• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğu tikilir

gundem / sosial / manset

23-07-2026, 17:41

Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğu tikilir
“Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı” çərçivəsində Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti Bakı şəhəri və Abşeron rayonunda yeni kanalizasiya kollektorları və tullantı sular üçün sutəmizləyici qurğuların tikintisi layihələrinə başlayıb.

“Qafqazinfo” xəbər verir ki, layihələrdən biri Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sular üçün sutəmizləyici qurğunun tikintisidir.

İri Şəhərlərin Su Təchizatının mətbuat katibi Ceyhun Musaoğlu layihə haqqında məlumat verərək bildirib ki, ümumi uzunluğu 23 kilometr olan Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun tikintisi, məhsuldarlığı gün ərzində 100 000 kubmetr olan tullantı sutəmizləyici qurğunun qurulması nəticəsində bir sıra qəsəbələrin kanalizasiya təchizatı təmin ediləcək: “Həmçinin bu işlər çərçivəsində Bakı buxtasının, Xocəsən, Qırmızı, Qu və Lökbatan göllərinin ekoloji vəziyyəti yaxşılaşdırılacaq. Lökbatan tullantı sutəmizləyici qurğusu layihəsi birinci mərhələdə Xocəsən, Sulutəpə, Şonqar, Lökbatan Yasamal, Badamdar, Bayıl, Bibiheybet massivlərini əhatə edəcək”.

Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sular üçün sutəmizləyici qurğunun tikinti layihəsinə 2025-ci ildə başlanılıb və 2028-ci ildə tamamlanması nəzərdə tutulur.

Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinin böyük məsləhətçi, mühəndis Mürsəl Ələşrəfov qeyd edib ki, bu layihə çərçivəsində nasos stansiya, incə barmaqlıq, kobud barmaqlıq, qumtutucu, yağtutucu, biofosfor, havalandırma, son durulducu hovuzları, disk filtrlər, UVE qurğusu tikiləcək: “Sonda çirkab su UVE qurğusundan keçərək bütün zərərli bakteriyalar zərərsizləşdiriləndən sonra dənizə yönləndiriləcək. Bu işlərin davamı olaraq dənizdə diametri 1600 mm, uzunluğu 2.7 km olan metal borular quraşdırılacaq. Qurğunun ərazisində enerji mərkəzi tikiləcək, ərazidə 6 kilovotluq şəbəkə yaradılacaq. Bir sözlə, təmizləyici qurğu ən müasir standartlara cavab verəcək”.

Hazırda qum və yağtutucu qurğusunda pərdə divarlarının armatur və qəlib işləri görülür. Biofosfor hovuzu qurğusunun armatur, havalandırma hovuzu qurğusunda svay bünövrə, temperatur tikişlərində izolyasia işləri həyata keçirilir. İnzibati binanın hörgü işləri də hazırda davam etdirilir.

Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun tikintisi üzrə işlərin 50 faizi icra olunub.

Bu layihə Bakı şəhərinin kanalizasiya infrastrukturunun müasirləşdirilməsi istiqamətində icra olunan ən mühüm layihələrdən biridir. Layihənin başa çatdırılması tullantı sularının ətraf mühitə mənfi təsirinin minimuma endirilməsinə, ekoloji təhlükəsizliyin gücləndirilməsinə, əhalinin sanitariya şəraitinin yaxşılaşdırılmasına əhəmiyyətli töhfə verəcək. Eyni zamanda, müasir texnologiyalar əsasında fəaliyyət göstərəcək sutəmizləyici qurğu tullantı sularının ekoloji standartlara uyğun təmizlənməsini təmin edəcək.







Bizi X şəbəkəsində izləyin





Oxunub: 4
Paylaş:
Digər xəbərlər

gundem / siyaset / bolge / ust / manset

16-01-2024, 18:30

Prezident Neftçalada: İçməli su təchizatı sistemlərinin istismara verilməsi mərasimində

gundem / sosial / manset

3-06-2026, 11:45

ADSEA Xankəndidə 3 mindən çox abonentə xidmət göstərir

sosial / manset

15-01-2026, 08:06

Abşeronda "Qartal gölü"ndə nə baş verir?

sosial / manset

4-06-2026, 14:32

Şuşada infrastruktur layihəsi üzrə tikinti işləri davam etdirilir

gundem / siyaset / manset

14-01-2026, 15:54

Su təhlükəsizliyi dövlət siyasətinin prioritetidir

ULUSƏS TV
Son xəbərlər
  • Bu gün, 10:49
    BDU-nun 9 fakültəsinə dekan seçiləcək - Siyahı
  • Bu gün, 10:44
    20 yaşlı sürücü qəza törədib - Ölən var
  • Bu gün, 10:40
    Şahbaz Şərif Rusiyaya gedir
  • Bu gün, 10:34
    “Qalatasaray” “Aston Villa”ya, “Mançester Siti” “Napoli”yə qarşı
  • Bu gün, 10:28
    Hacıqabuldakı ölüm hadisəsi ilə bağlı - Rəsmi açıqlama
  • Bu gün, 10:24
    İranda işıqlar hər gün sönəcək
  • Bu gün, 10:06
    Hörmüzdə üç neft tankeri partladı
  • Bu gün, 10:03
    “Əsrin boşanması” bitir - Milyarder ayrılmaq üçün 702 milyon ödəməyə razılaşdı
  • Bu gün, 10:00
    Qayıdan kimi 34 milyard dollar varlandı
  • Bu gün, 09:56
    Casusluq qalmaqalı ilə gündəm olan şirkət “qara siyahı”ya salındı
  • Dünən, 17:04
    “Future Skills Lab: Gələcəyin Bacarıqları Akademiyası” layihəsi uğurla başa çatıb!
  • Dünən, 15:46
    ŞƏFFAF ÖDƏNİŞ, QANUNİ VERGİ VƏ GÜCLÜ DÖVLƏT! İSMAYIL ZALOVDAN MÜĞƏNNİLƏRİN TOY EVLƏRİNDƏ, TOYXANALARDA VƏ ŞADLIQ SARAYLARINDA ƏLDƏ ETDİKLƏRİ GƏLİRLƏRİN VERGİ UÇOTUNA ALINMASI TƏŞƏBBÜSÜ!
  • Dünən, 10:47
    Binəqədi rayonu 28 May Qəsəbə sakinləri ADY QSC ev tikəndə pul aldılar, sökəndə niyə haqqımızı vermirlər.
  • Dünən, 10:27
    “AzInTelecom” və “Presight” SİMA-nın beynəlxalq bazara çıxarılması üçün əməkdaşlıq edəcək - Fotolar
  • Dünən, 10:24
    Həmin qəzada ölən aparıcı sərnişin olub - Foto
  • Dünən, 10:19
    “Azərbaycançılıq məfkurəsi bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir”
  • Dünən, 10:13
    Alyona Əliyeva sərgidə - Fotolar
  • Dünən, 10:08
    Ən uzunmüddətli COP olsa da - Razılığa gələ bilmədilər
  • Dünən, 10:05
    Meyiti yaşadığı evdən tapıldı
  • Dünən, 09:57
    Sağlam hesab etdiyimiz bu qidalar dişləri məhv edirmiş
  • Dünən, 09:53
    Xaçmaz-Quba yolunda qəza - Bir ailənin altı üzvü yaralandı
  • Dünən, 09:50
    İtaliyanın xarici işlər naziri Azərbaycandadır
  • Dünən, 09:46
    63 yaşlı kişi Kürdə batdı
  • Dünən, 09:43
    Bu ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
  • 22-11-2026, 15:53
    Azərbaycan-Vyetnam münasibətləri yeni geoiqtisadi imkanlara doğru
  • 22-11-2026, 14:16
    İran təhdidinə görə bazada qaldığını təsdiqlədi - Onlar da evlərini tərk ediblər
  • 22-11-2026, 14:14
    Yeniyetmələr qəzaya düşdü - Yaralılar var
  • 22-11-2026, 14:08
    Prezident livanlı həmkarını təbrik etdi
  • 22-11-2026, 12:42
    Bu gündən bu ölkəyə vizasız gedəcəyik
  • 22-11-2026, 12:35
    BYD-nin Avropada satış və istehsalı qadağan edildi
  • 22-11-2026, 11:56
    “Titanik üzüyü” və meyitdən götürülən qızıl saat rekord qiymətə satıldı
  • 22-11-2026, 11:50
    8 illik səyahətdən sonra Merkuriyə çatdı
  • 22-11-2026, 11:45
    Rayonlara yağış, Şahdağa qar yağıb - Faktiki hava
  • 22-11-2026, 11:38
    21 yaşlı tələbə vəfat etdi
  • 22-11-2026, 11:33
    Bakıda bir sıra ərazilərə avtomobillə giriş ödənişli olacaq
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə