• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Bakıda Ümumdünya Aeronaviqasiya Sammiti keçiriləcək

iqtisadiyyat / manset

30-05-2024, 11:32

Bakıda Ümumdünya Aeronaviqasiya Sammiti keçiriləcək
11–13 iyun 2024-cü il tarixlərində Bakıda Ümumdünya Aeronaviqasiya Sammiti 2024 və CANSO-nun 28-ci İllik Ümumi İclası keçiriləcək. Tədbir “Azərbaycan Hava Yolları” QSC-nin “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi (AZANS) tərəfindən təşkil olunacaq.

“Qafqazinfo” xəbər verir ki, ekoloji davamlılıq məsələlərinə yönəlmiş tədbir mühüm qərarların verilməsi, bilik mübadiləsi və məhsuldar dialoqların aparılması məqsədilə hava hərəkətinə nəzarət sənayesinin dünya liderlərinin diqqətini cəlb etmək üçün nəzərdə tutulub. Tədbirdə 100-dən çox ölkədən 350-yə yaxın mülki aviasiya rəhbərlərinin iştirakı gözlənilir.

Qeyd edək ki, 2005-ci ildən CANSO-nun üzvü olan AZANS MDB və regionun bir çox digər ölkələrindən ilk aeronaviqasiya xidmətləri təminatçısıdır ki, CANSO tərəfindən Ümumdünya Aeronaviqasiya Sammiti 2024 və 28-ci İllik Ümumi İclasa ev sahibliyi etmək üçün seçilib.

“Bu ilin sonlarında dünya liderləri COP29 üçün Bakıda bir araya gələcəklər və beynəlxalq ictimaiyyətin diqqəti bu şəhərə yönələcək. İqlim dəyişikliyi bəşəriyyətin ən aktual problemlərindən biridir və aviasiya karbon emissiyalarının azaldılmasında əsas rol oynayır. Emissiyanın xalis sıfır (“net zero”) səviyyəsinə çatdırılması planlanan 2050-ci ilin çox da uzaq olmadığını nəzərə alaraq aviasiyada bu hədəfə böyük diqqət ayırmaq lazımdır. Məhz bu səbəbdən də bu, AZANS-ın təşkil etdiyi CANSO Ümumdünya Aeronaviqasiya Sammitinin və 28-ci İllik Ümumi İclasının əsas mövzusu olacaq”, — deyə CANSO-nun baş direktoru Saymon Hokkard qeyd edib.

Sammitdə aviasiya sənayesinin liderləri xalis sıfır emissiyalara nail olmaq üsullarına və ekoloji cəhətdən daha təmiz səmanın yaradılmasında texnologiyaların rolunu müzakirə edəcəklər.

“Biz fəxr edirik ki, şəhərimiz yaşıl hava məkanının gələcəyi və xalis sıfır aviasiya hədəflərinə töhfə verən rəqəmsal texnologiyalar ilə bağlı mühüm müzakirələr platformasına çevriləcək. Dayanıqlı aviasiyanın gələcəyinə dair məsuliyyətimizi dərk edərək biz beynəlxalq əməkdaşlıq imkanlarının yaradılmasına töhfə verməyə çalışırıq”, — deyə AZANS-ın direktoru Fərxan Quliyev bildirib.

AZANS haqqında

“Azərbaycan Hava Yolları” QSC-nin tərkibinə daxil olan “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi (AZANS) Azərbaycanın hava məkanında uçuşların təhlükəsizliyinə və xidmətinə cavabdeh olan qurumdur. AZANS bütün beynəlxalq aviasiya təşkilatlarının tələblərinə yüksək səviyyədə cavab verir.

Hazırda AZANS Azərbaycanın hava məkanında hər ay orta hesabla 18 min tranzit uçuşa xidmət göstərir ki, bu da ölkəmizin hava məkanını xarici aviaşirkətlər üçün daha da cəlbedici edir.

CANSO haqqında

CANSO — Beynəlxalq Mülki Aeronaviqasiya Xidmətləri Təşkilatı — hava məkanının idarə edilməsində qlobal səsdir və onun gələcəyini formalaşdırır. CANSO-nun üzvləri dünya hava trafikinin təxminən 90 faizini əhatə edir və aeronaviqasiya xidməti təminatçıları, hava məkanı istifadəçiləri və operatorları, aviasiya texnikası istehsalçıları və təchizatçılarını özündə birləşdirir. CANSO dünya miqyasında hava hərəkətinin idarəolunma səviyyəsini yüksəltmək üçün sənayenin nümayəndələrini bilik, təcrübə və innovasiya mübadiləsi məqsədilə bir araya gətirir.

Oxunub: 119
Paylaş:
Digər xəbərlər

dunya / manset

10-05-2023, 08:50

2024-cü il G20 sammitinin məkanı açıqlandı

siyaset / manset

19-03-2024, 12:23

Aİ COP29-un uğurlu olması üçün Azərbaycanla əməkdaşlığa ümid edir

sosial / manset

2-10-2023, 10:33

Bakıda “Ümumdünya Məskunlaşma Günü” Forumu keçirilir

ULUSƏS TV
Son xəbərlər
  • Bu gün, 11:10
    “Əks halda bu vəzifə Torala həvalə olunacaq”
  • Bu gün, 11:06
    Prezidentin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur - Rəsmi
  • Bu gün, 11:00
    Güclü külək ağacı avtomobilin üzərinə aşırdı - Video-Yenilənib
  • Bu gün, 10:53
    Milli Qəhrəman Ehtiram Əliyev vəfat etdi
  • Bu gün, 10:45
    Yataqxanada meyiti tapılan Elvira ilə bağlı - ATU-dan açıqlama
  • Bu gün, 10:39
    Bu ərazilərə qar yağır
  • Bu gün, 10:25
    Avtobusla piyadanı vurub öldürdü
  • Bu gün, 10:21
    Almaniya Niderlanda, Yunanıstan Serbiyaya qarşı
  • Bu gün, 10:18
    Oğurluq edənlər saxlanıldı
  • Bu gün, 10:14
    Məktəblərdə payız tətili başladı
  • Dünən, 18:11
    DAVUD QÜDRƏTOV – İNSAN SAĞLAMLIĞINA XİDMƏTİ ÖZÜNƏ MƏSULİYYƏT BİLƏN HƏKİM RƏHBƏR!
  • Dünən, 14:22
    İranın Trampa qarşı sui-qəsd cəhdi planlaşdırdığı bildirilir - KİV
  • Dünən, 14:18
    Arif Mirzəyevin nəşi Azərbaycana gətirildi
  • Dünən, 14:15
    Bayden Zelenski haqda danışdı - Məyusdur
  • Dünən, 14:05
    Bu ərazilərdə su olmayacaq - Xəbərdarlıq
  • Dünən, 14:01
    Yağış yağacaq, külək güclənəcək - Sabahın havası
  • Dünən, 13:58
    Həmin klublar haqda qərar verildi
  • Dünən, 13:54
    Prezident həmkarını təbrik etdi
  • Dünən, 13:51
    Kral qocalıqdan gileyləndi - Məşhur mahnını xatırlatdı
  • Dünən, 13:23
    Mayamidə yük və sərnişin təyyarəsi toqquşdu - Xəsarət alanlar var
  • Dünən, 13:18
    HƏMAS-ın yüksək rütbəli üzvü zərərsizləşdirildi
  • 14-11-2026, 12:13
    Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığında yeni geosiyasi reallıqlar
  • 14-11-2026, 12:06
    “Azeri Light”ın qiyməti 102 dollar ötdü
  • 14-11-2026, 12:00
    “Kontakt”da ilin ən böyük endirimləri başladı
  • 14-11-2026, 11:49
    Norveç Uelsi, Portuqaliya Danimarkanı qəbul edəcək
  • 14-11-2026, 11:44
    Füzulidə iki maşın toqquşdu - 3 ölü-Yenilənib
  • 14-11-2026, 11:22
    Nəyi xatırlayacağımıza beynimiz necə qərar verir?
  • 14-11-2026, 10:57
    Bu şəhərdə festivaldan sonra hava keyfiyyəti təhlükəli həddə çatdı
  • 13-11-2026, 10:18
    Nəvəsinin andiçməsindən sonra meyiti tapılan Mirzəcan kişi ilə bağlı - Yeni detallar
  • 13-11-2026, 10:10
    Kriminal şəbəkənin rəhbəri Azərbaycanda tutuldu - Türkiyə mediası
  • 13-11-2026, 10:05
    Bu gün millimizin oyunu var
  • 13-11-2026, 09:59
    Qocalmanı gecikdirən ən təsirli qidalar - Siyahı
  • 13-11-2026, 09:56
    Trampla Netanyahu telefonda dalaşıb?
  • 13-11-2026, 09:53
    Turistlərin bol olduğu ölkədə ingilis dilini niyə bilməyəsən?
  • 13-11-2026, 09:47
    NASA iş elanı verdi - Maaş 164 mindir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə