Miss Şərq Gözəli milli yarışı
İyun ayında Finalı baş tutacaq “Miss Şərq Gözəli” milli gözəllik yarışmasının fotocastingi keçirilmişdir. Ölkənin bir çox yerlərindən Bakı, Gəncə, Sumqayıt, Şirvan, Zaqatala, Qusar, Qəbələ, Kürdəmir və digər bölgələrdən öz ərizələri ilə müraciət edənlər oldu amma onların içərisindən 13 qız seçildi. Onlar öz sənət məharətlərini, qabiliyyətlərini və talantlarını gəlinlik libaslarında və müxtəlif şərq ölkələrinin milli geyimlərində nümayiş edəcəklər.
Konkurs çərçivəsində qızların foto və video çarxları, tanınmış video və fotoqraflar tərəfindən hazırlanacaq.
Hakimlərin tərkibində öz sahəsi üzrə tanınmış simalar yer alacaq. Layihənin yaradıcısı “Metropolitan Model Academy Baku”nun rəhbəri Bəhrəm Əfsəlovdur.
Tədbir bütün jurnalistlər və media nümayəndələri üçün açıqdır.