• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Aylarla pul yığıb getdiyimiz hotellərə necə inanaq? - O yanğın bizdə olsa...

sosial / manset

24-01-2025, 10:17

Aylarla pul yığıb getdiyimiz hotellərə necə inanaq? - O yanğın bizdə olsa...
Türkiyənin Bolu vilayətində dağ-xizək kurortundakı hoteldə baş vermiş, 78 nəfərin ölümünə səbəb olan yanğın dünya gündəmindədir. “Grand Kartal” kimi lüks bir obyektin belə hadisəyə hazırlıqlı olmaması, xilasetmə nərdivanlarının yoxluğu, yanğın siqnalı avadanlıqlarının işləməməsi müzakirə edilən əsas detallardandır. Sosial şəbəkələrin Türkiyə seqmenti yanğından son anda xilas edilən vətəndaşların gözüyaşlı açıqlamaları ilə dolub-daşır. Onların çoxu gecə 3-də başlayan yanğından siqnalların işləməməsi səbəbindən xəbər tuta bilmədiklərini, aşağı enmək istəyən zaman isə nərdivan tapmadıqlarını, mələfələri bir-birinə dolayaraq özlərini atdıqlarını deyirlər. Yanğın vaxtı çəkilmiş əksər videolarda tüstüdən nəfəs ala bilməyərək pəncərələrdə dəqiqələrlə gözləyən, yardım üçün yalvaran şəxsləri görə bilərsiniz. 

Bəs bunun adını təbii fəlakət qoya bilərikmi? Hər tətildə minlərlə insanın üz tutduğu, bir gecəsi azı min manatdan başlayan hotellər belə ekstremal vəziyyətlərə niyə hazır olmamalıdır?

Türkiyədə yanğından sonra aparılmış təxmini hesablamalara görə, vətəndaşların bir gecə üçün ödədiyi pulun sadəcə 20 faizi ilə hoteldəki bütün təhlükəsizlik qaydalarına riayət etmək mümkün idi...​

“Qafqazinfo” Azərbaycanda da hotellərə müraciətlərin kifayət qədər çox olduğunu, faciədən sonra cəmiyyətdə yaranan sualları nəzərə alaraq ölkəmizdəki hotellərlə əlaqə saxlayıb, hotellərdə təhlükəsizliyə nələrin, ən əsası kimin cavabdeh olduğuna dair müvafiq sualları yönləndirib. Maraqlıdır ki, kiçik araşdırmamız zamanı 10-a yaxın hotelin səlahiyyətli şəxsləri suallarımızdan boyun qaçırdı və ya ümumiyyətlə, məsələdən məlumatsız olduqlarını bildirdilər. 

Şəkidə yerləşən “Marxal” hoteldən bildirdilər ki, bu kimi hallarda dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti müdaxilə edir: “Həmçinin “Marxal”ın daxilində SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizə) sırf olaraq bu işlə məşğul olur. Hər birinə vaxtında nəzarət reallaşdırılır. Daimi olaraq əməkdaşlarımıza bu tipdə təlimlər keçirilir. 2024-cü il proqramı üzrə artıq bu proses tamamlanıb. Yanğın siqnalı vurulduğu andan təxliyə prosesi üçün məlumatlandırmaq əməkdaşlarımız tərəfindən görüləcək proseslərdir. Çünki bunun üçün dəfələrlə təlimlər keçirik. Əgər yanğın siqnalı işə düşmürsə, bu, avadanlığın problemi ola bilər. Yoxlamanın az olması da buna daxildir”. 

Ölkənin daha bir tanınmış hoteli, eyni zamanda dağ-xizək kurortu “Şahdağ Turizm Mərkəzi” ilə də əlaqə saxladıq. Mərkəzin Əməyin Mühafizəsi üzrə şöbə müdiri Elşən Həmidov bildirib ki, onlar bu prosesi həm Fövqəladə Hallar Nazirliyi, həm də lisenziyalı şirkətlərlə həyata keçirirlər: “Xüsusi, lisenziyası olan təcrübəli şirkətlərlə illik müqavilələr bağlanılır. Onlar bütün yanğından mühafizə sistemlərinə illik servislər və texniki xidmətlər göstərirlər. Bunlar olmadıqda və hotelin texniki əməkdaşları tərəfindən aylıq yoxlamalar aparılmadıqda sistem işlək vəziyyətdə olmur. Onun işlək olması tüstü detektoruna bağlı olan bir avadanlıqdır. Ərazidə adi tüstü olan kimi tüstü detektoru işə düşür və yanğın panelinə avtomatik məlumat gedir. Bu zaman tənzimləmə sisteminə siren qoşulur. Biz illik daxili yoxlamalar da edirik. Hər altı aydan bir isə ümumi sistemi qoşub yanğın və təxliyə üzrə şərti təlim məşğələsini keçiririk. Məsələn, hər hansı bir otaqda yanğın baş veribsə, lazımı işlər daxili prosedurla tənzimlənir.

Bu zaman hansı şöbənin necə reaksiya verməsi qeyd olunur. Hər bir əməkdaş bu proseslə tanış olur. FHN, DİN kimi qurumlar cəlb edilərək ərazidə təxliyə təlimləri keçirilir. Əlavə olaraq lisenziyalı şirkətlər tərəfindən illik xidmət göstərilir”. 

“Quba Palace”ın Təhlükəsizlik və Hüquq şöbəsinin müdiri Murad Muradov da hotelin ünvanlı yanğın-alarm təhlükəsizliyi sisteminin şirkətlərlə əməkdaşlıq çərçivəsində aparıldığını vurğulayır: “Bu, şirkətlərin avadanlıqları ilə təchiz edilir və daim işlək vəziyyətdə olur. Bura yanğın-su, hava sovurma, alarm işə salma (SOS və insan səsi ilə xəbərdaretmə) xətləri daxildir. Hansı sahədən siqnal gəlirsə, mərkəzi yanğın panelində ünvanı dəqiq göstərilməklə qeyd olunur. Mərkəzi yanğın panelinin yanında sutka ərzində mühafizə xidmətinin əməkdaşı olur.

Bu sistemə FHN-in müvafiq lisenziyası olan şirkətlər tərəfindən servis xidmətləri göstərilir. Bununla yanaşı FHN DYNX-nin əməkdaşları tərəfindən təyin olunmuş qrafik üzrə sistemə baxış və texniki müayinələr keçirilir, yanğın-alarm sisteminin işlək vəziyyətdə olub-olmaması yoxlanılır. Eyni zamanda fövqəladə vəziyyətlərdə insanların təxliyə edilməsi, onlara ilkin tibbi yardımların göstərilməsi və sairə üzrə FHN əməkdaşları ilə birgə təlimlər olur. 

Yanğın təhlükəsizliyi sisteminə cavabdeh şəxslər gündəlik görülən işlər barədə hotelin rəhbər şəxslərinin iştirakı ilə keçirilən mini brifiniqlərdə hesabatlarını verir, sistemdəki çatışmazlıqların dərhal aradan qaldırılması üçün müvafiq tədbirləri görürlər”.

Sözügedən proses zamanı Fövqəladə Hallar Nazirliyinin səlahiyyətinə daxil olan məsələni aydınlaşdırmaq üçün qurumun özünə də sorğu ünvanladıq. Müraciətimizə cavab olaraq bildirildi ki, qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən, obyektlərdə, o cümlədən mehmanxanalarda və mehmanxana tipli obyektlərdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğuları bu sahədə lisenziyası olan şirkətlər tərəfindən quraşdırılmalıdır:“Belə ki, həmin şirkətlər tərəfindən bu qurğulara texniki servis xidməti göstərilməlidir. Mülkiyyət formasından asılı olmayaraq, bütün obyektlərdə olduğu kimi mehmanxanalarda və mehmanxana tipli obyektlərdə də binaların, qurğu və otaqların yanğın təhlükəsizliyinin təmin olunması, o cümlədən avtomatik yanğınxəbərverici siqnalizasiya qurğularının təmin edilməsi üzrə məsuliyyət bu müəssisələrin rəhbərlərinin üzərinə düşür. 

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri çərçivəsində obyektlərdə yanğın təhlükəsizliyi qaydalarının tələblərinin yerinə yetirilməsi, o cümlədən avtomatik yanğınxəbərverici siqnalizasiya qurğularının, eləcə də digər yanğından müdafiə vasitələrinin mövcudluğu və sazlığına müvafiq dövrülüklə həyata keçirdiyi yoxlamalar zamanı nəzarəti təmin edir. 

Yoxlamalar zamanı nöqsanlar aşkar edildikdə cavabdeh barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərinə uyğun dərhal inzibati xəta haqqında protokol tərtib edilir, tələbnamə yazılı şəkildə obyekt rəhbərinə təqdim olunur və çatışmazlıqların aradan qaldırılması onlardan tələb edilir. Əgər qeyd olunan nöqsanlar aradan qaldırılmazsa, qanunvericilikdə nəzərdə tutulmuş digər inzibati məsuliyyət tədbirləri tətbiq edilir”.

Sonda məlumat üçün bir daha qeyd edək ki, siqnalizasiya sistemləri binaları və onların sakinlərini yanğınla yanaşı, oğurluq, qaz sızması və digər təhlükələrdən qorumaq üçün istifadə edilən vacib alətlərdir. Potensial təhlükələri aşkar edən və onlara cavab verən bu sistemlər təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayır. 

Fidan Etibar

Oxunub: 40
Paylaş:
Digər xəbərlər

gundem / sosial / manset

13-02-2024, 09:52

Bakıda hoteldə yanğın olub: Ana və körpəsi xilas edildilər

sosial / manset

28-11-2023, 10:28

Sumqayıtda yanğın olub, xəsarət alan var

sosial / manset

23-09-2024, 09:07

Bakıda məktəb binası yaxınlığında yanğın

gundem / sosial / manset

9-09-2023, 13:57

Bakıda səkkizotaqlı evdə yanğın olub, xəsarət alan var

sosial / manset

13-04-2024, 11:12

Nəsimi rayonunda ikimərtəbəli yaşayış binasında yanğın olub

ULUSƏS TV
Son xəbərlər
  • Dünən, 18:11
    Türkiyə Uluslararası Elmlər Akademiyasının fəxri professoru, hüquq elmləri üzrə fəlsəfə doktoru və tanınmış şair Raqif Nazimoğlunun təqdimatında
  • Dünən, 08:36
    Orbanın həmin qərarını ləğv etdi
  • Dünən, 08:33
    Kosmosa insan embrionları göndərildi
  • Dünən, 08:30
    CIA rəhbəri Kubaya gözlənilməz səfər etdi
  • Dünən, 08:26
    Gün boyu enerjili qalmağın - Qaydaları
  • Dünən, 08:22
    “UAZ” dərəyə aşdı - Ölən var
  • Dünən, 08:18
    “Çin lideri mənə dedi ki, İrana hərbi yardım etməyəcəklər”
  • Dünən, 08:15
    Serenay Türkiyəni tərk edir
  • Dünən, 08:12
    Milyarderi montaj olunmuş görüntülərlə şantaj edib - 1,2 milyard dollar istədi
  • Dünən, 08:04
    Daha bir serial sevgisi gerçək oldu
  • Dünən, 08:01
    “Poseydon” bu nisbəti dəyişdirəcək
  • 14-05-2026, 09:00
    Sarkozinin 7 il həbsi tələb edildi
  • 14-05-2026, 08:41
    “Kızılcık Şerbeti”ndə sürpriz ayrılıqlar
  • 14-05-2026, 08:38
    Rekord istilər gözlənilir - Xəbərdarlıq
  • 14-05-2026, 08:35
    “Trampın siyirməsində Vensə məktub var”
  • 14-05-2026, 08:21
    Rubionun adını dəyişdirib Çinə buraxdılar
  • 14-05-2026, 08:18
    Milyardlıq biznesindən əl çəkib din xadimi olur
  • 14-05-2026, 08:14
    “İranla danışıqlarda irəliləyiş əldə etmişik”
  • 14-05-2026, 08:09
    Almaniyada bir pediatr 130 cinsi cinayətə görə mühakimə olunacaq
  • 14-05-2026, 08:06
    İran Fars körfəzində gəmiyə hücumda Küveyti günahlandırır
  • 14-05-2026, 08:03
    Bu ərazilərdə işıq olmayacaq
  • 13-05-2026, 18:50
    Tapdıq Əlibəyli- 65
  • 13-05-2026, 18:09
    Vatikanın “Bambino Gesu” pediatrik xəstəxanasının nümayəndə heyəti Azərbaycan Tibb Universitetində olub
  • 13-05-2026, 15:55
    “Vətən, vətəndir, onu dar ayaqda atmaq olmaz” deyənlərin hekayəsi – "Xüsusi Təyinatlı Qüvvələrin qaziləri, şəhid ailələri və veteranları" ictimai birliyinin sədri Məmmədzadə Bəhruz Qasım oğlunun qəhrəmanlıq yolu...
  • 13-05-2026, 08:48
    Tramp Çinə gedir
  • 13-05-2026, 08:45
    Dünyanın ən dinc ölkəsi açıqlandı
  • 13-05-2026, 08:38
    103 yaşlı həkim uzunömürlülüyün - 3 sirrini açıqladı
  • 13-05-2026, 08:34
    “Kuba bizdən kömək istəyir”
  • 13-05-2026, 08:30
    “Avroviziya 2026”nın ilk finalçıları müəyyənləşdi
  • 13-05-2026, 08:26
    Onları xəyanətdə ittiham etdi
  • 13-05-2026, 08:23
    Sərnişinlər metroda boş vaqonları əvvəlcədən görə biləcəklər
  • 13-05-2026, 08:20
    NBA oyunçusu 29 yaşında vəfat etdi
  • 13-05-2026, 08:16
    İran 5 əsas şərtini açıqladı
  • 13-05-2026, 08:13
    Rusiyaya gedəcəyini istisna etmədi
  • 12-05-2026, 21:21
    Tanınmış yazıçı-jurnalist Eşqi Bağırovdan kömək istəyir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə