Bakı şəhər sakini Kamran Xəlilovu qətlə yetirməkdə şübhəli bilinən O.Gərayev saxlanılıb.
ulusestv.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, noyabrın 28-də saat 23 radələrində Abşeron rayonunun Pirəkəşkül qəsəbəsi ərazisindəki restoranların birində Müşfiqabad qəsəbə sakini, əvvəllər məhkum olunmuş O.Gərayev münaqişə zəminində tapançadan açdığı atəşlə Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Kamran Xəlilovu qətlə yetirib.
Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən O.Gərayev saxlanılıb.
Abşeron rayon prokurorluğunda araşdırma aparılır.