Azərbaycanda Şri-Lanka vətəndaşları itkin düşüb.
Ulusestv.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Mariyanayagam Babişan mayın 22-si saat 17:00 radələrində həmyerlisi Royal adlı şəxslə evdən çıxıb və geri qayıtmayıb.
Onun qardaşı Mariyanayagam Qobişan bununla bağlı polisə müraciət edib.
O bildirib ki, qardaşı Bülbül prospektində yerləşən evlərindən ayrıldıqdan sonra bir daha geri dönməyib.