
Futbol üzrə İtaliya Kubokunda 1/8 final mərhələsinin bütün oyunları başa çatıb.
Oxu.Az xəbər verir ki, turnirin 1/4 final cütlükləri müəyyənləşib.
Belə ki, 1/4 finalda "İnter" - "Torino", "Atalanta" - "Yuventus", "Napoli" - "Komo", "Bolonya" - "Latsio" qarşılaşmaları keçiriləcək.
Qeyd edək ki, 1/8 final mərhələsinin oyunları fevralın 5-6 və 11-12-də keçiriləcək.