İdman elə bir sahədir ki, idmançılarımız müxtəlif ölkələrdə yarışlarda iştirak edir, qələbələr qazanırlar və hər dəfə müstəqil Azərbaycanın adını ucaldırlar. Müstəqil Azərbaycanın himni çalınır, müstəqil Azərbaycanın bayrağı qaldırılır və müstəqil Azərbaycan dünyanın müxtəlif ölkələrində tanınır. Demək olar ki, idman kimi Azərbaycanın müstəqilliyinin rəmzlərini nümayiş etdirən ikinci bir vasitə yoxdur.
Heydər Əliyev
Müsahibim Sumqayıt şəhəri Şahmat məktəbinin direktoru Teymur Qafarovdur.
-Teymur müəllim, şahmat idman oyunu sayılırmı?
Bəli, Şahmatın uzun və çox maraqlı bir tarixi var. Deyilənə görə, bu oyun Hindistanda Quptun hakimiyyət dövründə yaranıb, qərbdə isə yalnız 9-cu əsrdə əmələ gəlib. Təbii ki, şahmat oyunu özü dəyişiliklərə məruz qalmışdı və bügünkü tanıdığımız şahmat oyununa gəlib çıxmışdı.
Əslində bu gün şahmata meyl edən gənclərimiz çoxdur. Onlar təkcə respublikamızda deyil, dünyanın bir çox ölkələrində yarıçlara qatılır, çox vaxt da qızıl medalla ölkəmizə qayıdırlar. Təbii ki, bu sevinci biz də yaşayırıq.
Şahmat oyunu zehni oyundur, onu oynayarkən mütləq zehnin də işləməlidir. Şahmat oyunu karate oyununa bənzəmir ki, rəqibini hardan gəldi vurasan, boks oyununa da bənzəmir. Şahmat oyununda yalnız zehin işləyir, barmaqlar da onu icra edir.
Bizim məktəb hazırda təzə binada fəaliyyətini davam etdirir. Lakin Şahmat məktəbinin yaranma tarizi uzun bir dövrü əhatə edir. Fəaliyyət göztərdiyi illər ərzində onlarla tələbəni zirvələrə qaldırmışdır. Elə buna görə də şahmat oyunun adı çəkiləndə birinci Sumqayıt şahmatçılarının adı çəkilir.
Keçmişlə bu günü müqayisə edəndə Azərbaycan çox inkişaf edib. Bütün dünyada idman ölkəsi kimi tanınır. Bu da Prezidentimizin uzaqgörən siyasətinin, ölkəmizdə idmana, idmançılara verilən dəstəyin nəticəsidir. Məktəbimizdə tez-tez şəhər və respublika səviyyəli yarışlar keçirilir.
Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən Sumqayıt şəhər 1 saylı Uşaq-Gənclər İdman Şahmat Məktəbində uşaq, yeniyetmə və gənclər arasında bədən tərbiyəsi və idmanın inkişafı, kütləviliyin artırılması, onların vətənpərvərlik ruhunda böyüməsi, sağlamlığının möhkəmləndirilməsi və asudə vaxtlarının səmərəli təşkili istiqamətində düzgün qurulmuş işin nəticəsidir ki, təhsil ocağının yetirmələri hər il qatıldıqları yarışlardan medallarla qayıdırlar.
-Ötən il Şahmat məktəbi hansı uğurlara imza atıb?
-Məktəbimiz dediyim kimi uzun illərdir adını tarizə yazdırmağı bacarıb. İndiyə kimi onlarla qızıl medalımız, bürünc və gümüş medallarla adımızı ucaldıblar. Keçən il respublikamızda gənclər arasında şahmat üzrə keçirilən yarışda şagirdlərimiz qızıl medalla qayıtdılar. Xarici ölkələrdə də dəfələrlə məktəbimizin yetirmələri iştirak ediblər və onlar da layiq olduqları zirvəni fəth ediblər. Bu ilin 24-31 yanvar tarixlərində Astara rayonunda keçirilən yaş qrupları üzrə oğlanlar və qızlar arasında Azərbaycan Birinciliyinin seçmə yarışında Sumqayıt şahmatçıları növbəti dəfə uğurla çıxış edərək final mərhələyə 15 vəsiqə qazanmışdılar. Onlardan: U-8 Allahverdi Ümid (Həsənov Rəşad) IV yer G-10 Yaraliyeva Nuray (Əliyev İlham) III yer; U-10 Əhmədzadə Hüseyn (Əliyev İlham) I yer; Şəkərəliyev Elçin (Həsənov Rəşad) II yer; Mahmudzadə Yunis (Bayramov Vüqar) III yer; Məmmədov Rəşid (Həsənov Rəşad) IV yer; G-12 Nuriyeva Nurtən (Bayramov Vüqar) II yer; İsmayıl Selcan (Bayramov Vüqar) III yer
Kərimli Aytac (Bayramov Vüqar) IV yer; U-12 Ağalı Nahid ( Bayramov Vüqar) III yer; G-14 Kərimli Jalə (Əliyev İlham) II yer; U-14 Yaqublu Abil (Bayramov Vüqar) IV yer; G-16 Rzalı Səbinə (Əıliyev İlham) I yer
U-16 Fərhadlı Fərhad (Əliyev İlham) I yer; İlyaslı Uğur (Əliyev İlham) II yer.
Mən inanıram ki, bundan sonrakı yarışlarda da şagirdlərimiz uğurlu nəticələr əldə edəcəklər.
-Bir az da planlarınız barədə.
-Hər bir insanın gündəlik, həftəlik, aylıq planları olur. Bizim də planlarımız aylıqdır. Biz əvvəlcədən deyilən ünvanlarda keçirilən yarışlar üçün şagirdlərimizi hazırlayırıq. Ondan sonra da yarışlara qatılırıq. 22 fevral məktəbimizdə pilot məktəblərin şagirdləri arasında şəhər birinciliyi keçirildi. Yarışda 6 komandadan 34 şahmatçı iştirak etdi. Gərgin mübarizə nəticəsində 12 şahmatçı növbəti mərhələyə vəsiqə qazandı.
Bizim məktəbdə əslində bu gün azyaşlı tələbələr daha çoxdurş. Biz sanki şagirdlərin ilkin mərhələsini keçirik. Uşaqlarla işləmək həqiqətən bu gün çox asandır. Hələ bu şagirdlər həvəskarlar olanda işləmək daha da asanlaşır. Onların uğurları bizim də uğurumuzdur. Mən inanıram ki, bizim şahmat məktəbinin tələbələri bundan sonra da daha böyük uğurlara imza atacaqlar.
Yenidən sənaye mərkəzinə çevrilən Sumqayıt şəhəri bu gün artıq idmançıları ilə nəinki ölkədə, eləcə də dünyada tanınır. Dünya karatesinin “brilyantı” Rafael Ağayev, ikiqat Paralimpiya Oyunlarının qızıl medalçısı İlham Zəkiyev, beynəlxalq qrossmeyster Şəhriyar Məmmədyarov, MDB ölkələri arasında taekvando üzrə ilk və yeganə dünya çempionu Niyaməddin Paşayev və digərləri Sumqayıt idmanının fəxrləridir. Bütün bu uğurlara isə dövlətimizin başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın idmana göstərdikləri diqqət və qayğı nəticəsində nail olunub.
-Müsahibə üçün cox sağ olun.
Müsahibəni apardı:
Tahirə Həbliyeva