• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

İşçiyə xəstəliyə görə nə qədər pul verilməlidir?

iqtisadiyyat / manset

27-01-2025, 12:07

İşçiyə xəstəliyə görə nə qədər pul verilməlidir?
Orqanizmdən asılı olaraq heç də hamı xəstəliyi “ayaq üstə” keçirə bilmir. İnfeksion xəstəliklə yanaşı, digər narahatlıqlar çalışanları işdən qalmağa vadar edir. Bu məsələ işçilərə həmin günlər üzrə ödənişi aktuallaşdırır.

“Qafqazinfo” xəbər verir ki, qanunvericiliyə görə, məcburi dövlət sosial sığortası üzrə ödəniş edən şəxslərin əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət almaq hüququ var. Bu hüquq azı 6 ay iş stajı olan şəxslərə şamil edilir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət xəstəlik vərəqəsinə (əmək qabiliyyətini itirmək vərəqəsi) əsasən təyin olunur.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə sığorta olunana müavinət aşağıdakı hallarda verilir:

- Xəstəlik və zədə nəticəsində əmək qabiliyyəti müvəqqəti itirildikdə;

- Sanatoriya-kurort müalicəsi zamanı;

- Xəstələnmiş ailə üzvlərinin qulluğa ehtiyacı olduqda;

- Epidemioloji hallarda karantin zamanı;

- Vərəm və peşə xəstəlikləri ilə əlaqədar müvəqqəti olaraq başqa işə keçirildiyi zaman;

- Protez hazırlandığı müddətdə protez-ortopedik müəssisənin stasionarına yerləşdirildikdə və digər hallarda.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət işçinin gəlirlərinə əsasən hesablanır. Əsas iş yerindən əlavə gəlir əldə edən şəxsə müavinət işəgötürənin vəsaiti hesabına ilk 14 gün üçün yalnız əsas iş yerindən əldə etdiyi qazancı, qalan günlər üçün isə müavinət işçinin bütün qazancı əsasında hesablanır və məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir.

Xəstəliyin ilk 14 günü üçün müavinət işəgötürənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. Xəstəlik bir neçə xəstəlik vərəqəsinə görə fasiləsiz olaraq ardıcıl davam edərsə, xəstəliyin ilk 14 günü üçün müavinət xəstəlik vərəqələrinin sayından asılı olmayaraq, yalnız bir dəfə işəgötürənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. Xəstəlik bir neçə xəstəlik vərəqəsinə görə fasilələrlə davam edərsə, xəstəliyin ilk 14 gün üçün müavinət xəstəlik vərəqələrinin sayından asılı olaraq hər dəfə işəgötürənin vəsaiti, qalan günlər üçün isə sosial sığorta haqları hesabına verilir. Ümumilikdə, sözügedən müavinət 6 aya qədər dövr üzrə ödənilir.

Müavinətin məbləği işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 (tam) aydakı qazancın məbləğindən asılı olaraq müəyyənləşdirilir. Bu zaman bir iş gününə düşən orta gündəlik qazanc işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 ay ərzində əldə etdiyi qazancı həmin dövrdəki iş günlərinin sayına bölməklə tapılır.

Bir iş gününə düşən orta gündəlik qazanc aşağıdakı şərtlərdən asılı olaraq faiz tətbiq edilməklə birgünlük müavinət müəyyən olunur.

Gəlirin 100 faizi:

- 12 il və daha çox sosial sığorta stajı olan işçilərə;

- İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə;

- Əfqanıstan müharibəsində, 20 Yanvar faciəsi zamanı xəsarət almış şəxslərə, Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı zərər çəkənlərə;

- Azərbaycan dövlətinin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsində iştirak edən şəxslərə, bu zaman həlak olanların, ölənlərin valideynlərinə, dul arvadlarına (dul kişilərinə) və uşaqlarına, habelə bu hadisələrdə iştirak edən hərbi qulluqçuların (o cümlədən müddətli xidmət hərbi qulluqçularının) arvadlarına;

- Xidməti vəzifələrinin icrası zamanı həlak olan, ölən ədliyyə, miqrasiya və fövqəladə hallar orqanları işçilərinin valideynlərinə, dul arvadlarına (dul kişilərinə) və uşaqlarına;

- Qanyaradıcı orqanların, qalxanvari vəzinin, bəd xasiyyətli şişlərin xəstəliyi zamanı;

- Əmək qabiliyyətini postvaksinal fəsadla əlaqədar itirən vətəndaşlara;

- Hemofiliya və talassemiya irsi qan xəstəliyi olan şəxslərə;

- Qan və qan komponentlərinin donorluğu funksiyasını yerinə yetirməsi ilə əlaqədar olaraq əmək qabiliyyətini müvəqqəti itirmiş şəxslərə;

- Hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) arvadlarına, məcburi köçkünlərə və vərəm xəstəliyinə tutulmuş şəxslərə.

Bundan başqa, hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) və xüsusi rütbəli şəxslərə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət sosial sığorta stajından asılı olmayaraq aylıq təminat xərcliyinin 100 faizi miqdarında verilir.

Gəlirin 80 faizi miqdarında:

- 8 ildən 12 ilə qədər sosial sığorta stajı olan işçilərə;

- 21 yaşına çatmamış və 5 ilədək sosial sığorta stajı olan ata-anasız yetim uşaqlara;

Gəlirin 60 faizi miqdarında:

- 8 ilədək sosial sığorta stajı olan işçilərə;

Alınan göstərici gündəlik əmək qabiliyyətinin müvəqqəti itirilməsi nəticəsində buraxılmış iş günlərinin sayına vurulması ilə müavinətin ümumi məbləği tapılır.

Məsələn, işçi 21.01.2025-ci il tarixindən 24.01.2025-ci il tarixinə kimi xəstələndiyi üçün əmək qabiliyyətini müvəqqəti itirib. Bu halda əmək qabiliyyətini müvəqqəti itirdiyinə görə müavinətin məbləğini hesablayaq.

5 il sığorta stajı olan işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində 4 iş günü var. Əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 ayda (2024-cü ilin Yanvar-Dekabr ayları) 239 iş günü var. Bu müddət ərzində işçinin gəlirinin 13 500 manat olmasını nəzərə alanda günlük qazancı 56,96 manat təşkil edir. 5 il iş stajı halında bir gün üçün müavinətin məbləği 34,18 manat, 4 gün üçün isə 136,72 manat olacaq.

Şəxsin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 ayda əmək fəaliyyəti olmayıbsa, minimum əməkhaqqının məbləğinin həmin aydakı iş günlərinin sayına bölünməsi ilə tapılır.

Eyni zamanda məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlirlərin məbləği müavinət hesablandıqda gəlir məbləğinə daxil edilmir.

Ceyhun Həmid

Oxunub: 45
Paylaş:
Digər xəbərlər

iqtisadiyyat / manset

21-11-2024, 12:21

Doğum və uşaqlara qulluq müavinətləri artırıla bilər

gundem / ust / manset

18-07-2023, 12:36

İşçi ixtisar olunarkən onun kompensasiya ödənişi necə hesablanmalıdır? - AÇIQLAMA

gundem / ust / manset

9-07-2023, 11:12

Statuslarından xəbərsiz işsizlər - “Kaspi”nin ARAŞDIRMASI

gundem / ust / manset

22-06-2023, 20:11

Qurban bayramı ilə əlaqədar iyun ayının müavinətləri vaxtından əvvəl ödənilib

gundem / ust / manset

1-07-2024, 11:46

Bu gündən qadınların pensiya yaşı 64 oldu

ULUSƏS TV
Son xəbərlər
  • Dünən, 19:35
    Şərəfli ömür yolu
  • Dünən, 14:03
    Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi-nin IX qrant müsabiqəsinin qalibi: “Dəqiq fikir, səlis nitq – Məktəbli debatçılar” layihəsinə start verildi
  • Dünən, 13:56
    Mənəvi kamillik və xeyirxahlıq ünvanı – Səfər Əlirzayev
  • Dünən, 10:37
    Mərhəmət Lələyev Professor Fərahim Sadıqov ilə görüş
  • Dünən, 08:21
    36 yaşlı kişinin meyiti yol kənarında tapıldı
  • Dünən, 08:19
    Dilan Polat yenidən ana olur
  • Dünən, 08:16
    35 yaşlı qadın dərmandan zəhərləndi
  • Dünən, 08:13
    Bu kəndlərə bir neçə gündür canavarlar hücum edir
  • Dünən, 08:11
    “Sanki biz qol vurduqca, qələbə qazandıqca azarkeşlərimiz daha da azalır”
  • Dünən, 08:09
    Malayziyada güclü zəlzələ oldu
  • Dünən, 08:06
    13 yaşlı yeniyetməni elektrik cərəyanı vurdu
  • Dünən, 08:04
    Həm faydasızdır, həm də ziyanlı
  • Dünən, 08:02
    “Sabah”ı məğlub edib Azərbaycan Kubokunu qazandılar
  • Dünən, 08:00
    Mahir Emreli yaşıl meydanlara geri döndü
  • 22-02-2026, 15:19
    Bir ömrün işığında –jurnalist Mərhəmət Lələyev İmran Əbilov ilə unudulmaz görüş
  • 22-02-2026, 12:34
    Lvovda TERROR AKTI: Ölən və yaralananlar var
  • 22-02-2026, 12:27
    Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib
  • 22-02-2026, 12:25
    Tramp Qrenlandiyada xəstə insanların qayğısına qalmaq qərarına gəlib
  • 22-02-2026, 12:23
    Vəkil Əfqan Məmmədov vəfat etdi
  • 22-02-2026, 12:20
    Nəriman Axundzadənin klubu mövsümə məğlubiyyətlə başladı
  • 22-02-2026, 12:17
    Külək əsir, duman var - Faktiki hava
  • 22-02-2026, 12:15
    “Mənə 4 milyon “atdılar”, pulum tükənmir”
  • 22-02-2026, 12:12
    Keçmiş prezidentin meyiti 8 aydır morqdadır
  • 22-02-2026, 12:08
    “İmişli” “Şamaxı”ya, “Kəpəz” “Sabah”a qarşı
  • 22-02-2026, 12:06
    Şamaxıda zəlzələ olub
  • 22-02-2026, 12:04
    İran Aİ-nin bu qüvvələrini terror təşkilatı elan etdi
  • 21-02-2026, 19:37
    ALİ TƏHSİLİ OLMAYAN RƏQQASƏ NECƏ REKTOR OLDU? - ŞOK TƏFƏRRÜAT
  • 21-02-2026, 17:25
    Ruhumun sönməz odusan, ana dilim – Xuraman Muradova
  • 21-02-2026, 15:39
    “Fidan” adlı şəxs qanunsuz tibbi fəaliyyət göstərir?
  • 21-02-2026, 15:34
    “Rahat” marketin bu filialı alıcıları aldadır
  • 21-02-2026, 15:31
    Məlhəm Hospitalından pasiyentin şikayəti: Analizi məhv etdilər…
  • 21-02-2026, 15:25
    Polis əməliyyat keçirdi: Bu silahlar aşkar olundu
  • 21-02-2026, 15:19
    “İranı dərhal tərk edin” - Daha iki ölkədən çağırış
  • 21-02-2026, 15:14
    Azərbaycanda ölümlə təhdid edilən şəxsə VƏZİFƏ VERİLDİ
  • 21-02-2026, 14:31
    Faciəli şəkildə həlak olan FHN əməkdaşı dəfn olundu
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə