• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

“Bizdə başqa adla köçürülən “sarı serum” şok yaradaraq ölümə səbəb olur”

sosial / manset

1-02-2025, 14:17

“Bizdə başqa adla köçürülən “sarı serum” şok yaradaraq ölümə səbəb olur”
Son zamanlar Türkiyədə həkim səhlənkarlığı ölüm hallarının yaşanmasına səbəb olur. Əsasən də səhhətində problemləri olan şəxslərin yoxlanılmadan, heç bir analiz vermədən müxtəlif dərmanlar qəbul etməsi onların həyatına son qoyur. Bu günlərdə qardaş ölkədə “atomic” və ya “sarı serum” kimi tanınan vitaminlərlə zəngin zərdablar gözlənilməz nəticə verdiyi üçün gündəmi zəbt edib. Belə ki, artıq 2 nəfər “sarı serum” (B12 vitamini ilə zənginləşdirilmiş venadaxili inyeksiya - red.) səbəbindən həyatını itirib.

Adanada yaşayan Selinay Yüksekbaş adlı iki uşaq anası qrip əlamətləri ilə məhəlləsindəki aptekə üz tutub. Bu zaman ona tərkibində “Novalgin” və 10 başqa dərman olan qarışıq hazırlanıb. Lakin S. Yüksekbaş bunun qəbulundan sonra xəstəxanaya aparılıb. Həkimlərin bütün səylərinə baxmayaraq, gənc qadını xilas etmək mümkün olmayıb. Bundan sonra sözügedən aptek işçisi saxlanılsa da, daha sonra sərbəst buraxılıb.

Daha bir hadisə isə Afyonkarahisarda baş verib. 38 yaşlı Mehmet Gündoğan qrip şikayəti ilə özəl klinikaya müraciət edib. Heç bir müayinə edilmədən ona “sarı serum” köçürülüb. Lakin o, nəfəs almaqda çətinlik çəkib və vəfat edib.

Türkiyənin Səhiyyə Nazirliyi həmin hadisələr fonunda kritik xəbərdarlıq yayıb.

Məlumatda bildirilib ki, bu tip zərdablar yalnız həkim nəzarəti altında və xəstəxana şəraitində tətbiq olunmalıdır. Çünki bu, allergik reaksiya riski daşıyan dərmanlar ehtiva edir. Həmçinin nəzarətsiz tətbiqi nəticəsində həyati təhlükələrə səbəb ola biləcəyi vurğulanıb: “Sarı serum” bəzi apteklərdə və özəl klinikalarda həkim resepti olmadan hazırlanaraq xəstələrə verilir. Ancaq bu təcrübə ölümcül nəticələrə səbəb ola bilir”.

Bu məqamda ortaya suallar çıxır: “Sarı serum” ölkəmizdə də tətbiq edilirmi? Ondan hansı hallarda istifadə etmək doğru hesab edilir?

Məsələ ilə bağlı peşəkar mütəxəssislərin rəylərini aldıq. Həkim-terapevt Günay Lətifova “Qafqazinfo”ya bildirdi ki, “sarı serum” hazırda Azərbaycanda çox tanınmasa da, istifadəsi mövcuddur: “Bu serum daxilində vitamin kompleksi olan “Thiamine”, “Niasinamid”, B6, B12 kimi ağrıkəsici əleyhinə dərmanlar kompleksidir. Biz adi venadaxili sistem köçürülməsinə yalnız narahatlıq hiss etdikdə, dərman qəbulunun effektini almadıqda və ya pasiyentlərdə birbaşa sürətli nəticə əldə etmək istədikdə üz tuturuq.

Türkiyədə gündəmdə olan “sarı serum” deyilən sistem günümüzdə aktual olmasa da, bizdə də istifadə edilir. Adı xüsusi olaraq “sarı serum” olaraq keçmir. Əslində problem bu sistem deyil, insanların özbaşına hərəkət etməsidir. Həmin serumun daxilində, ola bilsin ki, vitaminlər mövcuddur. Ancaq bu, hər orqanizmə uyğun bir proses deyil.

Mütləq şəkildə həkim nəzarəti ilə tətbiq edilməlidir. Əfsuslar olsun ki, bu gün bizdə də belə hadisələr çox olur. Əsasən qulaqdan-qulağa keçən bu müayinə üsulları insanların ölümünə səbəb olur. Bəzi tibb bacıları eyni şəkildə qarışıq preparatları insanlara məsləhət görürlər.

Ancaq bu halda maddələrin bir-biri ilə olan ziddiyyəti bədəndə əks reaksiya verə bilər. Çox təəssüf ki, günümüzdə bu tərkibli “sarı serum”lar eyni adla olmasa da, başqa adlarla bizdə də istifadə olunur. Və bunların hər biri orqanizmə əks reaksiya verə bilər. Azərbaycanda nəinki “sarı serum”, hətta, digər özbaşına yazılan sistemləri bədənə vurmaq hər bir halda təhlükəlidir. Təbii ki, bunlar anafilaktiv şok yaradaraq ölümə səbəb olur.

İnsan orqanizmi müxtəlifdir, həkim mütləq şəkildə analizlərə baxaraq resept yazır. Serum da buna əsasən təyin edilir. Və bunu qeyri-peşəkarlar edərsə, bədbəxt hadisə baş verə bilir. İnsanlarımız həkimlərə müraciət etməkdənsə, özlərinin uydurduğu müalicəni etməyə üstünlük verirlər.

Bu serumlarda vitamin kompleksi olsa belə, əgər orqanizmin buna allergiyası varsa, allergik reaksiya ilə nəticələnə bilər. Bu sistemi köçürməzdən əvvəl analizlərin alınması vacib məsələdir. Bu gün ölkəmizdə belə hallar çoxdur. Bəzən elə olur ki, pasiyentə bildiririk ki, ona bu qədər yüksək dozada kompleks vurmaq olmaz. Ancaq onlar bunu özləri təyin edirlər. Sonra qarşısını almaq üçün bizə üz tuturlar. Əgər “sarı serum” əks təsir göstərirsə, buna anında müdaxilə etmək lazımdır. İnyeksiya yalnız pozitiv analizlər nəticəsində tətbiq edilə bilər”.

G. Lətifova, həmçinin bildirib ki, hazırda Azərbaycanda bu kimi problemlərlə yanaşı, gözəlliklə bağlı peyvəndlər də gündəmdədir: “Bu gün Azərbaycanda gözəllik xatirinə serumlar da kəşf ediblər. Bunlar da mütləq şəkildə individualdır. Gəncləşmək xatirinə hər eşitdiklərini həkim təyinatı olmadan istifadə edirlər ki, bunun da nəticəsi heç ürəkaçan olmur. Bizdə bu tip proseslər adətən evlərdə və estetik mərkəzlərində baş tutur. Sağlamlıqla bağlı serumlar isə tibb bacılarının qulaqdan eşitdikləridir. Onların yazdığı reseptlərdə o qədər qarışıq preparatlar olur ki… Ağrıkəsici var, temperaturdüşürücü, vitamin kompleksləri var. Bu, biz həkimlər üçün çox yaralı mövzudur”.

Əczaçıların resept olmadan sistem köçürmələri həyata keçirməsinin hüquqi tərəfini öyrənmək üçün Vəkillər Kollegiyasının üzvü Mir Hüseyn Həbibli ilə əlaqə saxladıq. Vəkil bildirdi ki, əczaçıların ixtisaslaşmış tibbi xidmət göstərmək, şəxslərə müayinə və müalicə prosedurları yazmaq kimi hüquqları mövcud deyil: “Onların yalnız təcili halda, şəxsin həyati təhlükəsini aradan qaldırmaq üçüm həkiməqədər ilkin tibbi xidmət göstərmək səlahiyyətləri var. Əczaçıların şəxslərə reseptsiz dərman preparatı tövsiyə etmək və bunu tərtib etmək haqqı yoxdur.

Qanunvericiliyimizdə şəxslərə bu cür tibbi yardımların göstərilməsinin kimlər tərəfindən həyata keçirilməsi öz əksini tapıb. Dövlət tibb müəssisələrindən kənarda bu tip fəaliyyət özəl hesab olunur. Özəl tibbi fəaliyyət göstərən şəxslərin bu sahədə lisenziyası və praktik tibb fəaliyyəti ilə məşğul olması haqda sertifikasiyası olmalıdır”.

Həbiblinin sözlərinə görə, həmin sənədlər olmasa, onlar məsuliyyət daşıyırlar : “Hətta tibb təhsili olan şəxslərin də bu sənədləri mövcud olmasa, onlar da bu müayinələri həyata keçirə bilməzlər. Şəxslərin sağlamlığına zərər vurulsa, onlar buna görə cinayət məsuliyyəti daşıyırlar”.

Vəkil bəzi reseptsiz istifadə olunan dərman preparatlarının satılmasına da aydınlıq gətirib: “Azərbaycan Respublikasının qanunlarına görə dərman vasitələri həkim resepti əsasında satılmalıdır. Lakin həmin qanuna əsasən, təcili hallarda reseptsiz istifadə edilən dərmanların siyahısı Səhiyyə Nazirliyi tərəfindən açıqlanıb. Həmin siyahıda yer alan dərmanlar reseptsiz təqdim oluna bilər. Həmin siyahıda olmayan dərmanların reseptsiz apteklərdən çıxarılması qanun pozuntusu hesab olunur. Bu cür dərmanları reseptsiz satan əczaçılar məsuliyyət daşıyır”.

Göründüyü kimi, həyati məsələ ilə bağlı rəsmi qurumlar, eləcə də peşəkar mütəxəssislər tərəfindən dəfələrlə xəbərdarlıqlara baxmayaraq, hələ də bu cür preparatlardan nəzarətsiz şəkildə istifadə edənlər var...

Fidan Etibar

Oxunub: 54
Paylaş:
Digər xəbərlər

maraqli / manset

11-10-2024, 08:30

Kivi ilə bu problemlərdən xilas olun

dunya / manset

15-05-2024, 11:13

Gürcüstan parlamentində sarı təhlükəsizlik səviyyəsi qüvvəyə minib

dunya / manset

22-01-2023, 10:24

Soçi dağlarında içində insanların olduğu hava şarı ağaca ilişib qaldı

maraqli / manset

28-09-2023, 08:10

Çürümüş kartof iki rusiyalı gəncin boğulub ölməsinə səbəb oldu

gundem / dunya / ust / manset

5-01-2024, 13:02

Cənubi Koreya Sarı dənizdə cavab atəşi təlimləri keçirəcək

ULUSƏS TV
Son xəbərlər
  • Dünən, 19:30
    Vətən müharibəsi qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin Baş giziri Zaur Ələkbərov bu gün sizin gününüzdü
  • Dünən, 17:19
    Qalib gəldi ədalət!
  • Dünən, 16:19
    26 İyun – Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü
  • Dünən, 15:53
    Qalib ordunun şanlı salnaməsi
  • Dünən, 15:45
    Səni tanımaq bizə çox xoş oldu, əziz QARDAŞIMIZ!
  • Dünən, 14:59
    Vətənə sədaqətin əbədi ünvanı – İtkin döyüşçü Elşən Zakir oğlu Əsgərovun şərəfli ömür yolu
  • Dünən, 12:55
    Yaponiyada yenidən güclü zəlzələ oldu
  • Dünən, 12:50
    Bakıda II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu bədii hissə ilə bitdi
  • Dünən, 12:46
    “Azərbaycan Ordusu güclü dövlətçiliyimizin və milli təhlükəsizliyimizin möhkəm təməlidir”
  • Dünən, 12:41
    Şanlı tarixdən Böyük Zəfərə aparan ordu
  • Dünən, 12:34
    Vətən müharibəsi iştirakçısı vəfat etdi
  • Dünən, 12:30
    “Azər Türk Bank”ın şəhid əməkdaşı ordenlə təltif edildi
  • Dünən, 12:27
    “Narkotik asılılığı qarşısı alına və müalicə oluna bilən xəstəlikdir”
  • Dünən, 12:24
    Ordumuz gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir
  • Dünən, 12:21
    Paytaxt və bölgələrdə narkotik əməliyyatı - 9 nəfər saxlanıldı
  • 25-06-2026, 23:20
    Zərniyar Kərimova: “26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü milli qürur və qəhrəmanlıq bayramıdır”
  • 25-06-2026, 23:02
    Zaur Muradov: “26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü xalqımızın qürur və şərəf bayramıdır”
  • 25-06-2026, 22:29
    Shirvan Operating Company Ltd” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı Həmkarlar İttifaqı Komitəsinin sədri Taleh Məmmədov: “26 iyun-hərbi rəşadət, şərəf və igidlik bayramıdır”
  • 25-06-2026, 21:34
    Vətən ordenli gizir – Şəhidlik zirvəsinə ucalan qəhrəman Vidadi Nizami oğlu Zalov
  • 25-06-2026, 20:47
    Uşağın fikri vacibdir. Amma son sözü məhkəmə deyir.
  • 25-06-2026, 19:51
    Düşməni qorxuya salan Azərbaycan Ordusu
  • 25-06-2026, 18:37
    Peşəsinə sədaqətlə xidmət edən həkim-stomatoloq – Əliyev Samir Adil oğlu
  • 25-06-2026, 16:16
    “Əlvida bağça – Salam məktəb” adlı tədbir keçirilib
  • 25-06-2026, 13:10
    “Ondan yaxşı qardaş yox idi...” Şəhid gizir Vidadi Nizami oğlu Zalovun bacılarının ürək sızladan xatirələri.
  • 25-06-2026, 12:08
    Qardaş xatirəsinə yanan bir ürək – Gülnarə Həmidovanın mənəvi böyüklüyü
  • 25-06-2026, 11:36
    Qatarların hərəkət qrafiki dəyişdiriləcək
  • 25-06-2026, 11:32
    “Azeri Light” 76 dollara satılır
  • 25-06-2026, 11:29
    Azərbaycanda general 10 il sonra - Azadlığa çıxdı
  • 25-06-2026, 11:25
    60 yaşlı kişi mağazada öldü
  • 25-06-2026, 11:22
    Göygöldə “Niva” TIR-a çırpıldı - Xəsarət alanlar var
  • 25-06-2026, 11:18
    Naxçıvan Dövlət Universiteti dünyanın ən yaxşı TOP 800-1000 universiteti arasında
  • 25-06-2026, 11:15
    “Atəşgah Sığorta” CII ilə əməkdaşlığı genişləndirərək, IPPF statusu əldə etdi!
  • 25-06-2026, 11:11
    Dənizdə batan Vüqarın da meyiti tapıldı
  • 25-06-2026, 11:09
    “Citynet yeniləndi” - Hər kəs üçün daha da rahat olacaq
  • 24-06-2026, 20:44
    Səni xatırladıqca ürəyim fəxarətlə döyünür, Vətən oğlu...
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə