• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Haqq Ədalət Partiyası Qadınlar Şurasının Məclis üzvlərinin iştirakı ilə müşavirə keçirildi

gundem / manset

19-02-2026, 14:05

Haqq Ədalət Partiyası Qadınlar Şurasının Məclis üzvlərinin iştirakı ilə müşavirə keçirildi
18 fevral 2026-cı il tarixində saat 11:00-da Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 192 ünvanında yerləşən Haqq Ədalət Partiyasının (HƏP) Mərkəzi qərargahında HƏP Qadınlar Şurası Məclis üzvlərinin geniş tərkibdə iştirakı ilə müşavirə keçirilib.
Ulusestv.az internet televiziyasına daxil olan məlumata görə, iclasa HƏP Sədrinin 1-ci müavini Fərrux Binnətzadə sədrlik edib. Gündəlikdə duran əsas məsələ HƏP-in 2026-cı il fəaliyyət proqramına uyğun olaraq partiya quruculuğu işinin gücləndirilməsi və sosial şəbəkələrdə görüləcək fəaliyyətlərin müzakirəsi olub. Məruzəçi qismində HƏP Qadınlar Şurasının sədri Bela Davudova çıxış edib.
Müşavirəni giriş nitqi ilə açan Fərrux Binnətzadə partiyanın qarşıdakı dövrdə qarşısında duran vəzifələrdən bəhs edib, təşkilatlanma işinin daha sistemli şəkildə qurulmasının vacibliyini vurğulayıb. O, xüsusilə sosial şəbəkələrdə partiyanın mövqeyinin daha dolğun və ardıcıl şəkildə ictimaiyyətə çatdırılmasının əhəmiyyətini diqqətə çatdırıb. Bildirilib ki, müasir dövrdə siyasi fəaliyyətin mühüm istiqamətlərindən biri informasiya məkanında aktivliyin təmin olunmasıdır.
Daha sonra məruzə ilə çıxış edən Bela Davudova HƏP Qadınlar Şurasının qarşısında duran vəzifələr, 2026-cı il üçün planlaşdırılan tədbirlər və təşkilati məsələlər barədə ətraflı məlumat verib. O qeyd edib ki, qadınların partiya quruculuğunda rolu getdikcə artır və bu potensialdan daha səmərəli istifadə olunmalıdır. Qadınlar Şurasının Məclis üzvlərinin həm təşkilati işlərdə, həm də ictimai-siyasi təbliğatda fəal iştirak etməsinin zəruriliyi xüsusi vurğulanıb.
Müzakirələr zamanı müşavirə iştirakçıları – Fərrux Binnətzadə, Bela Davudova, Rəşad Məhəmmədov, professor Nazilə Abbaslı, Rəşad Abbaslı, Zeynal Həmidov, Sabir Vədətov, Məhərrəm Cəfərov, Zabitə Əliyeva, Sevda İnsanova, Təranə Əliyeva, Arzu Cəfərova, Nairə Qasımova, Aygün Nəbiyeva, Aygün Hacıyeva, Təranə Əhmədova, Arzu Həsənzadə, Röya İmanova, Səfurə Həmidova, Arifə Qasımova və Lalə Zakirova çıxış edərək öz irad və təkliflərini səsləndiriblər.
Çıxışlarda partiya quruculuğu işində müəyyən geriləmələrin mövcud olduğu, xüsusilə sosial şəbəkələrdə aktivliyin son dövrlərdə zəiflədiyi bildirilib. İştirakçılar hesab ediblər ki, partiyanın ideoloji xəttinin və qəbul etdiyi qərarların daha geniş auditoriyaya çatdırılması üçün sistemli və planlı fəaliyyətə ehtiyac var. Eyni zamanda, hər bir Məclis üzvünün fərdi məsuliyyətinin artırılması vacib amil kimi qiymətləndirilib.
Müzakirələrin yekunu olaraq qərara alınıb ki, HƏP Qadınlar Şurasının Məclis üzvlərinin hər biri partiya üzvləri arasında apardıqları iş barədə hər həftənin sonunda Qadınlar Şurasının sədrinə ətraflı məlumat təqdim etməlidir. Həmçinin hər ayın sonunda Məclis üzvlərinin iştirakı ilə HƏP Sədrinin 1-ci müavininin yanında görülən işlərin nəticələri geniş şəkildə müzakirə olunacaq.
Qərara əsasən, Qadınlar Şurasının Məclis üzvləri mütəmadi olaraq partiyaya aid “Facebook” səhifələrində siyasi-analitik yazılara, partiyanın qəbul etdiyi qərarlara, partiya üzvlərinin müxtəlif çıxışlarına, eləcə də İdarə Heyətinin keçirdiyi tədbirlərin hesabatlarına münasibət bildirməlidirlər. Xüsusilə HƏP Sədrinin siyasi məsələlər üzrə müşavirinin həftə ərzində bir neçə dəfə dərc olunan siyasi-analitik yazılarına şərhlər formasında münasibətlərin ifadə olunması və bu istiqamətdə aktivliyin artırılması tapşırılıb.
Bildirilib ki, sosial şəbəkələrdə yazılan şərhlər təkcə formal xarakter daşımamalı, siyasi mövqenin əsaslandırılması və ideoloji xəttin izahı baxımından dolğun məzmunlu olmalıdır. Eyni zamanda, şərh yazarkən hər bir üzv mənsub olduğu təşkilatın adını qeyd etməlidir. Bu, təşkilati intizamın və strukturlaşmanın gücləndirilməsi baxımından vacib hesab olunub.
Müşavirədə vurğulanıb ki, deyilən tapşırıqlar təşkilatların Məclis üzvləri üçün fərdi fəaliyyət proqramı kimi hazırlanmalı və siyasi məktəb səviyyəsində təkmilləşdirilməlidir. Məqsəd yalnız cari fəaliyyətin gücləndirilməsi deyil, həm də partiya üzvlərinin siyasi savadlılığının və analitik düşüncə qabiliyyətinin artırılmasıdır.
Sonda qeyd olunub ki, təşkilatların Məclis üzvlərinin və bütövlükdə HƏP-in hər bir üzvünün gündəlik dinamik fəaliyyəti partiya quruculuğunun və siyasi təbliğatın əsas xətti kimi qəbul edilməlidir. Bu istiqamətdə sistemli nəzarət mexanizmlərinin tətbiqi və hesabatlılığın artırılması qarşıdakı dövrün əsas prioritetləri sırasında yer alacaq.
Müşavirə qarşıya qoyulan vəzifələrin icrası ilə bağlı konkret tapşırıqların verilməsi ilə başa çatıb.
Ulusestv.az
18 fevral 2026-cı il

Oxunub: 21
Paylaş:
Digər xəbərlər

gundem / sosial / manset

15-02-2026, 17:17

Haqq Ədalət Partiyası İdarə Heyətinin iclası keçirilib

gundem / sosial / manset

17-02-2026, 13:48

Qərbi Azərbaycan Amasiya rayon icmasında növbəti tədbir keçirilib

gundem / sosial / manset

3-01-2026, 11:22

Qərbi Azərbaycan Amasiya rayon İcması Qadınlar Şurasının bayram tədbiri keçirilib.

gundem / siyaset / manset

4-12-2023, 19:32

Azərbaycan və Özbəkistanın hakim partiyaları arasında memorandum imzalanacaq

gundem / ust / manset

13-10-2023, 10:08

Gənclər Təşkilatları Milli Şurasının üzvlərinin məclisi keçirilib

ULUSƏS TV
Son xəbərlər
  • Dünən, 20:14
    Türkiyə Uluslararası Elmlər Akademiyasının fəxri professoru, hüquq elmləri üzrə fəlsəfə doktoru və tanınmış şair Raqif Nazimoğlunun təqdimatında
  • Dünən, 11:03
    Fatma Yıldırım:Bakı İqlim Həftəsi Azərbaycanın qlobal iqlim gündəliyində fəal rolunun davamıdır
  • Dünən, 10:06
    Bəzi yollarda tıxac var
  • Dünən, 09:59
    “Demokratlar hakimiyyətə gəlsə, hər şeyi məhv edəcəklər” - Tramp
  • Dünən, 09:55
    Bu ərazilərdə işıq olmayacaq - Xəbərdarlıq
  • Dünən, 09:51
    Merkuri 10 kilometrdən çox kiçilib
  • Dünən, 09:44
    1000 ildən sonra ilk dəfə sərgilənən - Sənət əsəri
  • Dünən, 09:39
    Trampdan İran bəyanatı - Qərarından peşman deyil
  • Dünən, 09:35
    Amansız xəstəliklə mübarizə aparır
  • Dünən, 09:31
    Putin Hindistandadır - Video
  • Dünən, 09:26
    2030-cu il DÇ-nin final oyunu burada keçirilə bilər
  • 10-09-2026, 21:49
    ŞƏFA ÜNVANLI, SÖZ BOYALI ÖMÜR
  • 10-09-2026, 21:19
    Fərid Eyvazovun güc şousu alınmadı: “Alliance Clinic”də ciddi nöqsanlar – FOTO
  • 10-09-2026, 21:13
    SÖZÜN İŞIĞINDA KEÇƏN 63 İL: ŞAMİL CƏFƏRLİ ÖMRÜNÜN MÜDRİKLİK ZİRVƏSİNDƏ
  • 10-09-2026, 10:44
    Universitetlərimizin tələbə coğrafiyası 120-yə yaxın ölkəni əhatə edib
  • 10-09-2026, 10:42
    Şəkidəki hadisə ilə bağlı cinayət işi başlandı - Qəzanın səbəbi açıqlandı
  • 10-09-2026, 10:11
    “Azeri Light”ın qiyməti 113 dolları ötdü
  • 10-09-2026, 10:08
    Xocalıda ANAMA əməkdaşı minaya düşdü - Yenilənib
  • 10-09-2026, 10:04
    Ukrayna yeni zenit raketini Polşada təqdim etdi
  • 10-09-2026, 10:01
    ÜST-dən şəkər xəbərdarlığı - Günlük norma nə qədər olmalıdır?
  • 10-09-2026, 09:54
    Pekində gənələr vasitəsilə yayılan yeni virus növü tapıldı
  • 10-09-2026, 09:51
    Tramp İranla müharibənin başa çatacağı vaxtı - Açıqladı
  • 10-09-2026, 09:47
    Filippində gəmidə yanğın - 5 nəfər öldü
  • 10-09-2026, 09:43
    Trampla Zelenski görüşəcəklər - Tarix açıqlandı
  • 9-09-2026, 20:09
    Türkiyə Uluslararası Elmlər Akademiyasının fəxri professoru, hüquq elmləri üzrə fəlsəfə doktoru və tanınmış şair Raqif Nazimoğlunun təqdimatında
  • 9-09-2026, 19:37
    QHT sədri İmişli rayonunda 70 aztəminatlı ailənin uşaqlarına məktəb geyimləri və ləvazimatlarə təqdim edib
  • 9-09-2026, 10:39
    Avropada yeni təhdid - Yeniyetmələrdən necə istifadə olunur?
  • 9-09-2026, 10:36
    Kayak və kanoeçilərimiz Minskdə beynəlxalq yarışda iştirak edəcəklər
  • 9-09-2026, 10:31
    Aleksandr Şarovski vəfat etdi
  • 9-09-2026, 10:26
    “Azeri Light”ın qiyməti 108 dolları ötdü
  • 9-09-2026, 10:23
    “Volvo” dünyanın ən etibarlı avtomobil markaları sırasındadır - Mükəmməllik standartı
  • 9-09-2026, 10:17
    “Qalatasaray” “Sportinq”ə qarşı - ÇL-də günün oyunları
  • 9-09-2026, 10:12
    Paytaxtın 7 yolunda sıxlıq var
  • 9-09-2026, 10:08
    Rusiyada antibiotiklərə davamlı vərəm ştammı aşkar edildi
  • 8-09-2026, 10:13
    Bakı-Qazax magistralında avtomobil aşdı - Ölənlər var-Yenilənib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə