Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII tura start verilib.
ulusestv.az “Qafqazinfo”ya istinadən məlumatına görə, açılış oyununda "Qəbələ" və "Zirə" üz-üzə gəlib.
Matç meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0.
Qollar: Rövlan Muradov (13)
Fernan Lopes (41)
Davit Volkov (70)
Bununla da “Qəbələ” xallarını 12-yə çatdıraraq 7-ci pillədə yer alıb. "Zirə" isə 14 xalla 5-ci pillədə qalıb.