• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Yakub Koreyba: “Erməni diasporunun fəaliyyəti tamamilə münaqişəyə təhrikdir” - MÜSAHİBƏ

siyaset / manset

18-01-2024, 16:08

Yakub Koreyba: “Erməni diasporunun fəaliyyəti tamamilə münaqişəyə təhrikdir” - MÜSAHİBƏ
Rəsmi İrəvan Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin hazırlanması və imzalanması üzrə danışıqlar prosesi ilə bağlı getdikcə daha çox ziddiyyətli bəyanatlar verir. Əvvəlcə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirdi ki, sülh müqaviləsinin bəzi bəndlərində reqres var. Daha sonra Ermənistanın baş naziri Nikol Paşinyan guya Bakının bəyanatlarının sülh prosesinə zərbə vurduğunu dedi. Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan isə həm xarici işlər nazirini, həm də baş naziri təkzib edərək, Ermənistan-Azərbaycan nizamlanması üzrə danışıqlarda heç bir reqres olmadığını bildirdi.

Beləcə, Ermənistan rəhbərliyi nümayəndələrinin bir-birini təkzib etdiyi qəribə vəziyyət yaranıb.

Oxu.Az polşalı jurnalist və politoloq Yakub Koreybadan vəziyyəti şərh etməyi xahiş edib:

- Mən burada qəribə heç nə görmürəm, bu, gözlənilən və təbiidir. Çünki Ermənistanda suverenlik daxili və xarici səbəblərə görə yoxdur və olmayıb. Ermənistan rəhbərliyi bu problemi tanımalı və suverenliyi rəsmiləşdirməlidir. Hazırda beynəlxalq ictimaiyyət və xüsusən də İrəvanın bilavasitə danışıqlar aparan tərəfdaşları Ermənistanda suverenliyin daşıyıcısının baş nazir, xarici işlər naziri, yoxsa parlamentin sədri olduğunu bilmirlər, heç bilməzlər də... Onların hamısının öz ayrı gündəliyi var.

Bu ona görə baş verir ki, Ermənistanda milli strategiya və milli maraq anlayışı yoxdur. Ermənilərin özləri, o cümlədən erməni siyasi elitası bu prosesin (Azərbaycanla Ermənistan arasında nizamlanma - red.) son məqsədinin nə olduğunu bilmirlər. Onlar, yenə deyirəm, ölkənin maraqlarını özləri üçün müəyyən etməyiblər. Strategiya haqqında ümumi anlayışın olmadığı şəraitdə siyasətçilər öz maraqlarına və vəziyyətlə bağlı öz qavrayışlarına əsaslanaraq hərəkət edirlər. Bu, xarici nəzarət altında olan ölkələr üçün xarakterikdir - elə məhz Ermənistana da aiddir. Digər postsovet ölkələrində müxtəlif səviyyələrdə də olsa, milli maraqların nə olduğunu anlayırdılar.

Ermənistanın suverenliyinin formalaşması prosesi hüquqi, institusional və hətta konseptual baxımdan geri qalır. Amma hər bir ölkənin ən bariz marağı qonşuları ilə yaxşı münasibətlərdə olmaqdır. Guya suveren olduğu son 30 il ərzində Ermənistan bunun əksini etdi.

Bakının milli maraqlara əsaslanan öz mövqeyi var. Ermənistanda belə bir şey yoxdur. Bu, suveren ölkənin (Azərbaycanın) tam suveren olmayan bir ölkə ilə (Ermənistanla) danışmasıdır. İndi heç kim Ermənistanın nə vaxt tam müstəqil olacağını deyə bilməz.

- Ola bilərmi ki, Qərbin və Fransanın Ermənistana bəyan etdiyi dəstək İrəvanda kənar oyunçuların təcili yardım illüziyasını yaradır, ona görə də İrəvan növbəti dəfə öz sevimli taktikasına əl ataraq, danışıqları ləngidir, ziddiyyətli bəyanatlar verməklə dolaşdırır və nəyinsə onun xeyrinə dəyişəcəyini gözləyir?

- Baxın, Ermənistanın nizamlanma prosesini gecikdirməsinin mənası varmı? İstər xarici, istərsə də daxili bütün şərtlər İrəvanda düzgün təhlil edilərsə, sülh müqaviləsinin bağlanması üçün bundan yaxşı məqamın olmayacağını göstərir. Bundan sonrakı vəziyyət Ermənistan üçün ancaq pisləşəcək. Vəziyyət artıq çox aldadıcı kənar dəstəyə arxalanan Ermənistanın qeyri-konstruktiv mövqeyinə görə xeyli pisləşib.

Bu mövqe Ermənistanın özünə ziyan vurur. Xarici dəstəyin mahiyyəti artıq rəsmi Ermənistan-Rusiya müttəfiqliyində də üzə çıxdı. Həm Rusiya, həm Fransa, həm də bütün digər xarici oyunçular Ermənistandan öz məqsədlərinə çatmaq üçün bir vasitə kimi istifadə edərək, sırf öz maraqlarını yürüdürlər.

Vaxt gəlib çatıb ki, Ermənistan və bütün dünya erməniləri, o cümlədən diaspor ciddi düşünməli və anlamalıdır ki, erməni xalqının və dövlətinin öz maraqları var, başqalarının naminə özlərini oda atmağa dəyməz. Dövlət ya mövcuddur və müstəqil siyasət aparır, ya da sadəcə, lazım deyil. Erməni siyasətçilər Ermənistanı elə istiqamətə aparırlar ki, xalq üçün öz dövləti, sadəcə, lazımsız olacaq, çünki bu onlara heç nə vermir.

Əgər erməni siyasətçilər ölkələrini beynəlxalq sistemin “artıq elementi” statusuna çatdırmaq istəyirlərsə, qoy eyni ruhda da davam etsinlər.

- Erməni diasporuna toxundunuz. Onun maraqları Ermənistanda yaşayan ermənilərin maraqları ilə üst-üstə düşürmü? Axı Ermənistanın daxilindəki revanşistlərlə yanaşı, erməni diasporunun nümayəndələri də çox aqressiv bəyanatlar verir, Azərbaycanla sülhün imzalanmasının mümkünsüzlüyündə israr edirlər. Məsələn (nə birincidir, nə də sonuncu), Stenford Universitetinin (Kaliforniya, ABŞ) siyasi elmlər doktoru Artur Xaçikyanın bəyanatı. O, Azərbaycanla sülh müqaviləsini Ermənistan üçün geri dönüşü olmayan nöqtə (mənfi mənada) hesab edir.

- Mən ABŞ və Fransadakı erməni diasporunu yaxşı tanımıram, amma Rusiyadakı erməni diasporunu yaxşı tanıyıram. Mən 12 ildir onlarla ünsiyyət qururam (o cümlədən qeyri-rəsmi şəraitdə) və onların necə olduqlarını başa düşmək üçün hər cür imkanım olub.

Marqarita Simonyan, Semyon Baqdasarov və bir çoxları Ermənistana həqiqətdə nifrət edirlər. Bu ölkənin reallığı onlara unutmaq istədiklərini xatırladır. Ermənistanın necə olduğunu görəndə onların intellektual, maliyyə, sosial, sinfi kompleksləri oyanır. Hətta bəziləri Ermənistana nadir hallarda getsələr belə, tarixi vətənləri onlara öz geri düşüncəli olduqlarını xatırladır.

Mən bu adamları dinləyəndə həmişə belə bir hiss keçirirdim ki, onlar erməni doğulduqları üçün özlərini bədbəxt hiss edirlər. Onlar rus, yaxud fransız doğulmaq istərdilər. Yeri gəlmişkən, onların çoxunun, məsələn, Marqarita Simonyanın uşaqlarının ABŞ pasportu var. Bu insanlar şüuraltı olaraq özlərini elə aparırlar ki, sanki Ermənistanın yox olmasını istəyirlər. Erməni diasporu nümayəndələrinin fəaliyyəti tamamilə münaqişəyə təhrikdir və bu, Ermənistanda faktiki yaşayan insanlar üçün zərərlidir.

Oxunub: 177
Paylaş:
Digər xəbərlər

gundem / dunya / ust / manset

27-06-2023, 11:04

ABŞ Dövlət Departamenti: “İnanırıq ki, Azərbaycanla Ermənistan arasında sülh yaxındadır”

gundem / siyaset / manset

28-12-2023, 16:46

Azərbaycan-Ermənistan: Normallaşma prosesi irəliləyib

gundem / siyaset / ust / manset

21-11-2023, 11:04

Hikmət Hacıyev: “Ermənistanla sülh müqaviləsinin imzalanması təşəbbüsünü məhz Azərbaycan edib”

gundem / manset

5-05-2023, 14:22

Ceyhun Bayramov və Mövlud Çavuşoğlu Azərbaycan-Ermənistan sülh sazişi üzrə son danışıqları müzakirə ediblər

ULUSƏS TV
Son xəbərlər
  • Bu gün, 17:17
    Haqq Ədalət Partiyası İdarə Heyətinin iclası keçirilib
  • Bu gün, 13:55
    3 ayda müavinlərinin sayı 3-ə düşdü
  • Bu gün, 13:51
    İlham Əliyev – Müzəffər lider və qalib xalqın Prezidenti
  • Bu gün, 12:09
    Qubada məktəbli özünü güllələdi
  • Bu gün, 12:06
    İlham Əliyev Vuçiçə təbrik məktubu ünvanladı
  • Bu gün, 12:01
    “İdrak” liseyində güllələnən müəllimin vəziyyəti necədir?
  • Bu gün, 11:57
    FHN WUF13-ə hazırlıqla bağlı toplantı keçirdi
  • Bu gün, 11:53
    16 yaşlı boksçu sınaq döyüşü zamanı öldü
  • Bu gün, 11:45
    Prezident İlham Əliyev: "Dost ölkə və etibarlı strateji tərəfdaşımız olan Serbiya ilə münasibətlərimizin hazırkı səviyyəsi məmnunluq doğurur"
  • Bu gün, 11:42
    İlham Əliyevin sosial şəbəkə hesablarında Almaniya səfəri ilə bağlı görüntülər paylaşılıb
  • Dünən, 13:53
    Ulu Öndərimiz Heydər Əliyevin layiqli davamçısı İlham Əliyev bizim qüdrətli gələcəyimizin memarıdır-Könül Nəbizadə
  • Dünən, 13:27
    İlham Əliyev Münhendə Bundestaqın xarici siyasət komitəsinin sədri ilə görüşüb
  • Dünən, 13:24
    "Haber Global": "Azərbaycan Prezidenti İlham Əliyevdən gərgin diplomatik fəaliyyət"
  • Dünən, 13:22
    "Mədəniyyət" TV-nin yaradılmasından 15 il ötür
  • Dünən, 13:12
    İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verdi
  • Dünən, 13:03
    Öncə Ukraynada atəşkəs, sonra Cənubi Qafqazda sülh? (ŞƏRH)
  • Dünən, 13:00
    YAP Xətai rayon təşkilatının 33-cü ildönümü qeyd olundu
  • Dünən, 12:56
    “O hadisənin ertəsi günü sülh müqaviləsini imzalaya bilərik” - İlham Əliyev
  • Dünən, 12:53
    Baş nazir məzuniyyətə çıxdı
  • Dünən, 12:50
    Hakimin öldüyü hadisədə həmin əməkdaş günahkar bilindi - Cəza verildi
  • Dünən, 12:47
    Mehdiyev-Kərimli işində yeni audio-video materiallar yayımlanacaq
  • 13-02-2026, 19:37
    Şəfa nurunun sahibi – Həkim Davud Qüdrətov
  • 13-02-2026, 12:57
    Gələcəyin texnoloji dövlət modeli
  • 13-02-2026, 08:40
    Əhali sayının 10 milyonu keçməsinə “stop” qoyacaqlar
  • 13-02-2026, 08:37
    “Atletiko” “Barselona”nı darmadağın etdi
  • 13-02-2026, 08:33
    Maduro telefon danışığında oğluna nə deyib?
  • 13-02-2026, 08:27
    “Yermakı buna görə işdən çıxarmamışam”
  • 13-02-2026, 08:21
    “Məqsədimiz C Liqasına qayıtmaqdır” - Ayxan Abbasov
  • 13-02-2026, 08:19
    Hasan Canın narkotik testinin nəticəsi açıqlandı
  • 13-02-2026, 08:16
    Lökbatandakı yanğında tüstüdən zəhərlənənlər var - Yenilənib
  • 13-02-2026, 08:13
    Tahir Gözəl “Neftçi”yə təşəkkür etdi
  • 13-02-2026, 08:10
    “Tramp düşünür ki, iranlılar kiminlə qarşı-qarşıya olduqlarını anlayıblar”
  • 13-02-2026, 08:08
    “Fransa ilə müharibəyə giririk”
  • 12-02-2026, 18:02
    Estetik sahədə nəzarətsizlik: Qanunsuz tibbi müdaxilələr və cavabsız qalan suallar
  • 12-02-2026, 17:33
    “Vüsal 300“ yenə köhnə ampulasında – Yüksək faiz, qanunsuz lizinq
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə