“Əfqanıstanla paralel olaraq dostluq qrupu da yarada bilərik. Mən o qrupa rəhbərlik edə bilərəm. 44 günlük müharibədə Əfqanıstan bizə ciddi dəstək verib. Onlar bizi hər zaman dəstəkləyiblər”.
Ulusestv.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu millət vəkili Siyavuş Novruzov Azərbaycanın Əfqanıstan İslam Respublikasında səfirliyinin təsis edilməsi ilə bağlı müzakirələr zamanı deyib.
S. Novruzov həmçinin çıxışında bəzi partiya sədrlərinin antimilli hesab etdiyi fikirlərinə də münasibət bildirib. Onun sözlərinə görə, bəzi partiya sədrləri var ki, adını çəkməyi məclisə layiq görmür: “Deyirlər ki, Şuşa əhalisi Şuşaya qayıtmaq istəmir və qorxurlar. Onların adını çəkməyi məclisə layiq bilmirəm. Halbuki Şuşa əhalisi ora qayıtmaq üçün can atır. Bu yaxınlarda orada DTX-nin şöbəsi də açıldı. Ayrı-ayrı strukturlar öz şöbələrini açıblar. Ömründə bir dəfə hərbi xidmətdə olmayan, əlində silah tutmayan adamlar belə şeylərdən danışırlar”.