Salmanov Çingiz İsa oğlu 14 may 1956-cı ildə Qubadlı rayonunun Xələc kəndində anadan olmuşdur.
Çingiz Quliyev adına Çardaxlı kənd tam orta məktəbinin direktorudur. On dörd kitabın, 4 dərslik, 3 dəs vəsaitinin, 5 metodik vəsaitin, I-XI siniflər üçün fiziki tərbiyə üzrə tədris proqramının müəlliflərindən biridir.
Çingiz Salmanov “Qızıl qələm, “Əsrin ziyalısı”, “Xalq ziyalısı” diplomlarına və türk dünyasının “Dostluq ordeni”nə layiq görülüb.
TƏLƏSİRƏM
Yurd-yuvamdan qovulmuşam,
Görüşünə tələsirəm.
Qınamasın ellər məni,
Qolu bağlı bir əsirəm.
Ümid, inam boşa çıxır,
Nə xoş səda, nə də hənir.
Ömür atım çaparaqda,
Illər ötür, yaş tükənir.
Bu yaşamaq yaşamaqmı?
Qüebət eldə küsgün halda.
Ölümümü gözləyirəm,
Qulaq səsdə, gözlər yolda.
QORXURAM
Qoca dünya itib mizan, tərəzin,
Haqq yerimir, mən nahaqdan qorxuram.
Bəlasını hey çəkirik şimalın,
Ondan gələn “qış, sazaqdan” qorxuram.
Narahatam bu qurama işlərdən,
Şər, böhtana fitva verən bəşərdən.
El-obama bu qıcanan dişlərdən,
Qərbdən gələn “ittifaqdan” qorxuram.
Düz olan iş hərdən tərsə yozulur,
Müsəlmana, türkə quyu qazılır,
Günah işlər günahsıza yazılır,
Ərzi tutan bu nifaqdan qorxuram.
GETDİ
Ötdü, elə ötdü ömrün illəri,
Düşdü saçlarıma vaxtsız, vaxtlı dən.
Ələk-vələk edib xatirələri,
Qapanıb qalıram özümə hərdən.
Mən hara, qaçqınlıq taleyi hara?
Düşdüm qəribliyə cavan yaşımda.
Dağ idim dözdüm mən ayrılıqlara,
Qapanıb qalıram özümə hərdən.
Qoyub gəldik yeri-göyü ağlayır,
Bu ayrılıq sinələri dağlayır.
Bizsiz onu kim göz üstə saxlayır,
Qucaq açıb şimşəklərə damcılı.
RÖYADA GÖRDÜYÜM LALƏ
Yerin vardı ürəyimdə,
Bitmiş idin yurd yerimdə,
Səni röyada görəndə,
Oldum dəli mən ay lalə.
Heyran-heyran baxdım sənə,
Qara xal düşmüş sinənə,
Dərdimi artırdın yenə,
Sən ay lalə, sən ay lalə.
Baharın gülşən çağında,
Iüllər açmış sol-sağında.
Həkərimin qırağında,
Gördüm duman, çən, ay lalə.
QUBADLIDA
Həsrətəm üzünə, həsrətəm lələ,
Silinir saldığım iz Qubadlıda.
Yağılar kök salıb obaya, elə,
Büküldü bükülməz diz Qubadlıda.
Səngər dağım yenə məğrur dururmu?
Səlkin dağı qəmdən boynun burubmu?
Ağlar bulaqlar tək ta yorulubmu?
Yolları göz çəkən düz Qubadlıda.
Yaşıl ormanları yaşıllaşırmı?
Həkəri, Bərgüşad aşıb-daşırmı?
Arazla, Kür ilə qucaqlaşırmı?
Saraylar itirdik biz Qubadlıda.