Xəbər verildiyi kimi, bu gün Bakının Nizami rayonunda yerləşən “X-Lady” mağazasında yanğın olub.
Hadisə nəticəsində bir nəfərin zəhərləndiyi bildirilir. O, Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib. Vəziyyəti orta-ağırdır.
Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov da əraziyə baş çəkib.
Əməkdaşımızın məlumatına görə, yanğın artıq söndürülüb.