Binəqədi rayonu 182 saylı tam orta məktəbin 2a sinif şagirdləri "Yeni şəfəq" tədris mərkəzində "Bayraq yarışı" adı altında keçirilmiş yarışda iştirak etmişlər. 1-ci yerin qalibi Aysu Mamedova, 2-ci yerin qalibi Fatimə Axundova olmuşdur. Bu münasibətlə 2a sinif rəhbəri Səbirə Səlimovanı təbrik edirik. Onun əməyinin nəticəsidir ki, şagirdləri müxtəlif yarişlarda qalib olurlar.
Biz də “ulusestv.az” xəbər portalının kollektivi - öz növbəmizdə Şamil müəllimi nəvəsi Aysunun 1-ci yer tutması münasibəti ilə təbrik edirik. Arzu edirik ki, balaca Aysu babasını həmişə sevindirsin.