Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 21-ci tura start veriləcək.
Ulusestv.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq. Turun açılış matçında “Səbail” “Zirə” ilə münasibətlərinə aydınlıq gətirəcək.
Azərbaycan Premyer Liqası
21-ci tur
3 aprel
17:30 "Səbail" – "Zirə"
Bakı. “ASCO Arena”. Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Müslüm Əliyev, Rauf Allahverdiyev.