11 aprel 2019-cu ildə İlham Əliyevin növbəti dəfə Azərbaycan prezidenti seçilməsinin bir ili tamam olur.
İlham Əliyevin prezidentliyinin 11 ayında iştirak etdiyi tədbirlər, imzaladığı fərman və sərəncamlarla bağlı silsilə məqalələrini davam etdirir.
Növbəti yazı may ayını əhatə edir.
KADR İSLAHATLARI
Prezident İlham Əliyevin son bir illik fəaliyyəti ciddi kadr islahatları ilə yadda qalıb. Bu islahatların bir hissəsi may ayına təsadüf edir.
Mayın 11-də İlham Əliyevin sərəncamı ilə Fərəh Əliyeva Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri təyin edilib.
Bundan başqa, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov və Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov prezidentin müvafiq sərəncamları ilə vəzifələrindən azad edilib. Digər sərəncamla Rövşən İbrahimov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.