Amerikalı aktrisa Şelli Morrison 83 yaşında Los-Ancelesdəki evində dünyasını dəyişib.
ulusestv.az “Qafqazinfo”ya istinadən məlumatına görə, onun ölümünə səbəb ürək çatışmazlığı olub.
Aktrisaya populyarlıq gətirən “Uill və Qreys” serialındakı “Rosario Salazar” obrazı olub. Həmin serial 1998-ci ildən etibarən 11 mövsüm yayımlanıb.
Bundan başqa, aktrisa “San-Fransiskonun küçələri”, “Kolombo” seriallarından məşhurdur. 70-ci illərdə kino ekranlarda, eləcə də SSRİ-də nümayiş etdirilən “Makkenanın qızılı” filmində Morrison Qreqori Pek və Ömər Şəriflə tərəf-müqabili olmuşdu.