• Haqqımızda
  • Reklam
  • Əlaqə

Тестовый сайт

  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

“İşğaldan azad olunmuş Qarabağı görməyi çox istəyirəm” - Türk futbolçu

Tarix : 20-01-2021, 13:32 Oxunub : 183 Bölmə :idman / ust / manset
“İşğaldan azad olunmuş Qarabağı görməyi çox istəyirəm” - Türk futbolçu





















“Neftçi”nin müdafiəçisi Mert Çelik klubun rəsmi saytına müsahibə verib.

Ulusestv.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakının tarixi yerlərini kəşf etmək, işğaldan azad olunmuş torpaqlarımızı görmək istədiyini bildirən 20 yaşlı futbolçunun ən böyük arzusu Azərbaycan milli komandasının formasını geyinməkdir:
- Mert, artıq 4 aydır "Neftçi”dəsən. Azərbaycanın ən köklü klubunda özünü necə hiss edirsən?
- Sanki 4 ay deyil, 4 ildir "Neftçi”nin formasını geyinirəm. Gəldiyim gündən bəri klubun böyüklüyünü hiss edirəm. Bu forma ilə mübarizə aparmaq, bu ailənin üzvü olmaq qürurvericidir.
- Komandaya, şəhərə tam uyğunlaşa bilmisənmi?
- Klub prezidentinin, məşqçilərin və klubdakı digər çalışanların mənə qarşı isti münasibəti bura uyğunlaşmağımı çox asanlaşdırdı. Özümü evimdəki kimi hiss edirəm. Pandemiya səbəbindən gəzib görə bilmədiyim bu gözəl şəhərin tarixi yerlərini ən qısa zamanda kəşf etməyi arzulayıram. Xüsusilə, işğaldan azad olunmuş Qarabağı çox görmək istəyirəm.

- Pandemiya səbəbindən oyunlar azarkeşsiz keçirilir. Buna görə də hələ ki "Neftçi” fanatlarını görməmisən. Onlar sənə yazıb, səninlə əlaqə saxlayırlarmı?
- Ən böyük üzgünlüyüm bu böyük azarkeş ordusu qarşısında oynamamaqdır. "Neftçi” mənimlə maraqlananda azarkeşlərin videolarına baxmağa başladım. Bu məni çox həyəcanlandırdı. Azarkeşlərimiz mənə sosial şəbəkələr vasitəsilə çox dəstək verirlər. Buna görə onlara çox minnətdaram.
- Bu müddət ərzində meydana çıxdığın 6 çempionat oyununda inamlı təsir bağışlamısan. Müdafiə xəttindəki daha təcrübəli futbolçularla rəqabətdən çəkinmirsən ki?
- Hər matç daha yaxşı oynamaq və komandama faydalı olmaq üçün çox çalışıram. Təcrübəli futbolçular mənə daim dəstək olurlar.
- Hazırda təlim-məşq toplanışı davam edir. Toplanış necə keçir?
- Hazırlıq yaxşı keçir, çox yaxşı məşq edirik. Çempionatın başlanmasını səbirsizliklə gözləyirəm.
- Hazırlıq çərçivəsində iki sınaq matçı keçirmisiz və hər ikisində də start heyətində yer almısan. Öz oyunundan, hazırkı formandan razısanmı?
- Həmişə daha yaxşı oynamaq istəyirəm. Hədəflərim böyükdür. Buna görə də çox çalışıram.
- Qarşıdan "Səbail”lə rəsmi matç gəlir. Həmin oyundan nə gözləyirsən?
- "Neftçi” kimi böyük komanda rəqibin kimliyindən asılı olmayaraq, hər matça qələbə qazanmaq üçün çıxır. Komandanın bütün üzvləri hər oyunda qalib gəlmək və çempion olmaq istəyir.
- Azərbaycanın U-21 milli komandasının üzvüsən. Üstəlik, keçən ilin noyabrında ilk dəfə əsas milli komandanın düşərgəsinə dəvət olundun. Meydana çıxmasan da, dəvət olunmağın millinin məşqçilər korpusunun diqqətini cəlb etməyin anlamına gəlir. Necə düşünürsən, milliyə yenə çağırılacaqsan?
- Əsas milli komandada oynamaq ən böyük arzumdur. Azərbaycan xalqını ən yüksək səviyyədə təmsil etmək istəyirəm. Ümid eləyirəm, əsas milli komandaya yenə dəvət alaram və uzun illər bu müqəddəs formanı uğurla tərlədərəm.
Ana səhifəyə qayıt

Oxşar xəbərlər:

  • “Neftçi”nin sabiq futbolçusu Vyetnam klubunda

    “Neftçi”nin sabiq futbolçusu Vyetnam klubunda ...

    8-01-2021, 11:49

  • İlham Əliyev: Şuşa işğaldan azad edildi!

    İlham Əliyev: Şuşa işğaldan azad edildi! ...

    8-11-2020, 13:10

  • “Neftçi” fəaliyyətini dayandırdı

    “Neftçi” fəaliyyətini dayandırdı ...

    15-03-2020, 07:02

  • İspaniyalı futbolçu “Qarabağ”da - İLK TRANSFER

    İspaniyalı futbolçu “Qarabağ”da - İLK TRANSFER ...

    24-06-2019, 10:59

  • Slovakiyalı futbolçu: Bakıda həmişə özümü rahat hiss etmişəm

    Slovakiyalı futbolçu: Bakıda həmişə özümü rahat ...

    18-05-2019, 11:09



все шаблоны для dle на сайте newtemplates.ru скачать


  • Kanadanın Toronto şəhərində Azərbaycan bayrağı ucaldılıb

    Kanadanın Toronto şəhərində Azərbaycan bayrağı ucaldılıb

  • Azərbaycanda yaşayan Türkiyə vətəndaşları Ərdoğanı dəstəkləyiblər

    Azərbaycanda yaşayan Türkiyə vətəndaşları Ərdoğanı dəstəkləyiblər

  • Ermənilər sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərimizdən mövqelərimizi atəşə tutdular

    Ermənilər sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərimizdən mövqelərimizi atəşə tutdular

  • “Ərdoğanın qələbəsi Azərbaycanın və Türk dünyasının qələbəsidir” - ŞƏRH

    “Ərdoğanın qələbəsi Azərbaycanın və Türk dünyasının qələbəsidir” - ŞƏRH

  • ŞAİR QURBAN HÜSEYNƏ AĞIR İTKİ ÜZ VERİB

    ŞAİR QURBAN HÜSEYNƏ AĞIR İTKİ ÜZ VERİB

  • NAYORA Müstəqillik Gününə həsr olunmuş tədbirlər keçirib

    NAYORA Müstəqillik Gününə həsr olunmuş tədbirlər keçirib

  • Bakı şəhəri 20 saylı Vəkil Bürosunun müdiri İlhamə Həsənova 28 May - Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

    Bakı şəhəri 20 saylı Vəkil Bürosunun müdiri İlhamə Həsənova 28 May - Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

  • "Qanun və İcra” proqramı tanınmış hüquqşünas Əkbər Yusifoğlunun təqdimatında - FOTO\VİDEO

  • AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ – 105

    AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ – 105

  • ŞƏHİD ANASI PREZİDENTƏ MÜRACİƏT ETDİ! - AÇIQ MƏKTUB/VIDEO

    ŞƏHİD ANASI PREZİDENTƏ MÜRACİƏT ETDİ! - AÇIQ MƏKTUB/VIDEO

  • Xalq şairi Səməd Vurğunun anım günüdür

    Xalq şairi Səməd Vurğunun anım günüdür

  • Terror törətməyə hazırlaşan erməni diversantlar barədə Baş Prokurorluq və DSX-nin BİRGƏ MƏLUMATI

    Terror törətməyə hazırlaşan erməni diversantlar barədə Baş Prokurorluq və DSX-nin BİRGƏ MƏLUMATI

  • Dünya liderlərindən İlham Əliyevə təbrik məktubları

    Dünya liderlərindən İlham Əliyevə təbrik məktubları

  • Yavər Rüstəmov Ad gününüz mübarək!

    Yavər Rüstəmov Ad gününüz mübarək!

  • TƏBRİK EDİRİK!!!

    TƏBRİK EDİRİK!!!

  • Vüqar Hüseynov Ad gününüz mübarək!

    Vüqar Hüseynov Ad gününüz mübarək!

    © Copyright 2019, Bütün hüquqlar qorunur!