• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Su təhlükəsizliyi dövlət siyasətinin prioritetidir

gundem / siyaset / manset

14-01-2026, 15:54

Su təhlükəsizliyi dövlət siyasətinin prioritetidir
Məşhur Məmmədov
Milli Məclisin deputatı

Su təhlükəsizliyi müasir dövrdə dövlətlərin sosial-iqtisadi dayanıqlığını və milli təhlükəsizliyini müəyyən edən əsas amillərdən birinə çevrilib. İqlim dəyişiklikləri, əhalinin artımı və urbanizasiya su resurslarının daha planlı və məsuliyyətli idarə olunmasını zəruri edir. Azərbaycan bu çağırışlara cavab olaraq son illər su təsərrüfatı sahəsində ardıcıl və strateji addımlar atıb. Prezident İlham Əliyevin sədrliyi ilə yanvarın 12-də keçirilən müşavirə də məhz bu siyasətin məntiqi davamı kimi qiymətləndirilməlidir. Müşavirədə Bakı şəhəri və Abşeron yarımadası üçün həyati əhəmiyyət daşıyan 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramının əsas konturları və prioritetləri müəyyənləşdirildi. Bu proqram təkcə infrastruktur layihəsi deyil, uzunmüddətli su təhlükəsizliyini təmin edən kompleks dövlət strategiyasıdır.

Prezident İlham Əliyevin sədrliyi ilə yanvarın 12-də keçirilən və “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illər üçün Dövlət Proqramı”na həsr olunan müşavirə bir daha göstərdi ki, su məsələsi Azərbaycan üçün təkcə kommunal xidmət deyil, milli təhlükəsizlik, sosial rifah və dayanıqlı inkişaf məsələsidir.

Son 20 ildə ölkədə həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri nəticəsində əsas həyati problemlər sistemli şəkildə öz həllini tapıb. Elektrik enerjisi sahəsində generasiya güclərinin yaradılması, ötürücü və paylayıcı şəbəkələrin vahid sistemə salınması Azərbaycanın enerji təhlükəsizliyini tam təmin edib və ölkəmizi ixracatçıya çevirib. Qazlaşma səviyyəsinin 96 faizə çatdırılması isə sosial infrastrukturun ən mühüm nailiyyətlərindən biridir. Avtomobil yollarının, körpülərin, tunellərin inşası, xüsusilə işğaldan azad edilmiş ərazilərdə aparılan kompleks infrastruktur quruculuğu Azərbaycanın vahid iqtisadi və nəqliyyat məkanını möhkəmləndirib.

Bu kontekstdə su təsərrüfatı sahəsində görülən işlər xüsusi əhəmiyyət daşıyır. Son 20 ildə dörd böyük su anbarının inşası və onların 500 milyon kubmetrdən artıq potensiala malik olması ölkənin su təhlükəsizliyinin əsas dayaqlarından birinə çevrilib. “Taxtakörpü” və “Şəmkirçay” su anbarları Bakının və qərb bölgəsinin dayanıqlı su təchizatında həlledici rol oynayıb. Samur sularının “Ceyranbatan” su anbarına yönləndirilməsi və burada müasir təmizləyici qurğuların qurulması strateji baxımdan vaxtında atılmış addımlar olub.

Prezident İlham Əliyevin çıxışında vurğulandığı kimi, Ermənistanın işğal dövründə su resurslarından silah kimi istifadə etməsi, “Sərsəng” və “Suqovuşan” su anbarları vasitəsilə həyata keçirilən su terroru Azərbaycan kənd təsərrüfatına və əhalinin yaşayışına ciddi zərər vurmuşdu. Bu gün isə azad edilmiş ərazilərdə su təsərrüfatının bərpası dövlət siyasətinin əsas istiqamətlərindəndir. “Sərsəng”, “Suqovuşan”, “Xaçınçay”, “Köndələnçay”, “Zabuxçay” su anbarlarının yenidən qurulması, “Həkəriçay” və “Bərgüşadçay” su anbarlarının tikintisinin planlaşdırılması Qarabağ və Şərqi Zəngəzurun dayanıqlı yaşayış məkanına çevrilməsinə xidmət edir.

Su mənbələrinin təxminən dörddəbirinin vaxtilə işğal altında olan ərazilərdə formalaşması azadlıqdan sonra Azərbaycanın su təhlükəsizliyini keyfiyyətcə yeni mərhələyə yüksəldib. Bununla yanaşı, Kür, Araz və Samur kimi transsərhəd çaylardan asılılıq məsələsi də iqlim dəyişiklikləri fonunda xüsusi həssaslıq tələb edir. Qlobal miqyasda su qıtlığı və iqlim risklərinin artdığı bir dövrdə Azərbaycanın su siyasəti qabaqlayıcı və uzunmüddətli planlama üzərində qurulur.

Məhz bu yanaşmanın nəticəsi olaraq 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramı hazırlanıb. Proqramın əsas məqsədi Bakı şəhərinin, onun qəsəbələrinin, Sumqayıt şəhərinin və Abşeron rayonunun dayanıqlı içməli su ilə təmin olunması, yağış və tullantı sularının müasir tələblərə uyğun idarə edilməsidir. Onillik dövrü əhatə edən bu sənəd genişmiqyaslılığı, konkret hədəfləri və maliyyə təminatı ilə seçilir. Proqram həm dövlət büdcəsi, həm də xarici kreditlər hesabına maliyyələşdiriləcək ki, bu da Azərbaycanın aşağı xarici borc yükü və maliyyə dayanıqlığı fonunda tam əsaslandırılmış qərardır.

Proqram çərçivəsində 30-a yaxın yeni su anbarının tikilməsi, sayğaclaşdırmanın 100 faizə çatdırılması, fasiləsiz içməli su ilə təminatın 95 faizə yüksəldilməsi nəzərdə tutulur. Eyni zamanda, su itkilərinin 40–45 faizdən kəskin şəkildə azaldılması əsas prioritetlərdən biridir. Kanalizasiya xidmətlərinin əhatə dairəsinin 95 faizə çatdırılması, Bakının 30 küçəsində yağış sularının idarə olunması üçün yeni kollektor şəbəkələrinin qurulması şəhər infrastrukturunun dayanıqlığını əhəmiyyətli dərəcədə artıracaq.

Xəzər dənizinin qorunması da proqramın mühüm tərkib hissəsidir. Dənizə buraxılan tullantı sularının 100 faiz təmizlənməsi, Hövsan sutəmizləyici stansiyasının modernləşdirilməsi ekoloji təhlükəsizliyin gücləndirilməsinə xidmət edəcək. Abşeron yarımadasında ilk dəfə duzsuzlaşdırma zavodunun inşası isə alternativ su mənbələrinin yaradılması baxımından strateji yenilikdir və bu layihənin xarici investisiyalar hesabına həyata keçirilməsi iqtisadi səmərəliliyi artırır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən su siyasəti göstərir ki, Azərbaycan gələcək riskləri qabaqcadan hesablayan, resurslarını qoruyan və əhalinin rifahını uzunmüddətli perspektivdə təmin edən dövlət modelini formalaşdırıb. 2026–2035-ci illər üçün Dövlət Proqramı bu yanaşmanın məntiqi davamı olmaqla, su təhlükəsizliyini ölkənin strateji inkişaf gündəliyinin mərkəzinə yerləşdirir.


www.AzadMedia.az

Oxunub: 9
Paylaş:
Digər xəbərlər

gundem / siyaset / manset

5-06-2025, 12:24

Şahin Seyidzadə: Azərbaycanın yaşıl enerji sahəsindəki təşəbbüsləri xüsusi əhəmiyyət daşıyır

gundem / manset

5-01-2023, 19:00

Səttar Möhbalıyev: “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin mühüm tərkib hissəsidir”

gundem / siyaset / manset

4-11-2025, 12:58

Tarix, strateji baxış və yeni dövrün elmi əsasları

gundem / siyaset / manset

24-12-2025, 21:13

Prezident İlham Əliyev müasir Azərbaycanın qalib lideridir

gundem / siyaset / manset

20-10-2025, 11:26

Davamlı inkişaf fonunda yeni hədəflər

ULUSƏS TV
Son xəbərlər
  • Bu gün, 10:18
    Nəvəsinin andiçməsindən sonra meyiti tapılan Mirzəcan kişi ilə bağlı - Yeni detallar
  • Bu gün, 10:10
    Kriminal şəbəkənin rəhbəri Azərbaycanda tutuldu - Türkiyə mediası
  • Bu gün, 10:05
    Bu gün millimizin oyunu var
  • Bu gün, 09:59
    Qocalmanı gecikdirən ən təsirli qidalar - Siyahı
  • Bu gün, 09:56
    Trampla Netanyahu telefonda dalaşıb?
  • Bu gün, 09:53
    Turistlərin bol olduğu ölkədə ingilis dilini niyə bilməyəsən?
  • Bu gün, 09:47
    NASA iş elanı verdi - Maaş 164 mindir
  • Bu gün, 09:43
    “Hərbi güc tətbiq etməkdən çəkinməzdim”
  • Bu gün, 09:40
    “İndiyəqədərki ən böyük əsir mübadiləsi baş tutacaq”
  • Bu gün, 09:36
    “Vəzifədən getməzdən əvvəl məsələni həll etmək istəyirəm”
  • Dünən, 18:56
    Azərbaycan incəsənəti Çilidə: Santyaqoda Zəfər Gününə həsr olunmuş beynəlxalq sərgi açılıb
  • Dünən, 15:30
    JURNALİST İBRAHİM İSGƏNDƏROV YOL QƏZASINDA XƏSARƏT ALAN GƏNC XANIMA İLKİN YARDIM GÖSTƏRƏRƏK ONUN HƏYATININ XİLASEDİLMƏSİNƏ DƏSTƏK OLUB
  • Dünən, 13:24
    Milli dövlətçilik ənənələri və konstitusion inkişaf - DEPUTAT
  • Dünən, 10:41
    Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı - Paylaşım
  • Dünən, 10:30
    General Natiq Əliyevin qızı saxlanıldı
  • Dünən, 10:18
    Azərbaycanda işləyənlərin orta aylıq maaşı açıqlandı
  • Dünən, 10:14
    “Bakıdakı bu kilsənin qapıları taybatay açılmalıdır”
  • Dünən, 10:09
    Mehriban Əliyevadan Konstitusiya Günü paylaşımı - Foto
  • Dünən, 10:02
    Kanadada məhkəmə ana və qızına hücum edən 4 ayının ölümünə qərar verdi
  • Dünən, 09:55
    İsrail pasportu olanların ölkəyə girişini qadağan edirlər
  • Dünən, 09:45
    Quş qripinə görə bu heyvanlar məhv olma həddinə çatıb
  • Dünən, 09:39
    Argentina ordusunu “terror təşkilatı” elan etdilər
  • Dünən, 09:36
    İsrail ordusuna İrana qarşı hazırlıq tapşırığı verildi
  • 11-11-2026, 14:01
    GÜLNARA HƏMİDOVA – SÖZÜNƏ, QƏLƏMİNƏ VƏ İNSANLIĞINA SADİQ ÖMÜR YOLU! DOĞUM GÜNÜNÜZ MÜBARƏK!
  • 11-11-2026, 10:42
    ADY yükdaşımalar üzrə ən yüksək göstəricilər əldə edib
  • 11-11-2026, 10:35
    “Azeri Light” ucuzlaşdı
  • 11-11-2026, 10:28
    650 min manatı leqallaşdıran Həsənə 7 il 6 ay həbs verildi
  • 11-11-2026, 10:22
    10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı
  • 11-11-2026, 10:18
    Pezeşkian Türkiyəyə gedir
  • 11-11-2026, 10:13
    Lökbatanda itlər sakinə hücum etdi - Həmin gün 5-ci hadisə imiş - Video
  • 11-11-2026, 10:07
    Qax sakinini Masazırda maşın vurub öldürdü
  • 11-11-2026, 10:01
    “Sabah” basketbol klubu “Trabzonspor”u məğlub etdi
  • 11-11-2026, 09:57
    Fars körfəzində BƏƏ-yə məxsus gəmiyə hücum edilib
  • 11-11-2026, 09:48
    Adanada bir gündə ikinci zəlzələ
  • 10-11-2026, 21:07
    Gülnara Həmidova: ŞAHİN BABAYEVİN ƏZİZ XATİRƏSİ QƏLBİMİZDƏ DAİM YAŞAYACAQ – BİR İLİN AĞRISI, BİR ÖMRÜN UNUDULMAZ İZLƏRİ...
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə