• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

“O duruş “Qarabağ”ın əsalətindəndir” - Tahir Gözəl

idman / manset

28-04-2025, 10:20

“O duruş “Qarabağ”ın əsalətindəndir” - Tahir Gözəl
Xəbər verdiyimiz kimi, “Qarabağ” Premyer Liqanın 32-ci turunda “Sabah”la matçda 1:1 hesablı heç-heçədən sonra sona 4 tur qalmış ölkə çempionu olub.

“Qafqazifno” xəbər verir ki, oyundan sonra “Qarabağ”ın prezidenti Tahir Gözəl jurnalistlərin suallarını cavablandırıb:

- Çətin və bir o qədər də gözəl çempionat oldu. Hiss olunur ki, hər il çempionatın keyfiyyəti qalxır. Hakimlərimizdən çox razıyam. “Qarabağ” hər il gücləndiyini bir daha sübut etdi. Avropadakı uğursuzluğumuzdan sonra bu çempionluq bizi çox sevindirdi. “Sabah” çox gözəl oyun nümayiş etdirdi. Sona qədər mübarizə apardılar. Gələcəyimiz biraz bəxtimizdən asılıdır. Görək, püşkatmadan bizə hansı komandalar çıxacaq. Hamıya məlumdur ki, mənimlə Qurban hocanın arasında möhtəşəm mənəvi birlik var. Bir-birimizi gözəl başa düşürük. O, bilir ki biz həmişə onun yanındayıq. Sponsorumuz hər zaman bizə dəstəkdir. Məşqçimiz hansı futbolçuları istəsə, ona tam olaraq dəstəyik. “Sabah”la kubokun final matçı var. O matçdan sonra, Qurban hoca ilə görüşümüz olacaq. Hansı futbolçuların gedəcəyi və yeni futbolçuların alınması barədə müzakirəmiz olacaq. Çempionlar Liqasında olmağımız bizim üçün hər tərəfdən müsbət haldır. Mən komandaya hədəf qoymuram. Onlar özləri bilir ki, əsas məqsəd Azərbaycana ilham verən bir oyun sərgiləmək və ölkəmizin adını layiqincə təmsil etməkdir.

- Bildiyiniz kimi, çempionatda legioner limiti ləğv olunub. Nəzərə alsaq ki, “Qarabağ” da Çempionlar Liqasında oynayacaq və bunun üçün transferlər gərəkdir. Limitin ləğv olunması sizin transfer planlamasına təsir edəcək?

- Mən belə düşünürəm ki, limitin ləğv olunması bizə qısamüddətli kömək edir. Azərbaycan futbolunu sevən biri kimi deyə bilərəm ki, mən uzunmüddətli inkişafın dəstəkçisi olaraq limitin ləğv olunmasının tərafdarı deyiləm. Buna baxmayaraq, biz uşaq futboluna öz dəstəyimizi və diqqətimizi daha çox yönəldəcəyik. Biz özümüzə hədəf qoymalıyıq ki, öz daxilimizdə limit olsun.

- Premyer Liqaya növbəti mövsüm yüksələn komandalar və növbəti mövsüm 12 komandanın olacağı bəllidir. Bölgə klublarının infrastrukturunu nəzərə alsaq, sizin üçün çətinlik yaradacağını düşünürsüzmü?

- İnfrastrukturlar barədə tam məlumatlı deyiləm. Ancaq düşünürəm ki, 12 komanda olacaqsa, infrastruktur da inkişaf etməlidir.

- Oyundan sonra paltardəyişmə otağında futbolçulara nə söylədiniz?

- 1-2 dəqiqə xoşbəxtlikdən özümə gələ bilmədim. Hamısını qucaqladım, öpdüm. Hər kəsi bir-bir təbrik etdim. Bu, bizim üçün böyük sevinc idi.

- Siz sevincinizi büruzə versəniz də, sanki komanda meydanda çox da sevinmədi. 12-ci çempionluq olması buna səbəb ola bilərmi?

- O duruş “Qarabağ”ın əsalətindəndir. Təbii ki, bizim kimi futbolçular da sevinirdilər. Öz aramızda bunu bayram kimi qeyd etdik.

- Azərbaycan kubokunda yenidən “Sabah”la keçirəcəyiniz matç barədə düşüncələriniz?

- Mən bilirəm ki, “Sabah” həmin oyuna çox güclü hazırlaşacaq. Onların avrokuboklara getmək üçün son şansıdır demək olar. Buna görə də, “şirlərin savaşı” adlandıracağımız matç olacağına inanıram.

- AFFA-nın inkişaf strategiyası ilə tanış olmusunuz?

- Xeyr.

Oxunub: 2
Paylaş:
Digər xəbərlər

gundem / ust / manset

27-10-2024, 11:50

Tahir Gözel: “Bugünkü “Qarabağ” həmişəkindən daha güclüdür”

gundem / idman / manset

24-11-2023, 10:02

Premyer Liqa: “Qarabağ” “Sabah”ın qonağı olacaq

gundem / idman / manset

16-01-2025, 10:27

Juninyo “Qarabağ”a bu sözlərlə vida etdi

gundem / ust / manset

2-06-2024, 20:20

Maksim Medvedev karyerasını başa vurdu

idman / manset

2-04-2025, 10:42

“Qarabağ” “Araz-Naxçıvan”a, “Neftçi” “Sabah”a qarşı

ULUSƏS TV
Son xəbərlər
  • 18-10-2026, 10:38
    Azərbaycan və Özbəkistan həmkarlar ittifaqları arasında Memorandum imzalanıb
  • Bu gün, 14:17
    ZƏFƏR TARİXİNİN MÜƏLLİFİ... ALİ BAŞ KOMANDANIM!
  • Bu gün, 14:13
    Şuşa Zəfəri: şanlı Qələbənin rəmzi
  • Bu gün, 13:44
    “VƏTƏNİMDİR, VƏTƏNİMDİR, VƏTƏNİM!..”
  • Bu gün, 13:16
    HESABI AXIRDA KƏSƏN MİLLƏTƏM!
  • Bu gün, 11:10
    ATU-da Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər keçirildi - Fotolar
  • Bu gün, 11:04
    Fatmayıda evdə partlayış, 2 nəfər yaralandı
  • Bu gün, 10:59
    “Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs edildi
  • Bu gün, 10:44
    Məşhur müğənni Güllü Muradovanın həyat yoldaşı həbs edildi – ŞOK SƏBƏB
  • Bu gün, 10:36
    Dünyanın ən kiçik avtomobili hərracda satılacaq
  • Bu gün, 10:19
    İnterpolla axtarılan şəxs Almaniyada tutulub Azərbaycana gətirildi
  • Bu gün, 10:05
    Casusluq riskinə görə BYD-yə məhdudiyyət qoymağa çağırdılar
  • Bu gün, 10:00
    İranın qalanını da məhv etməklə hədələdi - “Tezliklə öyrənəcəksiniz”
  • Bu gün, 09:56
    Türkiyədə sabiq nazir həbs edildi
  • Bu gün, 09:52
    “Ukrayna ilə bağlı böyük razılaşma əldə olunacaq”
  • Dünən, 11:00
    FHN-dən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə - Müraciət
  • Dünən, 10:54
    Anar Rzayevə ağır itki
  • Dünən, 10:45
    Şəhid anası faciəvi şəkildə öldü - Foto
  • Dünən, 10:19
    Beyləqanda Zəfər Günü ərəfəsində ağacəkmə aksiyası keçirildi - Fotolar
  • Dünən, 10:14
    Vətən Müharibəsi Qəhrəmanına general rütbəsi verildi
  • Dünən, 10:10
    “EDU Company” yüksək nəticə göstərən abituriyentlərinə 20 min pul mükafatı verdi
  • Dünən, 10:04
    Sağlam qidalanma ilə bağlı - Bilməli olduğunuz vacib məqamlar
  • Dünən, 10:00
    Papa ilə görüşə kapüşonlu sviterdə getdi - Foto
  • Dünən, 09:56
    Faciəyə görə istefa verdi - Həmin qəza səbəbindən işdən çıxan nazirin yerinə gətirildi
  • Dünən, 09:52
    Gündüz yuxunuz gəlirsə - Bu xəbəri mütləq oxuyun!
  • 4-11-2026, 20:51
    Fədakarlığı və şərəfli fəaliyyəti ilə ucalan səhiyyə ulduzu – Lamiyə Mirzəyeva
  • 4-11-2026, 11:06
    Qəbələdə ölkənin ən böyük qastronomiya tədbiri baş tutdu - Qastronomiya Sammiti 2026
  • 4-11-2026, 11:00
    Neftimiz 113 dollara ticarət edilir
  • 4-11-2026, 10:55
    “Abşeron” TM-in qarşısında ağır qəza, piyada öldü
  • 4-11-2026, 10:50
    Texasda 32 il sonra Demokratlar qalib gəldi - Mask rəqibinə 200 milyon ayırmışdı
  • 4-11-2026, 10:45
    Bu yolda hərəkət məhdudlaşdırılacaq - Sürücülərin nəzərinə!
  • 4-11-2026, 10:40
    ABŞ-də 30 ildə ilk dəfə qızılcadan ölüm qeydə alındı
  • 4-11-2026, 10:30
    “İrana dərhal hücum etmək planımız yoxdur”
  • 4-11-2026, 10:25
    Telefon işığı beynimizi aldadırmış - Yuxusuz gecələrin səbəbi...
  • 4-11-2026, 10:16
    İrandan narahatlıqları artıran - Xəbərdarlıq
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə