• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Eyni əmələ iki cəza olmaz: Ali Məhkəmənin mövqeyi

sosial / manset

28-01-2026, 13:12

Eyni əmələ iki cəza olmaz: Ali Məhkəmənin mövqeyi
Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edilib.

Oxu.Az xəbər verir ki, bu barədə Ali Məhkəmə məlumat yayıb.

Bildirilib ki, müzakirə predmeti olan işin hallarına görə, məhkum vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törədib, habelə aldatma və etibardan sui-istifadə yolu ilə xüsusilə külli miqdarda əmlakı ələ keçirməklə dələduzluq edib. Həmin əməllər birinci və apellyasiya instansiya məhkəmələrinin qərarı ilə sübuta yetirilmiş hesab edilib.

Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində məhkumun təqsirinin sübuta yetirilmədiyi iddia olunaraq, cinayət işi üzrə icraata xitam verilməsi xahiş edilib.

Ali Məhkəmə kassasiya instansiyası kimi bu dəlilləri araşdıraraq belə nəticəyə gəlib ki, iş üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv qiymətləndirilib, məhkumun təqsirliliyi mötəbər sübutlarla təsdiq olunub və ona bəraət verilməsi üçün Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Bununla yanaşı, Ali Məhkəmə cinayət qanununun tətbiqi zamanı yol verilmiş hüquqi səhvi aradan qaldıraraq, öz mövqeyini ətraflı şəkildə əsaslandırıb.

Ali Məhkəmə qeyd edib ki, məhkumun vahid cinayət qəsdi ilə törətdiyi əməllər çərçivəsində faktiki olaraq altı milyon manatdan çox pul vəsaiti dələduzluq yolu ilə ələ keçirilib, əlavə olaraq 45 min manat məbləğində pulun ələ keçirilməsinə cəhd göstərilib. Hər iki hərəkət vahid niyyətlə həyata keçirildiyindən, onların ayrı-ayrılıqda müstəqil cinayətlər kimi qiymətləndirilməsi yolverilməzdir.

Ali Məhkəmənin hüquqi mövqeyinə görə, faktiki olaraq ələ keçirilmiş əmlakın dəyəri Cinayət Məcəlləsinin 178.4-cü maddəsində nəzərdə tutulmuş "xüsusilə külli miqdar" həddini təşkil etdikdə əməl bitmiş cinayət kimi həmin maddə ilə tam əhatə olunur. Bu halda eyni niyyətlə törədilmiş, lakin başa çatdırılmamış hərəkətlərin əlavə olaraq "dələduzluğa cəhd" kimi ayrıca tövsif edilməsi eyni əmələ ikiqat hüquqi qiymət verilməsinə səbəb olur ki, bu da cinayət qanununun tələblərinə ziddir.

Ali Məhkəmə vurğulayıb ki, vahid cinayət qəsdi ilə əhatə olunan əməl, eyni zamanda, həm bitmiş cinayət, həm də həmin cinayətə cəhd kimi paralel şəkildə tövsif edilə bilməz. Belə yanaşma cinayətlərin süni şəkildə çoxaldılmasına və Cinayət Məcəlləsinin 17.1-ci maddəsində nəzərdə tutulmuş cinayətlərin məcmusu anlayışının yanlış tətbiqinə gətirib çıxarır.

Bu hüquqi əsaslarla Ali Məhkəmə kassasiya şikayətini qismən təmin edərək, məhkumun Cinayət Məcəlləsinin 29,178.4-cü maddəsi ilə təqsirli bilinməsi hissəsini məhkəmə qərarlarından xaric edib. Apellyasiya instansiyası məhkəməsinin qərarı və birinci instansiya məhkəməsinin hökmü qalan hissədə dəyişdirilmədən saxlanılıb.

Oxunub: 2
Paylaş:
Digər xəbərlər

gundem / ust / manset

25-11-2025, 17:41

Dələduzluqda ittiham olunanın şikayəti əsasında həbs edilən şəxsə bəraət verildi

gundem / manset

30-01-2025, 12:39

Ali Məhkəmədən yol-nəqliyyat hadisələri ilə bağlı mühüm qərar

gundem / manset

10-06-2025, 14:21

Məhkəmə Alimpaşa Məmmədovun əmlakları ilə bağlı qərar verdi

gundem / siyaset

5-07-2024, 14:47

Məhkum hakimin təcridxanada yazdığı şikayət rədd edildi

gundem / manset

5-04-2023, 10:59

Paytaxtda saxta əlillik dərəcəsi verən həkimlə bağlı hökm ləğv edildi

ULUSƏS TV
Son xəbərlər
  • Dünən, 17:05
    Azərbaycan–İtaliya: strateji tərəfdaşlığının yeni və dayanıqlı mərhələsi
  • Dünən, 10:40
    Ulu Öndər Heydər Əliyevin 103-cü ildönümü: Azərbaycanın Dövlətçilik Tarixində Ölməz İrs və Lənkəran Rayonunda İnkişafın Davamlı Təzahürü
  • Dünən, 08:29
    Çində fişəng fabrikində partlayış - 21 ölü, 61 yaralı
  • Dünən, 08:26
    Faydaları sizi heyrətləndirəcək!
  • Dünən, 08:22
    Ağ Evin qarşısında atışma - Yenilənib
  • Dünən, 08:19
    “İranla mini-müharibədəyik”
  • Dünən, 08:14
    Öldürülən müdafiə nazirinin vəzifəsini də icra edəcək
  • Dünən, 08:11
    Zelenski təktərəfli atəşkəs elan etdi
  • Dünən, 08:08
    GTA VI-nın qiyməti nə qədər olacaq?
  • Dünən, 08:05
    “İranla uzun ümumi tarixə malik ölkənin Prezidentinin fikrini dinləmək çox maraqlı oldu”
  • Dünən, 08:01
    “İran BƏƏ-yə hücum etməyib”
  • Dünən, 07:58
    “13 illik boşluğu doldurmalı idik”
  • 4-05-2026, 21:09
    Bir qrup sayt rəhbəri, tanınmış media nümayəndəsi və teleekspert Azərbaycan Jurnalistlər Birliyinə üzv qəbul olundu
  • 4-05-2026, 20:17
    Şirvanda mini-futbol çempionatına start verildi – püşkatma mərasimi keçirildi
  • 4-05-2026, 15:48
    Bu gün tanınmış beynəlxalq hüquq eksperti İsmayıl Zalov Azərbaycan Jurnalistlər Birliyi-nin sədri Elçin Şıxlınski tərəfindən rəsmi üzvlük vəsiqəsi təqdim edilmişdir.
  • 4-05-2026, 15:36
    “Mən yaşayıram-əbədiyaşarlıq şəhadətnaməsi...”
  • 4-05-2026, 15:23
    “Böyük Yolun qardaşlığı...”
  • 4-05-2026, 13:33
    Tarix yenidən yazılır: qəhrəmanlıq, sədaqət və zəfərin canlı salnaməsi
  • 4-05-2026, 12:39
    “Azure Residence”də (Megafun) qanunlar zirzəmidə qalıb - Babək Babayev kimə arxalanır?
  • 4-05-2026, 12:16
    Tapdıq Əlibəyli - 65
  • 4-05-2026, 08:44
    Tramp İranın təklifini rədd etdi - “Elə şeylər var ki...”
  • 4-05-2026, 08:36
    Lənkəranda 36 yaşlı kişi çayxanada bıçaqlandı
  • 4-05-2026, 08:27
    ABŞ İranın təklifinə cavab verdi
  • 4-05-2026, 08:23
    Lerikdə 21 yaşlı gənci ildırım vurub öldürdü
  • 4-05-2026, 08:18
    Mingəçevirdə “Toyota” piyadanı vurdu
  • 4-05-2026, 08:15
    Makron Ermənistana səfər etdi
  • 4-05-2026, 08:11
    “Liverpul”u udaraq ÇL-ə vəsiqə qazandılar
  • 4-05-2026, 08:06
    Ser Aleks Ferqyuson xəstəxanaya yerləşdirildi
  • 4-05-2026, 08:03
    Nəsrin Cavadzadənin toyudur
  • 4-05-2026, 08:00
    İş zamanı halı pisləşən fəhlə vəfat etdi
  • 3-05-2026, 11:54
    Azərbaycandan keçməklə Ermənistana 8 vaqon gübrə göndəriləcək
  • 3-05-2026, 11:49
    “Şamaxı” “Sabah”a, “Zirə” “Qəbələ”yə qarşı
  • 3-05-2026, 11:38
    Keniyada yağışın yaratdığı fəlakət - 10 nəfər öldü
  • 3-05-2026, 11:35
    Arıqlamaq üçün ən effektiv məşqlər - Açıqlandı
  • 3-05-2026, 11:32
    Onlar bu gün Azərbaycan dilindən imtahan verəcək
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə