
Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.
Oxu.Az "Teleqraf"a istinadən xəbər verir ki, şəhər ərazisində qeydə alınan hadisə zamanı 1989-cu il təvəllüdlü Kəmalə Əsgərova bıçaq xəsarətləri alıb.
Yaralı qadın xəstəxanalardan birinə çatdırılıb və ona cərrahi müdaxilə olunub.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır