“Günay Bank” ASC-nin rəhbərliyi 2 fevral Azərbaycan Gəncləri günündə bir araya toplanaraq 2020-ci ilin sonlarında Azərbaycanın bütövlüyü uğrunda gedən döyüşlərə səfərbər olunan bank əməkdaşlarına Bankın Müşahidə Şurasının Sədri Mahmud Məmmədovun adından təşəkkürnamələr təqdim edib.
Bankın İdarə Heyətinin Sədri Baratəli Piriyev öz çıxışında bütün kollektiv adından Vətən Müharibəsindən qayıtmış əməkdaşlara təşəkkür etmiş, düşmən üzərində əldə olunan qələbəmizdə onların da şərəfli payı olduğunu bildirib.
Sədr eyni zamanda müzəffər ordumuzun zabit və əsgərlərinin müstəsna xidmətlərinin olduğunu vurğulayıb, bu yolda canından keçmiş hər bir kəsin şəhadətini yüksək dəyərləndirərək bir dəqiqə sükut ilə şəhidlərimizi yad edib.
Sonda “Gunay Bank” ASC-nin kollektivi döyüş əməliyyatlarından qayıtmış iş yoldaşlarının yolunu ailələri ilə bərabər səbirsizliklə gözlədiyini, onları yenidən öz aralarında görmə sevincini yaşadığını və onlarla qürur duyduğunu qeyd edib.
"Qafqazinfo"