• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

İlham Əliyev – Müzəffər lider və qalib xalqın Prezidenti

gundem / siyaset / manset

15-02-2026, 13:51

İlham Əliyev – Müzəffər lider və qalib xalqın Prezidenti
Azərbaycan dövlətçiliyinin müasir tarixində elə şəxsiyyətlər var ki, onların fəaliyyəti bir dövrü deyil, bütöv bir mərhələni xarakterizə edir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev məhz belə liderlərdəndir. Onun rəhbərliyi ilə Azərbaycan təkcə regionun deyil, dünyanın diqqət mərkəzində olan, siyasi sabitliyi, iqtisadi inkişafı və hərbi qüdrəti ilə seçilən bir dövlətə çevrilmişdir.
İlham Əliyevin siyasi fəaliyyəti Ulu Öndər Heydər Əliyev ideyalarının davamı kimi formalaşmışdır. Dövlətçilik ənənələrinin qorunması, milli maraqların qətiyyətlə müdafiəsi və xalqın rifahının yüksəldilməsi onun siyasətinin əsas sütunlarını təşkil edir. Prezident İlham Əliyev hər zaman vurğulamışdır ki, Azərbaycan müstəqil siyasət yürüdən, öz milli maraqlarını əsas götürən güclü dövlətdir və bu prinsip əməli fəaliyyətində də aydın şəkildə görünür.
Onun rəhbərliyi ilə ölkəmizdə genişmiqyaslı iqtisadi islahatlar həyata keçirilmiş, qeyri-neft sektorunun inkişafına xüsusi önəm verilmişdir. Müasir infrastruktur layihələri, yeni yollar, körpülər, hava limanları, sosial obyektlər, məktəblər və xəstəxanalar Azərbaycanın simasını tamamilə dəyişmişdir. Regionların sosial-iqtisadi inkişafı proqramları çərçivəsində ucqar kəndlər belə abadlaşdırılmış, əhalinin həyat səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlmişdir.
Prezident İlham Əliyevin siyasi kursunun ən parlaq zirvəsi isə 2020-ci ildə qazanılan tarixi Zəfərdir. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Bu şanlı Qələbə həm hərbi gücün, həm də siyasi iradənin təntənəsi idi. Ali Baş Komandanın qətiyyətli rəhbərliyi, dəqiq strategiyası və xalq–ordu birliyi sayəsində işğal altında olan torpaqlar azad edildi. Bu Qələbə Azərbaycan xalqının qürur mənbəyinə çevrildi və dövlətimizin beynəlxalq nüfuzunu daha da artırdı.
İlham Əliyev hər zaman şəhid ailələrinə və qazilərə xüsusi diqqət və qayğı göstərir. Müharibədən sonra həyata keçirilən sosial paketlər, mənzil və avtomobil təminatı, tibbi və psixoloji dəstək proqramları dövlətin öz qəhrəmanlarına verdiyi yüksək dəyərin bariz nümunəsidir. Prezident dəfələrlə qeyd etmişdir ki, şəhid ailələri və qazilər dövlətin daim diqqət mərkəzindədir və bu siyasət ardıcıl şəkildə davam etdirilir.
Azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq və bərpa işləri də Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında “ağıllı kənd” və “ağıllı şəhər” konsepsiyaları tətbiq olunur, müasir infrastruktur qurulur, hava limanları istifadəyə verilir. Qısa müddət ərzində dağıdılmış şəhər və kəndlər yenidən dirçəlir, həyat öz axarına qayıdır. Bu, təkcə bərpa prosesi deyil, eyni zamanda yeni inkişaf modelinin tətbiqidir.
Beynəlxalq münasibətlər müstəvisində də İlham Əliyev prinsipial və qətiyyətli mövqeyi ilə seçilir. Azərbaycan balanslaşdırılmış və çoxşaxəli xarici siyasət yürüdərək həm regionda, həm də qlobal miqyasda etibarlı tərəfdaş kimi tanınır. Enerji təhlükəsizliyi sahəsində həyata keçirilən layihələr, xüsusilə Cənub Qaz Dəhlizi, Avropanın enerji xəritəsində Azərbaycanın rolunu əhəmiyyətli dərəcədə artırmışdır. Bu layihələr ölkəmizin iqtisadi gücünü möhkəmləndirməklə yanaşı, siyasi mövqelərini də gücləndirmişdir.
Prezident İlham Əliyev informasiya siyasətində də fəallığı ilə diqqət çəkir. O, beynəlxalq tribunalar və nüfuzlu media platformalarında Azərbaycanın haqlı mövqeyini ardıcıl şəkildə müdafiə edir, dezinformasiyalara tutarlı cavablar verir. Onun çıxışları məntiqi əsaslara söykənən, faktlara dayanan və prinsipial mövqeni əks etdirən nitqlər kimi yadda qalır.
Gənclər siyasəti də Prezidentin diqqət mərkəzindədir. Təhsil sahəsində aparılan islahatlar, yeni ali təhsil müəssisələrinin yaradılması, xaricdə təhsil proqramları və innovasiya layihələri gənc nəslin bilikli, vətənpərvər və rəqabətqabiliyyətli yetişməsinə xidmət edir. İlham Əliyev dəfələrlə vurğulamışdır ki, Azərbaycanın gələcəyi güclü təhsildən və savadlı gənclərdən keçir.
Bütün bu uğurların təməlində isə xalq–Prezident birliyi dayanır. İlham Əliyev hər zaman xalqın yanında olduğunu əməli fəaliyyəti ilə sübut etmişdir. Böhranlı dövrlərdə qəbul edilən çevik qərarlar, sosial rifahın qorunması istiqamətində atılan addımlar onun xalqın etimadını yüksək səviyyədə doğrultduğunu göstərir.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev müasir Azərbaycanın güc və qüdrət simvoludur. Onun rəhbərliyi ilə ölkəmiz ərazi bütövlüyünü təmin etmiş, iqtisadi və siyasi baxımdan daha da möhkəmlənmiş, beynəlxalq aləmdə söz sahibi olan dövlətə çevrilmişdir. Bu gün Azərbaycan sabitlik, inkişaf və qələbə yolunda inamla irəliləyirsə, bu, qətiyyətli liderliyin, düşünülmüş strategiyanın və xalqa söykənən siyasətin nəticəsidir.

Arifə Qasımova
“Ulusestv.az”-ın regionlar üzrə müxbiri,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Oxunub: 26
Paylaş:
Digər xəbərlər

gundem / siyaset / manset

24-12-2025, 21:13

Prezident İlham Əliyev müasir Azərbaycanın qalib lideridir

gundem / siyaset / manset

30-12-2025, 13:04

Pərvanə İmamquliyeva: “Azərbaycanın ali və sadə VƏTƏNDAŞI!”

gundem / sosial / manset

23-12-2025, 19:29

Jalə Ağakişiqızından Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə ad günü təbriki

gundem / siyaset / manset

12-12-2025, 12:01

İlham Əliyev və Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər

gundem / siyaset / manset

24-12-2024, 12:40

BİR VƏTƏNSEVƏRLİK NÜMUNƏSİ OLARAQ...

ULUSƏS TV
Son xəbərlər
  • Bu gün, 17:26
    21 marşrutun yolu dəyişdirilir - Sərnişinlərin nəzərinə!
  • Bu gün, 17:21
    Abubakarın yeni klubu
  • Bu gün, 17:12
    Ukraynalı eks-nazirə İtaliyada vəzifə verildi
  • Bu gün, 16:58
    Əliyev Mirziyoyevi təbrik etdi
  • Bu gün, 16:55
    Bakıda güclü külək əsir
  • Bu gün, 16:50
    12 yaşlı oğlan atdan yıxıldı, 13 gün sonra öldü
  • Bu gün, 16:47
    Siyasi etimad iqtisadi tərəfdaşlığa çevrilir
  • Bu gün, 14:00
    “Qızıl ixracının hasilatdan çox olması ölkənin vasitəçi kimi istifadəsinə sübut deyil”
  • Dünən, 12:03
    Xırdalan-Biləcəri sahəsində təmir işləri başladı - Fotolar
  • Dünən, 11:55
    Əvvəl sevgilisini, sonra özünü öldürüb - Detallar məlum oldu
  • Dünən, 11:50
    Universitet və kolleclərin boş qalan yerlərinə seçim başlayır
  • Dünən, 11:46
    Nigar Fərhadın ərini DTX həbs edibmiş
  • Dünən, 11:43
    Kiberdələduzluğun yeni üsulları - DİN-dən çağırış
  • Dünən, 11:36
    Xaçmazda ağır qəza, ölən var
  • Dünən, 11:25
    “Azeri Light” bahalaşdı
  • Dünən, 11:11
    Qubada yüksəklikdən yıxılan şəxs öldü
  • Dünən, 11:03
    “Atəşgah” Sığortanın əsas fəaliyyətində müsbət dinamika davam edir
  • Dünən, 10:54
    Bu tarakan bir gün həyatınızı xilas edə bilər
  • 27-08-2026, 18:02
    Hər bir şəxsiyyətin ömür dəyəri və miqyası mənəviyyatla ölçülür...
  • 27-08-2026, 14:55
    Matviyenko Mehriban Əliyevanı təbrik etdi
  • 27-08-2026, 13:31
    Məramı xoş, niyyəti xoş, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya həsr olunur...
  • 27-08-2026, 11:43
    DİN-dən sosial şəbəkələrdə saxta xidmətlərlə bağlı - Xəbərdarlıq
  • 27-08-2026, 11:38
    Prezident həmkarını təbrik etdi
  • 27-08-2026, 11:32
    Yol polisindən əlverişsiz hava şəraiti ilə bağlı çağırış
  • 27-08-2026, 11:27
    Ərdoğandan Qarabağ Universiteti ilə bağlı qərar
  • 27-08-2026, 11:17
    Əminə Ərdoğandan Mehriban Əliyevaya təbrik zəngi
  • 27-08-2026, 11:09
    Polad Bülbüloğludan evlilik xəbərinə - Reaksiya
  • 27-08-2026, 10:34
    Mehriban Əliyevanın təşəbbüsü ilə uşaqlar üçün əyləncə tədbiri keçirildi
  • 26-08-2026, 17:58
    Astara gəncləri “Səyyar Gənclər Xidməti”nin imkanlarından yararlanırlar
  • 26-08-2026, 17:17
    Salam, azad Laçınım!
  • 26-08-2026, 16:08
    Ustadıma vəfa borcum... – Nəriman Həsənzadənin əziz xatirəsinə
  • 26-08-2026, 15:32
    MKİ direktorunun Rusiyaya məxfi səfəri: ABŞ kəşfiyyatının bir nömrəli şəxsi Moskvada nə axtarırdı?
  • 26-08-2026, 15:29
    Rusiyadan gətirilən sosislərdə salmonella iddiası: AQTA nəticəni açıqladı
  • 26-08-2026, 15:24
    Sarkisyanın ölkədən çıxışına qadağa qoyuldu
  • 26-08-2026, 15:20
    “Milyonçu”dan sonra ikinci dəfə futbola qayıtdı...
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə