• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Məhkəmədə etiraf: “Duşla seyfi sulayırdım ki, içindəki pullar yanmasın”

sosial / manset

26-01-2023, 08:14

Məhkəmədə etiraf: “Duşla seyfi sulayırdım ki, içindəki pullar yanmasın”
Bakıda evdən külli miqdarda pul və qızıl oğurlamış şəxslərin məhkəməsi başa çatıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Yasamal rayonu, İ.Dadaşov küçəsində yerləşən evə daxil olaraq oradakı seyfdən dörd min dollar və 440 min manat dəyərində qızıl-zinət əşyaları oğurlamış iki nəfərə hökm oxunub.

Araşdırmalar zamanı məlum olub ki, hadisəni törədən şəxslərdən 1978-ci il təvəllüdlü Babək Həsənov 2020-ci ildə A.Nadirovanın evində təmir işləri görüb. O, həmin vaxt evdəki dəmir seyfin içində xeyli pul olduğunu ehtimal edib. Babək 2022-ci ilin yayında dostu, 1992-ci il təvəllüdlü Tacir Seyidovla görüşərək oğurluq planı haqqında ona bildirib. Onlar ev sahibinin ailəsi ilə birgə Novxanıda bağda olduğu vaxt xüsusi aparatlarla mənzilə daxil olaraq seyfi kəsiblər.

Məhkəmədə ifadə verən Tacir hadisə barədə bunları deyib:

“20 iyun 2022-ci il tarixdə, saat 22 radələrində Nərimanov parkındakı çayxanaların birində Babəklə söhbət edərkən bankdakı borclarımı ödəyə bilmədiyimi dedim. Babək mənə tanıdığı imkanlı şəxsə məxsus evdən oğurluq edə biləcəyimizi, əvvəllər həmin evdə usta işlədiyini və həmin vaxt evə seyf yerləşdirildiyini bildirdi. Razılaşdıqdan sonra növbəti gündən etibarən birlikdə bir neçə dəfə Yasamal rayonu ərazisində yerləşən həmin evə gedib kənardan müşahidə apardıq, evdə heç kimin olmadığını dəqiqləşdirdik. Babək seyfi avtogen qurğusu ilə kəsəcəyimizi, həmin alət üçün oksigen və propan balonu, boru və “rezak” kimi qurğuların lazım olduğunu dedi. Ayın 29-u gecə Babəklə NZS-də görüşüb oradan Yasamala getdik. Təxminən iki saatdan çox gözlədikdən sonra 02 radələrində evə girdik.

Lakin Babək seyfi əvvəllər gördüyü otaqda aşkar edə bilmədi. Belə olan halda dəyərli bir şey tapmaq üçün bir-bir otaqlara baxmağa başladıq. Yataq otaqlarının birində axtarış apararkən şkafın içərisindəki seyfi gördük. Babəklə köməkli şəkildə həmin seyfi üzbəüz yerləşən hamam otağına daşıdıq. Orada Babək avtogen qurğusu ilə seyfi kəsməyə başladı, mən də duşla sulayırdım ki, içərisindəki pullar yanmasın. Bundan sonra içərisinə əl atıb oradan kiçikölçülü qızıl qutularını çıxardıq. Qutulardan müxtəlif çeşidli qızıl-zinət əşyalarını götürüb bir ədəd sellofan paketə yığdıq. Qızıl-zinət əşyalarının çəkisi təxminən 1,5 kiloqram olardı. Seyfdə qızıllardan başqa, 3 800 ABŞ dolları var idi. Taksi ilə yaşadığım Sabunçu rayonu, Saratov küçəsinə gəldim. Qızılları evə aparıb plastmas qutuya yığıb saxlaması üçün anama verdim. Dedim ki, qızılları Rusiyaya gedən dostum əmanət kimi verib”.

Oğurlanan qızıllar arasında 12 288 manat dəyərində bir ədəd “Gp: Girard Perregaux” qızıl qol saatı, 11 240 manat dəyərində bir ədəd içərisində “Cartier” qızıl qol saatı, 19 040 manat dəyərində bir ədəd “Girard-Perregaux” qızıl qol saatı, 9 800 manat dəyərində yeddi ədəd “15”lik, 3 880 manat dəyərində dörd ədəd “10”luq, 7 500 manat dəyərində on beş ədəd “5”lik, 2 760 manat dəyərində üç ədəd qluplu “10”luq, 2 400 manat dəyərində bir ədəd üzərində “Georgia 25 X11 % 02 Gold 9999” yazısı həkk olunmuş “25”lik qızıl sikkə, 9 000 manat dəyərində bir ədəd ağ şəffaf brilyant qaş, 3 605 manat dəyərində bir ədəd ağ şəffaf brilyant qaş, 4 777 manat dəyərində bir ədəd, üzərində ağ şəffaf qaşları olan qızıl boyunbağı, 52 300 manat dəyərində bir ədəd, üzərində ağ şəffaf qaşları olan qızıl boyunbağı, 11 261 manat dəyərində bir ədəd, üzərində ağ şəffaf qaşları olan qızıl bilərzik, 8 355 manat dəyərində bir ədəd üzərində ağ şəffaf qaşları olan qızıl bilərzik və sair olub.

Qiymətləndirmə zamanı 750 əyarlı qızılın 1 qramı 105, 585 əyarlı qızılın 1 qramı 80, 950 əyarlı platinin 1 qramının isə dəyəri 80 manatdan hesablanıb.

Məhkəmədə təqsirləndirilən şəxslərin dəymiş ziyanı ödədikləri bildirilib, zərərçəkən tərəf onlardan şikayətçi olmayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 yanvar tarixli hökmü ilə Babək və Tacirin hər birinə beş il həbs cəzası verilib.

Oxunub: 214
Paylaş:
Digər xəbərlər
ULUSƏS TV
Son xəbərlər
  • Dünən, 17:14
    Sentyabrın 17-də Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatının XI konfransı keçirilib.
  • Dünən, 17:02
    20 Sentyabr – Neftçilər Gününə böyük ehtiramla
  • Dünən, 14:32
    Bizim Nizami müəllim...
  • Dünən, 10:27
    DTX məlumat yaydı - Video
  • Dünən, 10:22
    Səudiyyə Ərəbistanına 48 ədəd F-35 satacaqlar
  • Dünən, 10:18
    Ər-arvad “USS Abraham Lincoln”da “ölüm həbləri” satırmış - Həbs ediliblər
  • Dünən, 10:14
    Yeniyetməni döyüb başı üstə yerə çırpdılar - Süni tənəffüs aparatına qoşuldu
  • Dünən, 10:11
    Bu ölkədə ABŞ hərbi bazası yaradılacaq
  • Dünən, 10:08
    1700 illik nadir “Odisseya” parçası tapıldı
  • Dünən, 10:04
    Pezeşkianla Əraqçi ABŞ-yə gedəcək
  • Dünən, 09:46
    Dünyada şiddətli yağışlarla bağlı - Xəbərdarlıq
  • Dünən, 09:37
    Nəsimi buranı görsə, hüsnünə heyran olardı... - Video
  • 17-09-2026, 20:05
    “Daş abidə” parkının yerini kim alıb? - Bu tikintiyə kim icazə verib?... - Yenilənib - VİDEO
  • 17-09-2026, 17:29
    “Dəyişən dünyanın dəyişməz insanları” layihəsində...
  • 17-09-2026, 10:17
    “Səyyar Gənclər Xidməti” fəaliyyətini Yardımlıda uğurla davam etdirib
  • 17-09-2026, 10:09
    Ağdaşda kənd təsərrüfatı ilə bağlı tədbir keçirildi - Fotolar
  • 17-09-2026, 10:05
    17 yolda tıxac var - Siyahı
  • 17-09-2026, 10:01
    “ChatGPT”yə oğlunu öldürmək istədiyini yazdı - Həbs edildi
  • 17-09-2026, 09:56
    Lənkərandakı ağır qəzada ölənlərin kimliyi bilindi - Yenilənib
  • 17-09-2026, 09:49
    Kral taxtından imtina edib - Həvəskar qapıçı olmağı seçdi
  • 17-09-2026, 09:45
    “Cəhənnəm sanksiyaları” qəbul edildi
  • 17-09-2026, 09:42
    ABŞ Mahmud Abbasa viza vermədi
  • 17-09-2026, 09:34
    Şahzadə Diana haqqında kitabın ilk nüsxələri nəşrdən əvvəl oğurlandı
  • 17-09-2026, 09:32
    “Faiz dərəcələrini tez bir zamanda endirin” - FED-ə çağırış etdi
  • 17-09-2026, 09:28
    13 saat parlamentin tualetində bağlı qaldı - Xəstəxanalıq oldu
  • 16-09-2026, 20:33
    Prezidentdən Ülvi Quliyevlə bağlı - Sərəncam
  • 16-09-2026, 20:32
    Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasına Şikayət
  • 16-09-2026, 18:01
    Xuraman Muradova: Bir kişi güclüdürsə, onun ruhunda bir qadın sevdası var
  • 16-09-2026, 16:44
    Diplomatik səfərə qarşı Ermənistanın reaksiyası təəssüf doğurur
  • 16-09-2026, 16:27
    Türk dünyası və İslam həmrəyliyi
  • 16-09-2026, 10:36
    Dövlət Proqramı ilə bağlı Qobustanda görülmüş işlər barədə tədbir keçirildi - Fotolar
  • 16-09-2026, 10:26
    İşdən çıxarılan həkim qardaşına yeni vəzifə verildi
  • 16-09-2026, 10:20
    “Səmərəli müzakirələri yüksək qiymətləndirirəm”
  • 16-09-2026, 10:16
    ABŞ-də neft ehtiyatları gözlənilmədən artdı - Qiymətlər endi
  • 16-09-2026, 10:12
    Süni intellektlər öz aralarında yeni bir dil yaratdı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə