• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

İsmayıllı rayon 8 nömrəli tam orta məktəbin direktor dərdi

gundem / bolge / manset

1-06-2026, 15:32

İsmayıllı rayon 8 nömrəli tam orta məktəbin direktor dərdi
Görəsən bu məktəbdə "Təhsil millətin gələcəyidir!" şüarı necə başa düşülür?
Ümummilli lider Heydər Əliyev deyirdi: "Təhsil millətin gələcəyidir!". Bu, əslində, çox doğru kontekstdir, çünki xalqların dünyadakı yerini və rolunu məhz təhsil müəyyən edir. Əbəs yerə deyil ki, bu gün hər bir xalq öz təhsili ilə tanınır...
Azərbaycan xalqı da təhsilə xüsusi önəm verir. Çünki təhsil gələcəyimizi müəyyən edən ən ali kriteriyadır...
Təəssüflər olsun ki, son illər bəzi adamlar şəxsi mənafeləri naminə təhsil quruculuğuna zidd gedir, əllərindəki fürsətdən nəfsi istəkləri üçün yetərincə yararlanırlar. Sözü uzatmadan konkret olaraq deyim ki, əvvəllər Ağdam rayon 30 nömrəli orta məktəb kimi tanınmış, hazırda İsmayıllı rayon 8 nömrəli tam orta məktəb kimi tanınan təhsil ocağının direktoru Sədi Nəzərov haqqında da qulağa xoş gəlməyən söz-söbətlər yayılır, onun da bu qəbildən olan adamların sırasında olduğu ərz edilir.
Sədi Nəzərovun direktor olana qədər keçdiyi yola nəzər salsaq, onun, əslində, təhsil adamı olub-olmadığını asanlıqla müəyyən edə bilərik. Sədi Nəzərov bir müddət Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olub. Bu, ayıb iş deyil, bu yolla çörək qazanıb. Daha sonra da bir şirkətdə işləyib. Burada da ayıb heç nə yoxdur, ailəsinin çörəyini qazanıb. Əsas ayıb olan odur ki, o, şirkətdə işləyə-işləyə (bəlli ki, nəyinsə qarşılığında) adını Bakı şəhərində fəaliyyət göstərən Ağdam məktəbinə hərbi müəllim yazdırıb. Camaat da elə bilib ki, o, bu məktəbdə hərbi hazırlıq müəllimi işləyir... Vəssalam. Yəni, Sədi Nəzərovun, direktor olana qədər keçdiyi təhsil yolu yalnız budur... Bu tərcümeyi-hal direktor ola bilmək üçün əsas vermir,
verirsə də, belə bir adam təhislin inkişafı üçün düşünmürəm ki, müsbət yöndə nəsə edə bilsin.
Məlumat üçün deyim ki, 6 yanvar 2026-cı il tarixindən etibarən Ağdam rayon 30 nömrəli orta məktəb Elm və Təhsil Nazirliyinin müvafiq qərarı ilə Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeçiliyinə verilib. Bu da onunla əsaslandırılıb ki, bu təhsil müəssisəsinin faktiki yerləşdiyi ərazi Qarabağ Regional Təhsil İdarəsinin dislokasiya sərhədlərindən kənardadır, burada idarəetmə və nəzarət mexanizmlərinin daha səmərəli həyata keçirilməsi, operativliyin artırılması, idarəetmədə vahidliyin təmin edilməsi, təhsil prosesinin daha effektiv təşkili mütləqdir, bu məqsədlə məktəb yerləşdiyi ərazi üzrə Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyinə verilir. Bu mənada məktəb bundan sonra inzibati idarəetmə səbəbindən İsmayıllı rayon 8 nömrəli tam orta məktəb kimi fəaliyyətini davam etdirəcək. Olsun, bu addım təhsil işində yeni metodların tətbiqi üçün vacibdir. Buna iradımız yoxdur, məyusluq doğuran odur ki, adıçəkilən məktəbin direktoru müasir təhsil proqramları üzrə nəticələrə imza atmaqdansa, maliyyə cinayətlərindən əl çəkmir... Necə? Fikrimi sübuta yetirmək üçün diqqətinizi bir-iki fakta çəkməyi vacib bilirəm:
1) Üç ildir adıçəkilən məktəbdə musiqi müəllimi yoxdur. Vakansiya yeri gizlədilir. Direktorun musiqi dərsini qanunsuz olaraq ədəbiyyat müəlliminə verdiyi, əvəzində aylıq haqq aldığı deyilir. ədəbiyyat müəllimi necə istedadlı musiqiçilər, yaxud, Üzeyir Hacıbəyov, Qara Qarayev yetişdirə bilər ki?
2) Üç ildir eyni halın texnologiya fənnində də tətbiq olunduğu, yəni, vakansiya yerinin gizlədildiyi, bu fənnin tədrisinin təbii ki, müəyyən haqq qarşılığında dəxli olmayan müəllimlərə (məsələn, kimya, biologiya müəllimlərinə) verildiyi bildirilir.
3) Müasir dünyanın ən vacib təhsil elementi olan informatika dərslərinin də vakansiyadan gizlədilməklə müəyyən haqq qarşılığında fizika və riyaziyyat müəllimlərinə verildiyi ərz olunur.
4) Yaxud, diaqnostik qiymətləndirmədən keçməyən müəllimə 24 saat dərs və 12 saat məktəbəqədər hazırlıq qrupunun verilməsi barədə də fikirlər dolaşır. Halbuki bu cür müəllimlər 6 saatdan artıq dərs apara bilməz. Təbii ki, bunun da qarşılığı bəllidir...
5) Məktəbdəki bir neçə texniki ştatın direktor tərəfindən öz yaxın adamlarının adına yazıldığı, əməkhaqlarının mənimsənildiyi diqqətə çatdırılır. Hansı ki, bu ştatların əməkhaqları aşkar kartlarla verilməlidir, ancaq direktorun, özündə gizli əməkhaqqı kartları saxladığı da dillərdə əzbərdir.
6) Ərz olunur ki, məktəbin təşkilatçı müavininə təzyiq göstərilir, müəllimlərdən dərs saatına uyğun olaraq 20 manatdan 70-80 manata qədər pul yığılır. Belə çıxır ki, direktor məktəbi öz şəxsi biznesinə çevirib?
7) Həmçinin, bizdən soruşurlar: Sədi müəllimə kim icazə verib ki, 30 km-lik məsafədən iki ictimai nəqliyyatla məktəbə şagird daşıtdırır? Bu şagirdlərin təhlükəsizliyinə bəs kim qarant verir? Necə olur ki, 18 yerlik o nəqliyyatdan 50-60 şagird daşınır? Əslində, Elm və Təhsil Nazirliyi vacib sahələrə nəqliyyat ayırıb, sürücüyə aylıq məvacib verir. Sədi Nəzərov, görəsən, hansı təlimata uyğun belə addım atır?
8) Bu da deyilir ki, direktor bilərəkdən müxtəlif fənlər üzrə sinifləri asanlıqla qruplara bölmək, qarşılığında pul qazanmaq üçün siniflərdə şagirdlərin sayını süni yolla artırır...
9) Yaxud, deyilir ki, adıçəkilən məktəbdə məşğələ saatlarının ancaq adı var, hansı ki, orada məşğələ-zad keçirilmir. Çünki birnövbəli məktəbdə məşğələ keçmək mümkün olmur. Mütləq ikinci növbə olmalıdır. Bu səbəbdən, siniflərdə şagirdlərin sayı süni yolla artırılır. Ayrıca, 30 ki-lik məsafədən şagirdlərin ikinci növbəyə qayıtması mümkün də deyil. Amma adıçəkilən məktəbdə bu, nədənsə mümkün olur... Bəlkə Sədi müəllimin vertalyotu var, biz bilmirik?
10) Yeni direktorun psixoloji durumunun da yerində olmadığı deyilir; o, tez-tez əsəbləşir, gah telefonu divara çırpır, gah şagirdlərə təpik atır və s. Bu da heç bir əxlaqa sığmır. Sədi müəllimin direktor olduğu bu 3 ildə bir şagird olsun belə rayon, respublika olimpiadasında məktəbi təmsil etməyib, nəticə göstərməyib. Məktəbin səhifəsinə müxtəlif reklamlar yerləşdirmək təhsildə nəticə demək deyil.
Bütün bunlara görə Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Ramin Abbasova irad bildirmək istədim, ancaq araşdırma aparıb gödüm ki, Ramin müəllim təhsil sahəsində artıq yetkinləşmiş bir ziyalıdır, onun bu sahədə yetərincə təcrübəsi var, yüksək təşkilati biliyə və bacarığa malikdir və s. Elə bu səbəbdən, üzümü hörmətli Ramin müəllimə tutub deyirəm: Dələduz adamlar həmişə Azərbaycan təhsilinə ləkə olub. Belələri təkcə təhsilə yox, ölkə Prezidenti İlham Əliyevin apardığı uğurlu təhsil siyasətinə də tamamilə ziddir. Düşünürəm ki, Sədi Nəzərovun məktəbdəki yarıtmaz işləri birbaşa məhz sizin də işinizə xələl gətirir, Ramin müəllim. İmkan verməyin ki, İsmayıllı rayon tabeliyinə keçmiş 8 nömrəli tam orta məktəb həmişə respublikada birincilik sırasında olan İsmayıllı təhsilinə ləkə gətirsin. Belə adamlar təhsil sahəsindən uzaqlaşdırılmalıdır.
Ən əsası, ümid edirəm ki, cənab Ramin Abbasov Sədi Nəzərovun sərgilədiyi əməllərdən xəbərdar deyil. O, bəlli ki, bu faktları biləndən sonra onun haqqında ölçü götürəcək, müvafiq tədbirlər görəcək. Buna misilsiz dərəcədə inanıram...

Raqif Nazimoğlu

Oxunub: 163
Paylaş:
Digər xəbərlər

sosial / manset

13-09-2023, 12:43

Məktəb direktoru təhsil sektoruna müdir təyin edilib

sosial / manset

13-07-2024, 11:23

Bu məktəbdə yoxlamalar aparıldı - Direktor işdən çıxarıldı

gundem / ust / Təhsil / manset

4-10-2025, 15:54

Bakı şəhəri 111 nömrəli tam orta ümumtəhsil məktəbin direktoru Jalə Hacıyeva: “Qabaqcıl təhsil işçisi, peşəkar pedaqoq”

gundem / Təhsil / manset

19-02-2026, 18:00

Vətənə sədaqətli maarifçi – Zəngilan rayonu 13 nömrəli tam orta ümumtəhsil məktəbin direktoru Vüsalə Hüseynova

gundem / manset / Təhsil

17-02-2025, 15:32

Bakı şəhəri 335 nömrəli tam orta məktəbdə I yarımili uğurla başa vuran şagirdlər təltif olundu

ULUSƏS TV
Son xəbərlər
  • Bu gün, 18:37
    Yay Fest 2026-nın ilk düşərgəsi – “Rəqəmsal Dövlət” uğurla başa çatıb
  • Bu gün, 12:48
    Bakıda xəstəxanaların həyətindən - Xoşagəlməz görüntülər
  • Bu gün, 12:13
    Maştağada 52 yaşlı kişinin meyiti tapıldı
  • Bu gün, 12:03
    Antibiotiklərin ömürə təsiri?
  • Bu gün, 11:59
    Mütəmadi baş ağrısı və ürəkbulanma ciddi xəstəlikdən xəbər verir.Həkim məsləhəti
  • Bu gün, 11:56
    FHN-in Şimal-Qərb Regional Mərkəzi təlim keçirdi
  • Bu gün, 11:37
    DÇ-2026-da III yer uğrunda mübarizə - Fransa, yoxsa İngiltərə?
  • Bu gün, 11:27
    “Azeri Light”ın qiyməti 90 dollara yaxınlaşır
  • Bu gün, 11:24
    İranın hücumundan sonra aeroportu bağladılar
  • Bu gün, 11:18
    Hərbçimiz həlak oldu
  • Bu gün, 11:14
    Sən kimə dua edirsən?..
  • Dünən, 14:04
    Bayramovla Lavrovun görüşü başlad
  • Dünən, 14:00
    “Bank Respublika” “Azərbaycanın ən yaxşı KOS bankı” mükafatına layiq görüldü
  • Dünən, 13:56
    Eks-bələdiyyə sədri 100 min manata yaxın zərər vurmaqda ittiham olunur
  • Dünən, 13:52
    Ramazan Nəbiyevə yüksək vəzifə verildi
  • Dünən, 13:48
    İsrail parlamenti buraxıldı
  • Dünən, 13:42
    Sumqayıtlı həkimdən beynəlxalq uğur!
  • Dünən, 13:37
    Antibiotik vurulan 5 aylıq hamilə qadın öldü
  • Dünən, 13:19
    İki gün sonra yeni sahibi bəlli olacaq - Dəyəri 1 milyondan çoxdur
  • Dünən, 13:15
    İlham Əliyev Donald Trampa təşəkkür etdi
  • Dünən, 12:14
    Xameneinin dəfn olunduğu məqbərədə yanğın baş verdi
  • Dünən, 12:07
    “Bu ölkəyə səfər etməyin” - ABŞ səfirliyindən xəbərdarlıq
  • Dünən, 11:03
    Göy qurşağı rəngli xatirələr...
  • 16-07-2026, 17:26
    Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov jurnalist Mərhəmət Lələyevi qəbul edib
  • 16-07-2026, 17:12
    Siyasi dialoqun və strateji tərəfdaşlığın inkişafında yeni mərhələ
  • 16-07-2026, 14:48
    Azərbaycanlı dənizçilərə çağırış edildi
  • 16-07-2026, 14:43
    Ümid Hacızadə – 24 yaşın mübarək!
  • 16-07-2026, 13:40
    Dünya bir nərdivandır...
  • 16-07-2026, 12:43
    Əli Əsədov Fələstinin Baş naziri ilə görüşdü
  • 16-07-2026, 12:33
    “Pakistan diplomatiyası buna görə də təqdir olunmalıdır”
  • 16-07-2026, 12:24
    Yaslardakı zəhərlənmələr lavaşla bağlı olub - Açıqlama
  • 16-07-2026, 12:02
    Fələstinin Baş naziri Fəxri xiyabanda
  • 16-07-2026, 11:52
    Mövqe: Hüquqi qiymət verilmiş məsələ ətrafında dezinformasiyaya son qoyulmalıdır. LOR həkimi Rəşad Məmmədovun haqqında yayılan məlumatlar həqiqəti əks etdirmir.
  • 16-07-2026, 11:40
    Abşeronda növbəti vətəndaş qəbulları və görüşlər keçirilib
  • 16-07-2026, 11:34
    Bu dəfə onlar saxlanıldı - Sıla, İlyas Yalçıntaş...
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə