Parlament seçkisinin təbliğat-təşviqat mərhələsində Mərkəzi Seçki Komissiyasına (MSK) ümumilikdə 47 müraciət daxil olub.
ulusestv.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu MSK sədri M. Pənahov bu gün keçirilən mətbuat konfransında deyib.
"Bunlardan 25- i qeydə alınmaqla bağlı olub. Həmin 25 nəfərdən 9- nun namizədliyi MSK tərəfindən bərpa edilib. 2 nəfərin ikili vətəndaşlığı olduğuna görə namizədliyi ləğv edilib. Ağır cinayətlərdə məhkum edilmiş və məhkumluğu ödənməmiş şəxslərdən 5 nəfərin namizədliyi qanunvericiliyə görə qeydə alına bilməyib. 13 nəfər isə əmlakla bağlı məlumatları səhv verdiyinə görə qeydə alınmayıb.
Təşviqat mərhələsində 5-ə yaxın namizədə ciddi xəbərdarlıq etmişdik. Demişdik ki, əgər xəbərdarlığa əməl etməsələr, növbəti mərhələdə Baş Prokurorluğa müraciət edəcəyik. Xoşbəxtıikdən bu baş vermədi.".