Prezident İlham Əliyevin koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarının qarşısını almaq məqsədilə səsləndirdiyi çağırışına “CasaMia” şirkəti də qoşulub.
“CasaMia” şirkəti Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli fərmanı ilə xəstəliyin yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etmək üçün yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 5000 manat ianə edib. O cümlədən karantin müddətində şirkətin 50 nəfərə yaxın işçisinin evdə qalmaq şərti ilə əmək haqqları tam ödənilib və heç bir işçi sayının ixtisarına yol verilməyib .
Bu gün ən vacib məsələ isə problemə hamımızın məsuliyyətlə yanaşmasıdır. Fürsətdən istifadə edərək, şirkət virusa qarşı mübarizədə ön cəbhədə olan və vəzifələrini yerinə yetirən tibb işçilərinin və bütün dövlət qurumlarının əməkdaşlarına öz təşəkkürünü bildirib.