Bu gün “Qarabağ” UEFA Avropa Liqasında növbəti oyununu keçirəcək.
Komanda qrup mərhələsinin V turu çərçivəsində İspaniyanın "Sevilya" komandası ilə qarşılacacaq. Bakı vaxtı ilə saat 00:00-da start götürəcək matç "Ramon Sançes Pisxuan" stadionunda keçiriləcək.
Qeyd edək ki, A qrupunda yer alan “Qarabağ”ın 4, “Sevilya”nın isə rekord sayda – 12 xalı var.