... Bu yolu bütün insanlar keçiblər və yenə keçirlər. Elə bir insan yoxdur ki, məktəbə getməsin, parta arxasında əyləşməsin və müəllimindən elm, öyüd-nəsihət almasın. Çünki bu özü bir ömür yoludu və bu ömür yolunu çoxları addımlamağa məcburdur. Qubadlı rayonunda da zamanından və məkanından asılı olmayaraq, bütün dövrlərdə təhsilə, elmə və tədrisə böyük önəm verilib. Elə məhz bunun nəticəsidir ki, rayonun müxtəlif orta məktəblərini bitirən məzunların çoxu ali məktəb tələbəsi adını qazanıb...
... İlk baxışdan bəzilərinə elə gəlir ki, rayon yerlərində təhsilin səviyyəsi şəhərlə müqayisədə geridə qalır. Amma bu tamamilə yalnış bir təsəvvürdür. Çünki regionların özündə çox nümunəvi və qabaqcıl təhsil müəssisələri var. Bu sözləri Laçın rayonu 40 saylı tam orta məktəbin direktoru Cabbarova Aygün dedi. O dedi:
-Laçın rayonun bütün məktəblərində təhsil son dərəcədə uğurla tədris edilir. Uğurlarımız son dərəcə çoxdur. Bu ilki məzunlarımızdan bir çoxu yüksək nəticələr əldə etdilər. Keçən ilki məzunlarımızın əksəriyyəti ali məktəbə qəbul olundu. Hətta mən deyərdim ki, 75 faizlə bizim məktəb də adını yüksəltdi. Bu faktları sadalamaqda məqsədimiz ondan ibarətdir ki, orta məktəblərdə tədrisin keyfiyyəti yüksək olanda şagirdlər də imtahan zamanı müəllimlərin üzünü ağ edirlər. Çünki çəkilən zəhmət, yəni müəllim-şagird əziyyəti heç vaxt itmir və bu nə vaxtsa öz bəhrəsini verir. Sadəcə olaraq, hər hansı pedaqoji kollektivdə sağlam iqlim olanda, orda hər şey yaxşı olur. Daha doğrusu, həm müəllimlər bir-birini başa düşür, həm də şagirdlər və valideynlər məktəbdə tədrisin keyfiyyətindən razılıq eləyirlər.
Çoxları elə bilir ki, direktor işləmək və məktəbi idarə etmək çox asandır. Amma bundan çətin və bundan da şərəfli iş ola bilməz.
-Laçın rayonu ümumi orta məktəbi fəaliyyətə başlayandan bu günə kimi çoxlu sayda valideynlər, müəllimlər və ziyalılarla görüşlər keçirib. Bütün bunlar hamısı tədrisin və təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət eləyir. Bu gün bizim məktəbin pedaqoji kollektivi gənclik enerjisiylə çalışır. Məktəbimiz əsaslı şəkildə təmir edilib, bir neçə yeni texnika və avadanlıq gətirilib. Bu qayğıya görə əlaqədar təşkilatlara və o cümlədən rayon icra hakimiyyətinin başçısına öz minnətdarlığımızı bildirirəm. Çünki onlar Kaçın rayon təhsilinə öz qayğı və köməkliklərini heç vaxt əsirgəmirlər.
Təhsil olan yerdə keyfiyyət də mövcuddur. Məktəbimizin məzunları arasında yüksək balla ali məktəblərə qəbul olunanlar da var. Bu da bizim üçün ən böyük hədiyyədir. Şagirdlərimizin uğurlarında təbii ki, müəllimlərimizin də əməyi danılmazdır. Onların uğurları bizim uğurlarımızdır. Mən bir məktəb direktoru kimi bu il tələbə adı qazanan məzunlarımızı ürəkdən təbrik edir, onlara uğurlar arzulayıram. Uğurları daim olsun.
Bir xalq yalnız savadlı cəmiyyəti, inkişaf etmiş elmi ilə qürur duya bilər. Yalnız savadlı cəmiyyətlə irəli getmək, uğurlara nail olmaq, ölkəni tanıtmaq mümkündür. Elmin vacibliyini hələ qədim zamanlardan dərk ediblər. Ta qədim zamanlardan elmdə nailiyyətlər əldə etmək üçün çalışıblar. Təbiəti öyrənib, bununla cəmiyyəti məlumatlandırmağa səy göstəriblər.
Laçın rayonu 40 saylı tam orta məktəbin direktoru Aygün xanım Cabbarova şagirdlərin bilik yarışmasında qazandıqları uğurlardan, idman sahəsində əldə olunan nailiyyətlərdən də ağız dolusu danışdı. Təmiri ilə göz oxşayan məktəbdən sevinc dolu hisslərlə ayrıldıq. Biz inanırıq ki, zaman gələcək bu məktəbin şagirdlərinin sorağı daha da uca zirvələrdən gələcəkdir.
Şamil Cəfər