• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Maliyyə sektorunda çalışanların nəzərinə!

sosial / manset

18-08-2025, 11:42

Maliyyə sektorunda çalışanların nəzərinə!
Peşəkar mühasibatlıq maliyyə sektorunun formalaşması üçün beynəlxalq təcrübənin tətbiqi bu gün ən çox müzakirə olunan məsələlər sırasındadır. Məsələn bəzi ölkələrdə, o cümlədən Türkiyə və Almaniyada mühasibatlıq fəaliyyəti ciddi peşə sertifikatları və dövlət icazələri ilə tənzimlənir.

Azərbaycanda isə “outsourcing mühasibatlıq” xidməti üçün belə bir tələbin olmaması bazarda həm rəqabət, həm də keyfiyyətlə bağlı suallar yaradır.

Bəs, Türkiyə və Almaniyanın təcrübəsi ölkəmizdə də tətbiq oluna bilərmi?

Mövzu ilə bağlı “Qafqazinfo”ya açıqlama verən İqtisadiyyat üzrə fəlsəfə doktoru, Azərbaycanın fəxri auditoru Anar Bayramov deyib ki, mühasibatlıq sahəsində adı çəkilən ölkələrin maraqlı təcrübəsi var:

“Məsələn Türkiyədə mühasibatlığın iki əsas qolu var. Bunlardan biri SMMM-dir (Serbest Muhasebeci Mali Müşavir). Maliyyə müşaviri mühasibat uçotu, vergi bəyannaməsi və maliyyə məsləhəti xidməti göstərir. Bu şəxsin uyğun ali təhsili, ən azı 3 illik iş təcrübəsi, peşə odasına üzvlüyü və lisenziyası olmalıdır. YMM -Yeminli Mali Müşaviri isə SMMM tələblərindən əlavə olaraq vergi və maliyyə hesabatlarının hüquqi əsaslarını hazırlayır. Bu şəxsin ən azı 10 il peşə təcrübəsi və lisenziyası olmalıdır.

Almaniyada isə “Steuerberater” - Vergi Müşaviri vergi məsləhəti verir, bəyannamə hazırlayır və vergi orqanları qarşısında sahibkarın təmsilçisi kimi çıxış edir. Müşavirin ali təhsilli, 2-3 il təcrübəsi və müvafiq dövlət imtahanından keçməsi vacibdir. “Wirtschaftsprüfer” auditor isə audit rəyini və maliyyə hesabatlarını yoxlayıb təsdiqləyə bilir. O da ali təhsilə, 3–4 il ixtisas təcrübəsinə və dövlət qeydiyyatına sahib olmalıdır”.

Müsahibimiz təəssüflə qeyd edib ki, Azərbaycan inkişaf etmiş ölkələrin tətbiq etdiyi təcrübədən kənarada qalıb:

“Azərbaycanda “outsourcing mühasibatlıq” xidməti üçün nə sertifikat, nə də icazə tələbi var. İstənilən şəxs bu xidməti göstərə bilər. Bu da göstərilən mühasibat və audit xidmətinin keyfiyyətini xeyli aşağı salır. Nəticədə səhv hesabat və vergi riskləri artır. Unutmayaq ki, peşəkar hazırlıq sistemi olmayan yerdə keyfiyyətli xidmət gözləmək çətindir”.

Türkiyə və Almaniya modelində hansı üstünlüklər var?

Anar Bayramov hesab edir ki, peşə keyfiyyətinə ciddi nəzarət, vergi intizamının möhkəmlənməsi, saxta hesabatların qarşısının alınması və yerli kadrların beynəlxalq standartlara uyğun yetişməsi üçün xarici təcrübə vacibdir:

“Lakin Azərbaycanda bu modellərin hər hansı birinin tətbiq olunması üçün ilk növbədə sertifikat və icazə sistemi yaradılmalıdır. Yerli kadrlar üçün təlim proqramları hazırlanmalıdır. Eləcə də, universitet proqramlarına praktiki mühasibat və audit modelləri əlavə edilməlidir. Təbii ki, bu modellərə keçid zamanı kadr çatışmazlığı problemi ola bilər. Amma bu modellərə keçid zəruridir və gələcək üçün böyük fürsətlər açır. Bunun üçünsə əvvəlcə təcrübəli mühasiblər üçün sürətli sertifikat proqramları, gənclər üçün isə peşəkar yetişdirmə kursları təşkil olunmalıdır”.

Beynəlxalq təcrübənin tətbiqi bizə nə verə bilər?

Azərbaycanın fəxri auditornun fikrincə, beynəlxalq təcrübənin ölkəmizdə tətbiqi ilk növbədə maliyyə bazarına şəffaflıq gətirə bilər:

“Bu innovativ tətbiqlər hesabına peşəkar mühasib sadəcə hesabat tərtib etməyəcək, həm də sahibkarın biznesini maliyyə risklərindən qoruyacaq.
Maraqlıdır ki, bu zaman təkcə sahibkar yox, həm də dövlət qazanacaq. Belə ki, yaradılmış şəffaflıq mühitində vergi daxilolmaları artacaq, kölgə iqtisadiyyatı azalacaq, beynəlxalq maliyyə etibarlılığı güclənəcək. Unutmayaq ki, peşəkar mühasibatlıq milli iqtisadi təhlükəsizlik məsələsidir və yerli kadrların yetişdirilməsi bu sahədə uğurun yeganə yoludur”.

Oxunub: 2
Paylaş:
Digər xəbərlər

gundem / siyaset / ust / manset

22-01-2024, 16:47

Prezidentdən elektron mühasibat uçotu ilə bağlı FƏRMAN

iqtisadiyyat / manset

25-07-2025, 11:42

“TuranBank” beynəlxalq maliyyə qurumundan yerli valyutada kredit cəlb edib - 3 illik

gundem / manset

13-06-2025, 16:43

Expressbankın İdarə Heyətinə - YENİ TƏYİNAT

gundem / iqtisadiyyat / manset

14-02-2025, 12:24

Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu seçildi

gundem / ust / manset

10-09-2024, 13:16

İllik 10 min manat... - Təhsil haqqı və təhsil xərcinin fərqi nədir?

ULUSƏS TV
Son xəbərlər
  • Bu gün, 10:36
    Dövlət Proqramı ilə bağlı Qobustanda görülmüş işlər barədə tədbir keçirildi - Fotolar
  • Bu gün, 10:26
    İşdən çıxarılan həkim qardaşına yeni vəzifə verildi
  • Bu gün, 10:20
    “Səmərəli müzakirələri yüksək qiymətləndirirəm”
  • Bu gün, 10:16
    ABŞ-də neft ehtiyatları gözlənilmədən artdı - Qiymətlər endi
  • Bu gün, 10:12
    Süni intellektlər öz aralarında yeni bir dil yaratdı
  • Bu gün, 10:08
    Evini təmizləyərkən peçenye qutusunda sərvət tapdı
  • Bu gün, 09:52
    Qeşm adası yaxınlığında partlayış səsləri eşidildi
  • Bu gün, 09:48
    “Azərbaycan və BƏƏ sabitlik və dialoqa töhfə verir” - Hikmət Hacıyev
  • Bu gün, 09:44
    Azərbaycan və BƏƏ arasında münasibətlərin möhkəmləndirilməsi müzakirə edildi
  • Bu gün, 09:39
    İsrailə 40 min bomba satacaqlar
  • Dünən, 11:19
    Fərid Eyvazovun “Alliance Clinic”ində 146 manatlıq çek qalmaqalı
  • Dünən, 10:23
    “Bakcell”dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
  • Dünən, 10:18
    “Nəticələr uğurlu olarsa, təmayül modeli genişləndiriləcək”
  • Dünən, 10:14
    Bu yollarda “Yaşıl dalğa” rejimi tətbiq edilir
  • Dünən, 10:10
    124 min uşaq üçün ilk zəng çalınır
  • Dünən, 10:07
    İlk dəfə kosmosda silah yerləşdirdiklərini etiraf etdilər
  • Dünən, 10:03
    Ağaclara da hüquq verdilər
  • Dünən, 09:56
    NATO qırıcıları Litva hava məkanına daxil olan dronu vurdu
  • Dünən, 09:52
    Ürəyində tikiş iynəsi aşkarlandı
  • Dünən, 09:48
    Səudiyyə Ərəbistanında 110 milyon tonluq uran yatağı kəşf edildi
  • Dünən, 09:44
    “Partlayıcı” zarafatı baha başa gəldi
  • 14-09-2026, 10:20
    FHN ötən həftə 41 nəfəri xilas edib - 8-i azyaşlıdır
  • 14-09-2026, 10:16
    Bu 12 yolda tıxac var - Siyahı
  • 14-09-2026, 10:12
    Bakı metrosunda problem - Stansiyalarda izdiham yaranıb - Yenilənib
  • 14-09-2026, 10:05
    “Biz bu ehtiyatları çox sürətlə bərpa edirik”
  • 14-09-2026, 10:02
    Gəncədə iki nəfər bıçaqlandı
  • 14-09-2026, 09:58
    Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü
  • 14-09-2026, 09:54
    Bu ərazilərdə işıq olmayacaq - Xəbərdarlıq
  • 14-09-2026, 09:50
    Zelenskidən Rusiyaya - Yeni sanksiya zərbəsi
  • 14-09-2026, 09:46
    Gəncədə gəlin maşını işıq dirəyinə çırpıldı
  • 14-09-2026, 09:43
    “Qarabağ” qələbə qazana bilmədi
  • 13-09-2026, 11:53
    “Miqrantları silah gücü ilə deportasiya edəcəyik” - Almaniyada qalmaqal
  • 13-09-2026, 11:49
    Kralın dəfnindən iki gün sonra bacısı vəfat etdi
  • 13-09-2026, 11:44
    Bakıda bu yollar bağlıdır - Sürücülərin nəzərinə!
  • 13-09-2026, 11:40
    “Qarabağ” “Zirə”yə qarşı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə