• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Haqq Ədalət Partiyası İdarə Heyətinin iclası keçirilib

gundem / sosial / manset

15-02-2026, 17:17

Haqq Ədalət Partiyası İdarə Heyətinin iclası keçirilib
Ulusestv.az xəbər verir ki, 14 fevral 2026-cı il tarixində Haqq Ədalət Partiyasının (HƏP) İdarə Heyətinin növbəti iclası keçirilib. İclasın gündəliyinə təşkilati məsələlər daxil edilib və bir sıra mühüm qərarlar qəbul olunub.
Gündəlikdə duran birinci məsələ HƏP Səlyan Rayon Təşkilatının yeni sədrinin təsdiqi olub. Məsələ ilə bağlı məruzə ilə çıxış edən HƏP Mərkəzi İcra Aparatının rəhbəri Rəşad Məhəmmədov və HƏP Naxçıvan MR Regional Mərkəzi rəhbərinin birinci müavini, HƏP Hüquq şöbəsinin rəhbəri Yusif Allahyarov namizəd kimi İlkin Səməndərovun irəli sürüldüyünü bildiriblər.

Məruzəçilər İlkin Səməndərovun yüksək ixtisasa malik, geniş siyasi biliklərə sahib, təşkilatçılıq təcrübəsi qazanmış və Səlyan rayonunda əhali arasında nüfuza malik şəxs olduğunu vurğulayıblar. Çıxışlardan sonra İdarə Heyəti üzvləri tərəfindən sual-cavab və müzakirələr aparılıb.
Müzakirələrin yekununda səsvermə keçirilib və İlkin Səməndərov yekdilliklə HƏP Səlyan Rayon Təşkilatının sədri vəzifəsinə təsdiq olunub.
Gündəlikdəki ikinci məsələ HƏP Qadınlar Şurasının Məclis üzvünün təsdiqi ilə bağlı olub. Məsələ barədə çıxış edən HƏP İdarə Heyətinin üzvü, HƏP Qadınlar Şurasının sədri Bela Davudova və HƏP İdarə Heyətinin üzvü, HƏP Ağsaqqallar Şurasının sədri Eyvaz Əliyev namizəd Arifə xanım Qasımovanın tərcümeyi-halı və əmək fəaliyyəti haqqında ətraflı məlumat veriblər.
Qeyd olunub ki, Arifə xanım Qasımova Azərbaycan Jurnalistlər İttifaqının üzvüdür və respublikanın regionları üzrə müxbir kimi fəaliyyət göstərir. Çıxış edənlər onun tanınmış ziyalı olması, siyasi proseslərə dərindən maraq göstərməsi, təşkilati məsələlərdə fəallığı və geniş biliklərə malik olması kimi keyfiyyətlərini xüsusi vurğulayıblar.
Aparılan müzakirələr və səsvermə nəticəsində Arifə xanım Qasımova yekdilliklə HƏP Qadınlar Şurasının Məclis üzvü vəzifəsinə təsdiq edilib.
İclasın üçüncü məsələsi HƏP Gənclər Birliyinin Məclis üzvünün təsdiqi ilə bağlı olub. Məsələ ilə bağlı məruzə ilə çıxış edən HƏP İdarə Heyətinin üzvü, HƏP Gənclər Birliyinin sədri, doktorant Əkbər Cəfərov 19 yaşlı Lalə xanım Zakirovanın namizədliyini irəli sürüb.
Bildirilib ki, Lalə xanım Zakirova hazırda Atatürk Universitetinin Beynəlxalq Münasibətlər ixtisası üzrə II kurs tələbəsidir. Müzakirələr zamanı onun siyasi biliklərə malik, hazırlıqlı və partiya fəaliyyətində iştirak etməyə tam hazır olan vətənpərvər bir gənc olduğu qeyd edilib.
İdarə Heyəti təqdim olunan məlumatları və səsləndirilən müsbət rəyləri nəzərə alaraq Lalə xanım Zakirovanı HƏP Gənclər Birliyi Məclis üzvü vəzifəsinə təsdiq edib.
Həmkarımız AJB-nin üzvü Arifə xanım Qasımovanı HƏP Qadınlar Şurasının Məclis üzvü vəzifəsinə, Lalə xanım Zakirovanı isə HƏP Gənclər Birliyi Məclis üzvü vəzifəsinə təyin olunmaları münasibətilə səmimi qəlbdən təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq. İnanırıq ki, hər iki xanım partiyanın məqsəd və prinsiplərinə sadiq qalaraq, ictimai-siyasi fəaliyyətə öz layiqli töhfələrini verəcəklər.


Şamil Cəfər
AYB və AJB-nin üzvü


Oxunub: 94
Paylaş:
Digər xəbərlər

gundem / ust / manset

29-07-2024, 17:20

DMHİ Rəyasət Heyətinin iclası keçirilib

gundem / manset

17-12-2024, 17:04

YAP-ın bələdiyyə namizədlərinin siyahısı təsdiqləndi

gundem / ust / manset

1-11-2023, 10:25

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib

gundem / ust / manset

25-01-2024, 18:06

Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının iclası keçirilib

gundem / ust / manset

9-07-2024, 16:48

Botanika İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib

ULUSƏS TV
Son xəbərlər
  • Bu gün, 12:35
    “AzərEnerji” və “Azərişıq” rəhbərliyi şəhidlərin xatirəsini andı
  • Bu gün, 12:30
    Prezidentlə xanımı Bakıdakı Zəfər parkında
  • Bu gün, 12:10
    Əli Əsədov, Sahibə Qafarova və Samir Nuriyev Zəfər parkında
  • Bu gün, 12:05
    DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı
  • Bu gün, 11:55
    Zakir Həsənovla Kərim Vəliyev şəhidləri andı
  • Dünən, 17:53
    Peşəkarlıq, diqqət və insanlıq – Emin doktor haqqında şəxsi düşüncələrim
  • Dünən, 16:57
    Qax RİH başçısı Elvin Paşayev: 27 Sentyabr – Zəfərə aparan yolun başlanğıcı və şəhidlərimizin əziz xatirəsi
  • Dünən, 16:47
    44 günlük Vətən müharibəsi – Zəfərlə yazılan tarix
  • Dünən, 13:50
    Tramp Si Cinpinə üçtərəfli danışıqlar təklif edib
  • Dünən, 13:47
    Azərbaycanın qlobal investisiya tərəfdaşlığı genişlənir - Ən nəhənglər Bakıda
  • Dünən, 13:36
    Sabah hava necə olacaq? - Açıqlandı
  • Dünən, 13:29
    Azad edilmiş ərazilərdə şəhərsalma ilə bağlı hansı işlər görülüb? - Açıqlandı
  • Dünən, 13:26
    Tikilməkdə olan evlərdən 10 minlik naqil oğurladı - Saxlanıldı
  • Dünən, 11:12
    “Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir”
  • Dünən, 11:04
    “İstəyirik elektrik enerjisinin də iri bir ixracatçısına çevrilək”
  • Dünən, 10:54
    Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları - Açıqlandı
  • Dünən, 10:43
    Keti Perri səhnəyə Azərbaycan bayrağı ilə çıxdı
  • Dünən, 10:32
    “Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər” - Prezident
  • 25-09-2026, 17:22
    Vətənpərvər iş adamı Ataş müəllim – xeyirxahlığı və dövlətçiliyə bağlılığı ilə seçilən nümunəvi insan
  • 25-09-2026, 16:23
    Suraxanı Rayon İcra Hakimiyyətinin Başçısı, hörmətli Adil Əliyevin doğum günüdür
  • 25-09-2026, 16:11
    Rübail Nəsibov – xeyirxahlığı və insanlara olan diqqəti ilə seçilən ziyalı
  • 25-09-2026, 15:35
    Dağ-mədən sektoru iqtisadi imkanları genişləndirir
  • 25-09-2026, 10:36
    Samir Şərifov Prezidentin Forum iştirakçılarına müraciətini səsləndirdi
  • 25-09-2026, 10:28
    2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər
  • 25-09-2026, 10:18
    “Azeri Light”ın qiyməti 126 dollara çatır
  • 25-09-2026, 10:05
    Quba-Qusara arabir yağış yağır
  • 25-09-2026, 10:01
    “Hazırda evdəyəm, özümü yaxşı hiss edirəm”
  • 25-09-2026, 09:57
    Trampın qadağasına hakim “yox” dedi - Ağ Evə qayıdırlar
  • 25-09-2026, 09:52
    İranla diplomatik əlaqələri kəsdilər
  • 25-09-2026, 09:48
    İrana hücumların dayandırılmasına dair qətnamə rədd edildi
  • 25-09-2026, 09:38
    Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin ikinci günü başlayır
  • 25-09-2026, 09:34
    Əfsanəvi stadionun ot örtüyü satışa çıxarıldı
  • 24-09-2026, 12:58
    Məşhur arıqlama dərmanları görmə itkisinə səbəb olur?
  • 24-09-2026, 12:53
    Xəzərdə zəlzələ oldu
  • 24-09-2026, 12:48
    “Sabah”ın ev oyunlarına 104 mindən çox bilet satılıb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə