Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin tərkibində uşaq estrada sənəti bölməsinə 2018/2019-cu tədris ili üçün qəbul başlanıb.
Qeyd edək ki, UESS Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə ilk və hələlik yeganə ekstremal layihədir.
Seçimdə 5 yaşından 17 yaşınadək uşaqlar iştirak edə bilər.
Dərslər iki saat olmaqla, həftədə üç dəfə peşəkar müəllimlər tərəfindən keçiriləcək.
Uşaq estrada sənəti sinfinə daxil olmaq üçün tələb olunur:
- 2 ədəd şəkil (3x4)
- tibbi arayış
- yaşayış yerindən arayış
- doğum haqqında şəhadətnamənin sürəti
- şəxsiyyəti təsdiq edən sənədin sürəti
Daha ətrafı məlumatı buradan almaq mümkündür.
Tel.: 050 233 04 54
Elektron poçt ünvanı: Info@UESS.az
Ünvan: Heydər Əliyev pr. 67