqişənin əsas xəttini təşkil edir.
Bütün bunlar yetmirmiş kimi, indi məsuliyyətdən yayınmaq üçün dövlət qulluğunda çalışmış, elmi və ictimai nüfuzu olan insanların adları məqsədli şəkildə hallandırılır. Guya bu şəxsi mübahisənin arxasında tanınmış ziyalılar, dövlət məmurları dayanır. Halbuki bu iddiaların heç biri faktla, sənədlə və ya məntiqi sübutla təsdiqlənmir.
Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusifovun, eləcə də uzun illər dövlət maliyyə sistemində çalışmış Cavanşir Yusifovun bu hadisələrlə əlaqələndirilməsi açıq-aşkar böhtandır. Bu insanlar tutduqları vəzifələrdən asılı olmayaraq hər zaman dövlətə sədaqətləri, qanuna hörmətləri və prinsipial mövqeləri ilə tanınıblar. Onların adından manipulyasiya vasitəsi kimi istifadə etmək nə etikdir, nə də vicdanlı yanaşmadır.
Əslində baş verənlər çox sadədir: şəxsi münaqişə var, amma bunu hüquqi müstəvidə həll etmək əvəzinə, media üzərindən təzyiq yaratmaq cəhdi göstərilir. Bu isə həm qarşı tərəfə, həm də media anlayışının özünə zərbədir. Çünki media həqiqəti axtarmalıdır, kiminsə sifarişini yox.
Daha narahatedici məqam ondan ibarətdir ki, bu cür yazılarda şübhəli reputasiyaya malik şəxslərin “rəy” kimi təqdim edilməsi, keçmişdə yol verdikləri qanun pozuntuları ilə tanınan insanların arqument kimi önə çıxarılması informasiya çirkliliyinin miqyasını göstərir. Bu, məqsədin məlumatlandırmaq yox, təsir etmək olduğunu açıq şəkildə ortaya qoyur.
Bir daha xatırlatmaq yerinə düşər: söz azadlığı məsuliyyətsizlik demək deyil. Böhtanla yazılmış məqalə fikir deyil, hüquqi məsuliyyət doğuran əməldir. Media pərdəsi altında kiminsə şərəf və ləyaqətinə toxunmaq nə azadlıqdır, nə də peşəkarlıq.
Biz inanırıq ki, aidiyyəti dövlət qurumları bu kimi hallara biganə qalmayacaq, qərəzli və sifarişli yazılara hüquqi qiymət veriləcək. Eyni zamanda, obyektivliyə və jurnalist etikasına sadiq qalaraq bildiririk: qarşı tərəfin mövqeyini dinləməyə, faktlara əsaslanan cavabını dərc etməyə hazırıq. Çünki həqiqət böhtandan deyil, açıq və dürüst sözdən güc alır.

Şamil Cəfər
AYB və AJB-nin üzvü

Oxunub: 31
Paylaş:
Digər xəbərlər

gundem / sosial / manset

21-09-2025, 12:23

“Amal Group”a qarşı qarayaxma kampaniyası: faktlar, məhkəmə qərarları və medianın məsuliyyəti

gundem / manset

24-02-2025, 17:48

"Zeferyolu.az" informasiya agentliyinin rəhbəri Jalə Ağakişiqızı yazır: "Atlar ölüb, itlərin bayramıdır".

gundem / manset

16-04-2025, 12:06

MEDİA II Mərkəzi Asiya Media Forumunda iştirak edir

gundem / sosial / Səhiyyə / manset

16-04-2025, 15:23

“Uğur777” Klinikasından ŞOK AÇIQLAMA...

sosial / manset

25-07-2025, 11:47

DYP-dən yol iştirakçılarına müraciət!

ULUSƏS TV
Son xəbərlər
  • Bu gün, 13:49
    Azərbaycan-Laos münasibətlərində yeni yol xəritəsi formalaşır
  • Bu gün, 13:15
    Vətən olub torpağa qarışdılar...
  • Bu gün, 09:40
    Milli Məclisin komissiyası bəyanat yaydı
  • Bu gün, 09:34
    Məktəbin şüşələrini sındıran şəxs həbs edildi
  • Bu gün, 09:19
    Pedro Sançezə qarşı istintaq başladı
  • Bu gün, 09:12
    Turqut Hüseynovun rəhbərlik etdiyi “TOURGOOD TRAVEL” Azərbaycan turizmində liderliyini qoruyur
  • Bu gün, 09:08
    “Şamaxı” “Şəfa”ya, “Sumqayıt” “Araz-Naxçıvan”a qarşı
  • Bu gün, 09:01
    “Profili bağlı idi, şəklinə baxanda xoşuma gəldi” - Videomüsahibə
  • Bu gün, 08:52
    Nişanlısı “ya anan, ya mən” deyibmiş - Məşhur aktyorun intiharının pərdəarxası
  • Bu gün, 08:48
    Senatorlara şübhəli tozlu zərflər göndərildi - Seçkiöncəsi həyəcan siqnalı
  • Bu gün, 08:42
    ABŞ-də ibtidai məktəbə silahlı hücum - 3 şagird və 1 müəllim öldürüldü
  • Bu gün, 08:38
    İrana qarşı yeni sanksiyalar elan etdilər
  • Bu gün, 08:31
    69 ölkədən tarixi qərar
  • Bu gün, 08:26
    “1979-dan bəri belə çətinliklə üzləşməmişik”
  • Dünən, 18:48
    “Bizi təhdid edənlər bu gün çayımızı bizim həbsxanalarda içirlər”
  • Dünən, 18:41
    Liderlərin səmimi görüntüləri
  • Dünən, 16:03
    “Zəruri olmayan xərclər üçün borc götürməyin” - AMB rəsmisi
  • Dünən, 12:50
    Davud Qüdrətov – həkimlik peşəsinə sədaqət, insan sağlamlığına xidmət nümunəsi
  • Dünən, 11:42
    Azərbaycan- Laos əlaqələri
  • Dünən, 11:40
    Türkmənistan Prezidenti də Bakıdadır
  • Dünən, 11:20
    Yeni tərəfdaşlıq coğrafiyası: Azərbaycan -Laos
  • Dünən, 11:19
    Münasibətlərin tərəfdaşlıq səviyyəsi mühüm hadisədir
  • Dünən, 11:12
    Laos-Yanardağ körpüsü
  • Dünən, 11:09
    Uzaq-yaxın məmləkətlər
  • Dünən, 11:08
    Qarşılıqlı hörmətə, ortaq maraqlara əsaslanan siyasət
  • Dünən, 11:07
    Azərbaycan-Laos münasibətləri möhkəm dostluğa əsaslanır
  • 14-10-2026, 13:10
    "İnanc bəhanə, uşaqlar vasitə, məktəb qarşıdurma meydanı olmamalıdır!"
  • 14-10-2026, 09:12
    Bakının bir sıra ərazilərində qaz kəsiləcək
  • 14-10-2026, 09:07
    Çarpayıdan yıxılan 1 yaşlı uşaq xəstəxanada öldü
  • 14-10-2026, 09:03
    “Breaking Bad”in ulduzu intihar edibmiş
  • 14-10-2026, 08:59
    100 minlik borc qalmaqalı ilə gündəmə gələn səfir istefa verdi
  • 14-10-2026, 08:54
    Bu ölkədə orduya ən yüksək döyüş hazırlığı əmri verildi
  • 14-10-2026, 08:49
    Anasının dəfninə getməyib “TikTok”da sərvət qazanmışdı - Səbəbini açıqladı
  • 14-10-2026, 08:39
    Bir sıra ərazilərdə işıq olmayacaq - Yenilənib
  • 14-10-2026, 08:35
    Təyyarəni taxtabitilər basdı - Reys ləğv olundu
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə