• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Hər tərəf palçığın, çirkabın içində... - “Paris-2024”də anormal durum

idman / manset

29-07-2024, 11:07

Hər tərəf palçığın, çirkabın içində... - “Paris-2024”də anormal durum
“İyulun 25-i axşamdan başlayan yağış Paris-2024 Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsini çətin vəziyyətdə qoydu. Daha dəqiq desək, bütün problemləri tam olaraq ortaya çıxardı. Düzdür, şəhər dünən səhər tezdən Günəşin istisini hiss etməyə başladı. Amma son üç gündə artıq olan olmuşdu...”

“Qafqazinfo” xəbər verir ki, bu barədə ​“Report”un Paris Olimpiya Oyunlarına ezam olunmuş əməkdaşı yazır.

O, bunları qeyd edir: "Ənənə"yə sadiq qalaraq yarış məkanına çatmaq üçün 2 saata yaxın vaxt itirdik. Səfərimiz Eyfel qülləsindən bir qədər aralıda yerləşən cüdo arenasına idi. Təbii ki, məqsəd Azərbaycan millisinin üzvlərini iş başında görmək idi. Dəmir konstruksiyadan quraşdırılmış arenaya bir neçə polis kordonundan keçərək çatdıq. Əslində bura qədər hər şey yaxşı idi. Arenanın ərazisinə daxil olanda isə biabırçı mənzərə ilə üzləşdik. Yağışın fəsadları aşkar şəkildə görünür, sanki adamın üzünə dururdu. Hər tərəf palçığın, çirkabın içində idi. Di gəl ki, bu qüsuru aradan qaldırmağa borclu olan yerli Təşkilat Komitəsi günün sonuna qədər "yuxuladı". Elə təsəvvür yarandı ki, sanki belə də olmalı imiş.

Yarış məkanlarındakı media mərkəzlərində də yetərincə çatışmazlıq var. Çadırdan quraşdırılan mərkəzdə dünən istidən nəfəs almaq olmurdu. Havalandırma sisteminin zəif olması KİV təmsilçilərini çətin vəziyyətdə qoymuşdu. Elə jurnalistlərə qulluq da ürəkaçan səviyyədə deyil. Bu üzdən qələm əhli qidalanmaq üçün məkanı tərk etmək məcburiyyətində qalır. Arenanın ətrafındakı obyektlərdə isə qiymətlər əl yandırır. Yenidən arenaya qayıtmaq üçün isə bir daha polis kardonlarını dəf etməli və digər prosedurları təkrarlamalı olursan. Bu isə əlavə vaxt itkisi, əsəb və stress deməkdir. Halbuki Azərbaycanda təşkil edilən sıradan beynəlxalq turnirlərdə belə bu cəhətdən hər şey yüksək səviyyədə olub. Hələ biz Avropa Oyunları və İslam Həmrəyliyi Oyunlarını demirik. Bakının bu yarışlardakı təşkilatçılığı, rəsmi qonaqlara, yarış iştirakçıları və KİV təmsilçilərinə diqqət və qayığısı hələ də yaddaşlardan silinməyib.

Cüdoçularımızın çıxışını izlədikdən sonra bir qədər aralıda yerləşən məkana - çimərlik voleybolu arenasına üz tutduq. Məqsəd həm ordakı durumla əyani tanışlıq, həm də yarışı izləmək idi. Amma arenaya girmək istəyimiz baş tutmadı. Girişdə dayanan polislər "olmaz, icazə yoxdur" deyib qarşımızı kəsdilər. Səbəbini soruşduqda isə, tam təbii olaraq, məntiqli cavab eşitmədik. Ümumiyyətlə, təhlükəsizliyə cavabdeh Fransa polisinin arenanın girişində nə etdiyi anlaşılmaz qaldı. Çünki jurnalistləri və azarkeşləri yarış məkanında qarşılayıb, lazımi ünvanlara göndərmək birbaşa könüllülərin üzərinə düşən işdir. Onlar isə həmin ərazidə gözə dəymədilər...

Bir sözlə, hər gün minimum 4 saatımızı yollarda sərf etdiyimiz Parisdə hər gün qəribəliklər və anormal durumla rastlaşırıq. Və görünən budur ki, qarşıda bizi başqa "sürprizlər" gözləyir.

Oxunub: 106
Paylaş:
Digər xəbərlər

gundem / ust / manset

26-07-2024, 12:15

Bu gün Paris olimpiadasının açılış mərasimi keçiriləcək

gundem / idman / ust / manset

29-03-2024, 19:58

Bakıdakı Olimpiya Təsnifat turnirinə 33 ölkədən güləşçilər qatılacaqlar

idman / manset

4-06-2024, 16:00

Gimnastlarımızın Olimpiya lisenziyası təsdiqləndi

dunya / manset

19-04-2023, 08:32

Paris Olimpiadası baş tutmaya bilər

ULUSƏS TV
Son xəbərlər
  • 18-10-2026, 10:38
    Azərbaycan və Özbəkistan həmkarlar ittifaqları arasında Memorandum imzalanıb
  • Dünən, 17:26
    Sumqayıtda Zəfər Günü münasibətilə genişmiqyaslı ağacəkmə aksiyası keçirilib
  • Dünən, 17:19
    Bu başçılar Polad Həşimovun anasını ziyarət etdilər - Foto
  • Dünən, 15:46
    SİZ CAN VERDİNİZ, VƏTƏN YAŞASIN...
  • Dünən, 14:17
    ZƏFƏR TARİXİNİN MÜƏLLİFİ... ALİ BAŞ KOMANDANIM!
  • Dünən, 14:13
    Şuşa Zəfəri: şanlı Qələbənin rəmzi
  • Dünən, 13:44
    “VƏTƏNİMDİR, VƏTƏNİMDİR, VƏTƏNİM!..”
  • Dünən, 13:16
    HESABI AXIRDA KƏSƏN MİLLƏTƏM!
  • Dünən, 11:10
    ATU-da Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər keçirildi - Fotolar
  • Dünən, 11:04
    Fatmayıda evdə partlayış, 2 nəfər yaralandı
  • Dünən, 10:59
    “Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs edildi
  • Dünən, 10:44
    Məşhur müğənni Güllü Muradovanın həyat yoldaşı həbs edildi – ŞOK SƏBƏB
  • Dünən, 10:36
    Dünyanın ən kiçik avtomobili hərracda satılacaq
  • Dünən, 10:19
    İnterpolla axtarılan şəxs Almaniyada tutulub Azərbaycana gətirildi
  • Dünən, 10:05
    Casusluq riskinə görə BYD-yə məhdudiyyət qoymağa çağırdılar
  • Dünən, 10:00
    İranın qalanını da məhv etməklə hədələdi - “Tezliklə öyrənəcəksiniz”
  • Dünən, 09:56
    Türkiyədə sabiq nazir həbs edildi
  • Dünən, 09:52
    “Ukrayna ilə bağlı böyük razılaşma əldə olunacaq”
  • 5-11-2026, 11:00
    FHN-dən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə - Müraciət
  • 5-11-2026, 10:54
    Anar Rzayevə ağır itki
  • 5-11-2026, 10:45
    Şəhid anası faciəvi şəkildə öldü - Foto
  • 5-11-2026, 10:19
    Beyləqanda Zəfər Günü ərəfəsində ağacəkmə aksiyası keçirildi - Fotolar
  • 5-11-2026, 10:14
    Vətən Müharibəsi Qəhrəmanına general rütbəsi verildi
  • 5-11-2026, 10:10
    “EDU Company” yüksək nəticə göstərən abituriyentlərinə 20 min pul mükafatı verdi
  • 5-11-2026, 10:04
    Sağlam qidalanma ilə bağlı - Bilməli olduğunuz vacib məqamlar
  • 5-11-2026, 10:00
    Papa ilə görüşə kapüşonlu sviterdə getdi - Foto
  • 5-11-2026, 09:56
    Faciəyə görə istefa verdi - Həmin qəza səbəbindən işdən çıxan nazirin yerinə gətirildi
  • 5-11-2026, 09:52
    Gündüz yuxunuz gəlirsə - Bu xəbəri mütləq oxuyun!
  • 4-11-2026, 20:51
    Fədakarlığı və şərəfli fəaliyyəti ilə ucalan səhiyyə ulduzu – Lamiyə Mirzəyeva
  • 4-11-2026, 11:06
    Qəbələdə ölkənin ən böyük qastronomiya tədbiri baş tutdu - Qastronomiya Sammiti 2026
  • 4-11-2026, 11:00
    Neftimiz 113 dollara ticarət edilir
  • 4-11-2026, 10:55
    “Abşeron” TM-in qarşısında ağır qəza, piyada öldü
  • 4-11-2026, 10:50
    Texasda 32 il sonra Demokratlar qalib gəldi - Mask rəqibinə 200 milyon ayırmışdı
  • 4-11-2026, 10:45
    Bu yolda hərəkət məhdudlaşdırılacaq - Sürücülərin nəzərinə!
  • 4-11-2026, 10:40
    ABŞ-də 30 ildə ilk dəfə qızılcadan ölüm qeydə alındı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə