Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.
ulusestv.az Oxu.Az-a istinadən xəbər verir ki, Tibb Texnikumunun yaxınlığında Burciyev Orxan Qurban oğlu bıçaqlanıb.
Yaralı dərhal xəstəxanaya yerləşdirilib.
Ona ayağın kəsilmiş-deşilmiş yarası, sağ gözün gözüstü nahiyəsinin kəsilmiş yarası diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.