• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

YARADICILIĞI ŞƏXSİYYƏTİNİ TƏSDİQLƏYƏN ŞAİR

gundem / medeniyyet / manset

20-02-2026, 18:26

YARADICILIĞI ŞƏXSİYYƏTİNİ TƏSDİQLƏYƏN ŞAİR
Tapdıq Əlibəyli - 65

Əsrlər boyu sübut olunmuş həqiqətdir ki, hər bir insanın həyatı, onu əhatə edən müdrik, yüksək insani dəyərlərə malik və mükəmməl şəxslərin varlığı ilə daha da zənginləşir. Bu tendensiya isə təbii ki, bütövlükdə cəmiyyətin mənəvi saflığı və inkişafına müsbət istiqamətdə təsir edir. Bu mənada şair-publisist Tapdıq Əlibəyli də mənim fikrimcə, öz şəxsi məziyyətləri və ədəbi fəaliyyəti ilə onu tanıyan, mütaliə edən hər kəsə bir mənəvi zənginlik bəxş edir.

O, həyatın müxtəlif sahələrinə, hadisələrə özünəməxsus bir baxış bucağından yanaşır. Həm sənətkar olaraq, həm də ictimai xadim kimi dünyaya fərqli və dərindən baxan biri kimi tanınır. Onun şeirlərindəki təfərrüatlar həyatın mürəkkəbliyini və insanın daxili dünyasının incəliklərini önə çıxarır.

Şair hər bir hadisəyə, insan münasibətlərinə və həyatın ən kiçik detallarına belə diqqətlə yanaşaraq, öz oxucularını dərindən düşündürür və yeni fikirlərə yol açır. Əsərlərindəki fəlsəfi yanaşmalar müasir cəmiyyətin problemləri və insanın özünü kəşf etməsi kimi məsələləri ustalıqla araşdırır.

Tapdıq Əlibəylinin publisistikası insanın mənəvi dünyasını, sosial həyatı, cəmiyyətin dinamikasını və fərdi təcrübəni təhlil edərək geniş bir perspektiv təqdim edir. Bu xüsusiyyətlər onu yalnız bir ədib kimi deyil, həm də həyatın bütün sahələrini hərtərəfli anlamağa çalışan bir ziyalı olaraq səciyyələndirir. Onun əsərləri oxucuları həm dərindən düşünməyə, həm də həyatın müxtəlif məqamlarını daha dərin və məntiqli şəkildə qiymətləndirməyə sövq edir.

Onun mükəmməl bir şəxsiyyət olması vurğuladığım kimi yaradıcılığında da öz dolğun əksini tapmışdır. Tapdıq müəllimin istər publisistika, istərsə də poeziyası elə bil ki, xalqın qəlbindən, istəyindən süzülüb gəlir. Sanki onun şeirlərini özümüz yazırıq. Hər misrasında qəlb şairi ilə baş-başa qalırıq. Duyğu qanadında söz şeh çəkir, heyrət ovqatında dil çiçəkləyir Tapdıq Əlibəylini oxuyanda...

Duyğu qanadında sözüm şeh çəkir,
Heyrət ovqatında dil çiçəkləyir.
Arıya nədirsə tər gül-çiçəklər,
Elə mənim üçün şeir də odur.

Tapdıq Əlibəyli yaradıcılığının ovqatında böyük qırğız ədibi, Xalq yazıçısı Çingiz Aytmatovun bir fikrini xatırlatmaq istəyirəm: “Poeziyanın meyarı hər şeydən əvvəl sənətkarın yetkinlik meyarıdır, onun kollektiv təcrübəmizlə hamağəng olan fəlsəfi və mənəvi müdrikliyinin meyarıdır və bundan sonra şəxsiyyətin harmoniyaası, epitetlərin gözəlliyi və daha sonra dövrün əsas yellərinə istedad yelkəni ilə sinə gərmək bacarığı gəlir”.

Böyük yazıçının illərin təcrübəsindən hasil olan bu qənaətini büsbütün Tapdıq Əlibəyliyə də şamil etmək olar. Ona görə ki, sadalanan cəhətlər onun yaradıcılığının, şəxsiyyətinin xarakterik cizgiləridir.

İnsana, insanlığa, Ulu Yaradana böyük sevgisi olan və bu amalın işığında yol gedən şair “Tanrının ruhu var əzəl ruhunda” adlı şeirində yazır:

Bu dünya malına həris olanı,
İnsan insanlığın çıxarıb yaddan.
Tutduqca naqislik, pislik insanı,
Enir ucuzluğa o uca addan.

İlkinə sadiqmi Adəm övladı?
Boğur insanlığı tamah havası.
Cənnət bağındakı meyvənin dadı
Şeytan əməlində nəfsin davası.

Çıxarma yadından, ey uca insan.
Tanrının nuru var əzəl ruhunda.
Mələklər səcdəyə gəldiyi zaman,
Şeytan günah etdi Allah yanında...

Tapdıq Əlibəyli vətənpərvər şairdir. Onda torpağa və xalqa məhəbbət hissi o qədər güclüdür ki, bu qayə, məslək bütövlükdə yaradıcılığına sirayət edib. O, bu qutsal hissləri millətin qan yaddaşına köçürür.

Qeyd edim ki, Tapdıq müəllimin müəllifi olduğu “Payız çöhrəsində yazdı 44 gün” kitabı Zəfərimizin ədəbi müjdəsi oldu. Tanınmış yazıçı- publisist Səyadulla Kərimli məqaləsində bu barədə yazır:

“2020-ci ilin payızı Azərbaycan xalqı üçün əbədi olaraq zəfər mövsümünə çevrildi. Otuz ilə yaxın işğal altında olan Qarabağ torpaqlarının azadlığı uğrunda başlanmış və 44 gün davam etmiş Vətən müharibəsi yalnız hərbi güc və diplomatiyanın təntənəsi deyil, həm də ədəbiyyatımıza silinməz izlər buraxdı.

Azərbaycan ədəbiyyatında müharibə mövzusu zəngin və uzun bir ənənəyə malikdir, lakin Tapdıq Əlibəyli bu sahəyə 44 günlük Vətən müharibəsinin ilk poetik salnaməsini gətirdi. O, “Payız çöhrəsində yazdı 44 Gün” adlı şeir kitabı ilə müasir Azərbaycan ədəbiyyatında Vətən müharibəsinə həsr olunmuş ilk şeir toplusunu yaratdı. Bu əsər həm də müharibənin şairə verdiyi böyük məsuliyyəti əks etdirən bir sənət əsəri oldu.

Kitab sadəcə bir şeir toplusu deyil, həm də Zəfər tariximizin poetik salnaməsidir. Tapdıq Əlibəyli müharibənin acılarını, qələbənin coşqusunu və xalqın həmrəyliyini sözün bədii qüdrəti ilə tərənnüm etmişdir.”

Mən deyərdim ki, şair ədəbi, poetik, publisistik sözü ilə yeni nəsilin mental dəyərlərdən uzaq düşməməsi üçün məqsədyönlü korreksiya işi görür. Xalqına qırılmaz tellərlə bağlı olan şairə “Xalq şairi” fəxri adı necə gözəl yaraşardı... Ümidvaram ki, bu ad Tapdıq Əlibəyli imzası ilə qoşa olacaq!

Tapdıq Əlibəyli o qələm sahiblərindəndir ki, yaradıcılığı şəxsiyyətini təsdiq edir. Sözü özünü, özü sözünü tamamlayan söz adamıdır Tapdıq Əlibəyli. Tapdıq müəllim bizim qəlb dostumuzdur, ürək sırdaşımızdır. Qarşıdan gələn 65 illik yubileyin mübarək, əziz dost!

Əziz şairimizə ən xoş, ülvi arzularımı ünvanlayıram. Allah sənə bərəkətli ömür versin, qardaş! Qoy şair bizi bundan sonra da öz söz çələngi, yeni-yeni nailiyyətləri və uğurları ilə sevindirsin!..

✍️YAŞAR İBADOV,
tibbi biologiya üzrə elmlər doktoru, professor,
“Alternativ Psixologiya” elminin müəllifi,
Azərbaycan Təhsil İnstitutunun “Psixogigiyena və
tibbi-psixoloji diaqnostika” laboratoriyasının müdiri.

BİA.az

Oxunub: 12
Paylaş:
Digər xəbərlər

gundem / medeniyyet / manset

10-01-2026, 21:45

Hacı Çingiz Ərəblidən dostu şair Tapdıq Əlibəyliyə ithaf - YENİ ŞEİR

gundem / medeniyyet / manset

1-07-2025, 12:01

Bu gün Vətəndaş Həmrəyliyi Partiyası Nizami rayon təşkilatı Ağsaqqallar Şurasının sədri Tapdıq Əlibəylinin doğum günüdür.

gundem / manset

18-02-2026, 12:12

Tapdıq Əlibəyli - 65

gundem / medeniyyet / manset

16-10-2025, 17:08

ŞAİR, TƏRCÜMƏÇİ FİKRƏT KAZIM - 65

gundem / medeniyyet

10-02-2026, 15:16

SÖZÜN DƏ, ŞAİRİN DƏ YAŞI OLMUR

ULUSƏS TV
Son xəbərlər
  • Dünən, 21:03
    ATU-nun təşəbbüskarı olduğu Zəfər festivalı 30-dan artıq ali təhsil müəssisəsinin 900-dən çox iştirakçısını bir araya gətirib
  • Dünən, 20:59
    Kənd təsərrüfatı milli iqtisadi potensialın genişlənməsində mühüm rol oynayır
  • Dünən, 17:14
    İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
  • Dünən, 17:09
    Bir sıra məhkəmələrə yeni təyinatlar oldu (SİYAHI)
  • Dünən, 17:05
    Bakıya diametri 4 mm olan dolu düşdü
  • Dünən, 16:08
    Salam, Torpaq Kişilər...
  • Dünən, 15:20
    Adın şərəflidir sənin ey ATA!
  • Dünən, 14:43
    Millət vəkili Pərvanə Vəliyeva Bakı Neft-Energetika Kollecində tələbələrlə görüş keçirdi
  • Dünən, 14:01
    Ürək üçün ən faydalı yay giləmeyvəsi hansıdır?
  • Dünən, 13:55
    Tibb, hüquq, maliyyə üzrə təhsili olmayan blogerlərə qadağa!
  • Dünən, 13:50
    Vaqif Əliyevlə bağlı "Neftçi" FK rəhbərliyinə və digər qrumlara MÜRACİƏT OLUNACAQ
  • Dünən, 13:47
    Aqrar sektorda yeni mərhələ: Dövlət Proqramı nəyi dəyişəcək?
  • Dünən, 12:50
    “Dəyişən dünyanın dəyişməz insanları” layihəsindən
  • Dünən, 12:29
    Böyük Britaniyanın yeni səfiri Azərbaycana gəldi
  • Dünən, 12:26
    Qadınlar ən çox bu sahədə maaş alır
  • Dünən, 11:41
    Azərbaycanda yeni universitet yaradılacaq
  • Dünən, 11:37
    ABŞ ordusu İranın raket məntəqələrinə zərbələr endirib
  • 25-05-2026, 20:22
    Tapdıq Əlibəyli- 65
  • 25-05-2026, 19:13
    Polşada keçirilən Avropa çempionatında Azərbaycan hapkidoçularından böyük uğur – 4 medal qazanıldı
  • 25-05-2026, 18:58
    İsmayıl Zalov: Hüquq, ədalət və dövlətçilik prinsiplərinin müdafiəsində
  • 25-05-2026, 18:36
    İsmayıl Zalov beynəlxalq media görüşündə: Azərbaycanın hüquqi sistemi, demokratik inkişafı və insan hüquqları ilə bağlı suallara ətraflı cavablar
  • 25-05-2026, 13:53
    “Dəyişən dünyanın dəyişməz insanları” layihəsindən - Astarada bir ağsaqqal yaşayır...
  • 25-05-2026, 12:12
    “CityNet TV” kino həvəskarları üçün özəl “Film Paketi” təqdim edir
  • 25-05-2026, 12:09
    Messi DÇ öncəsi zədələndi
  • 25-05-2026, 12:06
    Qəbulun II cəhdinə qeydiyyat başlayır
  • 25-05-2026, 12:03
    Prezident İordaniyanın Kralını təbrik etdi
  • 25-05-2026, 11:59
    İranda daha bir edam icra edildi
  • 25-05-2026, 11:50
    Məşhur tennisçi rus rəqibi üzərində qələbədən sonra Kiyevə hücuma görə ağladı
  • 25-05-2026, 11:32
    Azərbaycan axtarışa verdiyi Osman Kaya Gürcüstanda tutuldu - Nədə ittiham olunur?
  • 25-05-2026, 11:24
    Bakı dünya miqyasında mühüm məsələlərin həlli üçün aparıcı dialoq mərkəzinə çevrilir
  • 25-05-2026, 11:13
    Hava xəbərdarılığı: Bakıda və Abşeronda intensiv yağış yağacaq
  • 25-05-2026, 11:09
    600 milyon manat: Problemli kreditlər niyə artır? - Səbəblər və risklər
  • 25-05-2026, 10:58
    Qurban bayramı ilə bağlı fətva verildi
  • 24-05-2026, 17:40
    HƏP İdarə Heyətinin iclasında Prezident İlham Əliyevin siyasi kursunun uğurları geniş müzakirə edildi
  • 24-05-2026, 16:06
    23 may 2026-ci il tarixində "Unikal Xaricdə Təhsil və Hüquqi Konsaltinq Agentliyi"nin təşkilatçılığı ilə “Unikal Xaricdə Təhsil Forumu - 2026” keçirildi.
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə