• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Agentlik həkimlərin əməkhaqqıları məsələsinə aydınlıq gətirdi - RƏSMİ

sosial / manset

31-07-2023, 13:17

Agentlik həkimlərin əməkhaqqıları məsələsinə aydınlıq gətirdi - RƏSMİ
“Son günlər dövlət tibb müəssisələrində çalışan həkimlərin əməkhaqqıları ilə bağlı ictimaiyyətdə yanlış təsəvvür yaradan məlumatlar yayılır”.

Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aynurə Əhmədova səhiyyə işçilərinin, o cümlədən həkimlərin əməkhaqqıları ilə bağlı səsləndirilən fikirlərə aydınlıq gətirərkən deyib.

Agentlikdən Oxu.Az-a bildirilib ki, icbari tibbi sığorta sisteminin tətbiqindən sonra “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na uyğun olaraq, səhiyyə işçilərinin xidməti fəaliyyəti iqtisadi və kəmiyyət göstəricilərinə görə qiymətləndirilir.

Aynurə Əhmədova bildirib ki, həkimlərin əməkhaqqılarından danışıldıqda ən çox müzakirə edilən bonuslar məsələsinə xüsusilə aydınlıq gətirmək yerinə düşərdi:

“Həkimlərə verilən bonuslar göstərilən tibbi xidmətin tarifinə görə dəyişir. Tibbi xidmətlərin tarifləri Xidmətlər Zərfi ilə tənzimlənir. Xidmətlər Zərfində ambulator şəraitdə göstərilən xidmətlərin tarifi 3 - 295 manat arasında dəyişir. Cərrahi tibbi xidmətlər üzrə tariflər isə 10 - 24 000 manat arası təşkil edir. Bu, icra edilən cərrahi prosedurun mürəkkəbliyindən və istifadə edilən tibbi sərfdən asılıdır”.

Səhiyyə işçilərinin, xüsusilə həkimlərin əməkhaqqıları təkcə müayinələr qarşılığında ödənilən bonuslardan və ya ödənişlərdən ibarət deyil. Həkimlərin əməkhaqqıları bir neçə mənbədən formalaşır: aylıq vəzifə (tarif) maaşı, aylıq sabit həvəsləndirici əlavələr, işin nəticəsinə görə həvəsləndirici əlavələr (bonus), əmək şəraitinə görə ödənilən əlavə və qanunvericiliklə nəzərdə tutulmuş digər ödənişlər.

Belə ki, həkimlərin aylıq vəzifə (tarif) maaşı 9-15 dərəcə arasında dəyişərək 478-607 manat, aylıq sabit həvəsləndirici əlavəsi isə 800 manat təşkil edir. Bununla yanaşı, həkimlər işin nəticəsinə görə həvəsləndirici əlavələr - yəni bonus da alırlar.

Qeyd edək ki, həkimlərin bonuslarına tibb müəssisələrinin qrup və kateqoriyalarına uyğun olaraq 1,2; 1,3; 1,4; 1,5 əmsallar tətbiq edilir. Belə ki, həkimin bonusu işlədiyi tibb müəssisəsinin aid olduğu kateqoriya əmsalına vurulur.

Nümunə: Ambulator fəaliyyət üzrə həkim-pediatrın 11-ci dərəcə aylıq vəzifə (tarif) maaşı 518 AZN, aylıq sabit həvəsləndirici əlavəsi 800 AZN və ortalama bonusu 500 AZN (rəqəm şərtidir, məbləğ aylıq pasiyent qəbulu və icra edilən tibbi prosedurların sayına görə dəyişir) təşkil edir. 2B kateqoriyalı ümumi profilli xəstəxanada həkimin bonusu 1,2 əmsalı ilə hesablanırsa, 3B kateqoriyalı çoxprofilli xəstəxanada 1,4 əmsalı ilə hesablanır. Beləliklə, 2B kateqoriyası üzrə həkimin aylıq ümumi əməkhaqqısı 1 918 AZN (518+800+500x1,2), 3B kateqoriyası üzrə isə 2 018 AZN (518+800+500x1,4) təşkil edəcək. Qeyd edək ki, məvaciblər vergilər və digər məcburi ödənişlər daxil olmaqla göstərilib.

A.Əhmədova onu da vurğulayıb ki, həkim iş günü ərzində yalnız bir pasiyent qəbul etmir:

“Tibbi müayinənin növündən və xüsusiyyətindən asılı olaraq, günlük bonus hesablanan pasiyent sayı 15-35 pasiyent arasında dəyişir. Bu səbəbdən yalnız bir pasiyentə görə göstərilən tibbi xidmətin tarifinin müvafiq faizinin həkimə ödənildiyini qeyd etmək doğru deyil. Ay ərzində (22 iş günü götürülərsə) həkimə müayinə etdiyi 330-770 arası pasiyent sayına görə bonus hesablanır”.

Məsələn, ixtisaslı həkim tərəfindən müayinə edilən hər pasiyentə görə tibb müəssisəsinə 17 manat ödənilir. Müvafiq Qaydaya əsasən, hər pasiyentə görə bu məbləğin 8%-i (1,36 AZN) həkimin əməkhaqqısına əlavə edilir. Həkim gün ərzində 35, ay ərzində 770 xəstə qəbul edərsə, o, 1 047 manat bonus almış olur.

Beləliklə, həkim bonusla yanaşı, ayın sonu aylıq vəzifə (tarif) maaşı, 800 manat aylıq sabit həvəsləndirici əlavə və qanunvericiliklə nəzərdə tutulmuş digər ödənişlər alır.

Qeyd etmək olar ki, bundan əlavə, həkim cərrahi fəaliyyətlə məşğul olduğu halda icra edilən əməliyyat və tibbi prosedurlara görə də Xidmətlər Zərfindəki tariflərə uyğun olaraq əlavələr alır.

Nümunə: 12-ci dərəcəli həkim-travmatoloqun aylıq vəzifə (tarif) maaşı 538 manat, aylıq sabit həvəsləndirici əlavəsi 800 manatdır. Bununla yanaşı, həkimə işin nəticələrinə görə bonus ödənilir. 538+800 + həkim-travmatoloqların ortalama bonusu 1 250 manat (müayinə və cərrahiyyə xidmətləri) (tutulmalar daxil) = 2 588 manat.

Hazırda dövlət tibb müəssisələrində aylıq maksimum 28 000 manat bonus alan həkim-ürək-damar cərrahı, 12 000 manat bonus alan həkim-mama-ginekoloq, 8 000 manat bonus alan həkim-travmatoloq, 7 500 manat bonus alan həkim-ümumi cərrah və 2 000 manat bonus alan həkim-kardioloq var. Bu məbləğ ay ərzində icra edilən əməliyyatın sayı və xüsusiyyətinə görə dəyişə bilər.

Xatırladaq ki, yaxın zamanlarda Xidmətlər Zərfində bir sıra tibbi xidmətlərin tarifinin artırılması nəzərdə tutulub. Tariflər artırıldıqda həkimlərə ödənilən bonusların məbləği də yüksələcək.

Əlavə olaraq bildirək ki, icbari tibbi sığortanın tətbiqindən sonra minimum vəzifə maaşı alan həkimlərin əməkhaqqıları orta hesabla üç dəfə artıb.

2019-cu il ilə müqayisədə dövlət tibb müəssisələrində işləyən həkim-mütəxəssislərin minimum əməkhaqqılarında 3,2 dəfə artım, gəlirlərində (sabit əlavə və bonus) isə beş dəfədən 50 dəfəyədək artım olub.

Oxunub: 158
Paylaş:
Digər xəbərlər
ULUSƏS TV
Son xəbərlər
  • Dünən, 18:37
    Yay Fest 2026-nın ilk düşərgəsi – “Rəqəmsal Dövlət” uğurla başa çatıb
  • Dünən, 12:48
    Bakıda xəstəxanaların həyətindən - Xoşagəlməz görüntülər
  • Dünən, 12:13
    Maştağada 52 yaşlı kişinin meyiti tapıldı
  • Dünən, 12:03
    Antibiotiklərin ömürə təsiri?
  • Dünən, 11:59
    Mütəmadi baş ağrısı və ürəkbulanma ciddi xəstəlikdən xəbər verir.Həkim məsləhəti
  • Dünən, 11:56
    FHN-in Şimal-Qərb Regional Mərkəzi təlim keçirdi
  • Dünən, 11:37
    DÇ-2026-da III yer uğrunda mübarizə - Fransa, yoxsa İngiltərə?
  • Dünən, 11:27
    “Azeri Light”ın qiyməti 90 dollara yaxınlaşır
  • Dünən, 11:24
    İranın hücumundan sonra aeroportu bağladılar
  • Dünən, 11:18
    Hərbçimiz həlak oldu
  • Dünən, 11:14
    Sən kimə dua edirsən?..
  • 17-07-2026, 14:04
    Bayramovla Lavrovun görüşü başlad
  • 17-07-2026, 14:00
    “Bank Respublika” “Azərbaycanın ən yaxşı KOS bankı” mükafatına layiq görüldü
  • 17-07-2026, 13:56
    Eks-bələdiyyə sədri 100 min manata yaxın zərər vurmaqda ittiham olunur
  • 17-07-2026, 13:52
    Ramazan Nəbiyevə yüksək vəzifə verildi
  • 17-07-2026, 13:48
    İsrail parlamenti buraxıldı
  • 17-07-2026, 13:42
    Sumqayıtlı həkimdən beynəlxalq uğur!
  • 17-07-2026, 13:37
    Antibiotik vurulan 5 aylıq hamilə qadın öldü
  • 17-07-2026, 13:19
    İki gün sonra yeni sahibi bəlli olacaq - Dəyəri 1 milyondan çoxdur
  • 17-07-2026, 13:15
    İlham Əliyev Donald Trampa təşəkkür etdi
  • 17-07-2026, 12:14
    Xameneinin dəfn olunduğu məqbərədə yanğın baş verdi
  • 17-07-2026, 12:07
    “Bu ölkəyə səfər etməyin” - ABŞ səfirliyindən xəbərdarlıq
  • 17-07-2026, 11:03
    Göy qurşağı rəngli xatirələr...
  • 16-07-2026, 17:26
    Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov jurnalist Mərhəmət Lələyevi qəbul edib
  • 16-07-2026, 17:12
    Siyasi dialoqun və strateji tərəfdaşlığın inkişafında yeni mərhələ
  • 16-07-2026, 14:48
    Azərbaycanlı dənizçilərə çağırış edildi
  • 16-07-2026, 14:43
    Ümid Hacızadə – 24 yaşın mübarək!
  • 16-07-2026, 13:40
    Dünya bir nərdivandır...
  • 16-07-2026, 12:43
    Əli Əsədov Fələstinin Baş naziri ilə görüşdü
  • 16-07-2026, 12:33
    “Pakistan diplomatiyası buna görə də təqdir olunmalıdır”
  • 16-07-2026, 12:24
    Yaslardakı zəhərlənmələr lavaşla bağlı olub - Açıqlama
  • 16-07-2026, 12:02
    Fələstinin Baş naziri Fəxri xiyabanda
  • 16-07-2026, 11:52
    Mövqe: Hüquqi qiymət verilmiş məsələ ətrafında dezinformasiyaya son qoyulmalıdır. LOR həkimi Rəşad Məmmədovun haqqında yayılan məlumatlar həqiqəti əks etdirmir.
  • 16-07-2026, 11:40
    Abşeronda növbəti vətəndaş qəbulları və görüşlər keçirilib
  • 16-07-2026, 11:34
    Bu dəfə onlar saxlanıldı - Sıla, İlyas Yalçıntaş...
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə