“Bu gün səngərdə döyüşən igidləri də Azərbaycan təhsili yetişdirib”.
Ulusestv.Az “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, bunu deputat Bəxtiyar Əliyev Milli Məclisdə çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycanın təhsil sistemi haqda bəzi həmkarları tənqidlər səsləndirib: “Elə burada oturan deputatlar da Azərbaycan təhsil sisteminin nəticələridir. Azərbaycan təhsil sisteminin hansı yüksək səviyyədə olduğunu görmək üçün elə deputatlara baxmaq kifayətdir”.