Taliban Əfqanıstanda qadınlar və kişilər üçün parklara giriş günləri təyin edib. Oxu.Az xəbər verir ki, qadınlar bazar, bazar ertəsi və çərşənbə axşamı parklarda istirahət edə bilər.
Məlumata görə, həmin günlər kişilərin parklara çıxması qadağandır.
Digər günlər isə kişilər parklara çıxacaq.