• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

“Sabit və ədalətli əməkhaqqı sistemi dövlət qulluqçusunda sabaha inam yaradır”

sosial / manset

20-03-2026, 11:28

“Sabit və ədalətli əməkhaqqı sistemi dövlət qulluqçusunda sabaha inam yaradır”
Dövlət idarəçiliyində aparılan institusional islahatların davamı olaraq, dövlət qulluğunda əməkhaqqı sisteminin daha təkmil, optimal və balanslı şəkildə həyata keçirilməsi məqsədi ilə Azərbaycan Prezidenti İlham Əliyev martın 19-da dövlət sektorunda əmək haqlarının tənzimlənməsi ilə bağlı bir neçə fərman imzalayıb.

“Qafqazinfo” “Report”a istinadla xəbər verir ki, islahatların baza prinsipi olaraq dövlət qulluğunda mükafat sistemi ləğv olunur.

Yeni yanaşmaya əsasən, dövlət büdcəsi hesabına ödənilən mükafatlar tamamilə ləğv olunur. Bu dəyişiklik həm kollektiv, həm də fərdi mükafatları əhatə edir. Belə ki, indiyədək dövlət qulluqçularının fəaliyyətinə görə verilən əlavə təşviq ödənişləri artıq mövcud olmayacaq və əməkhaqqı sistemi daha vahid və şəffaf struktur üzərində formalaşdırılacaq.

Ləğv edilən mükafatlara kollektiv mükafatlar və fərdi mükafatlar daxildir. Qeyd edək ki, dövlət qulluqçularının mükafatlandırılması məqsədi ilə hər il növbəti il üçün təsdiq olunan dövlət büdcəsində dövlət qulluqçuları üçün müəyyən olunmuş aylıq vəzifə maaşının 3 misli həcmində əlavə vəsaitlər nəzərdə tutulur. Həmin vəsait bayram günləri ilə bağlı kollektiv və fəaliyyətdə fərqlənməyə görə fərdi mükafatlandırma qaydasında ödənilir.

Milli Məclisin deputatı Ceyhun Məmmədov hesab edir ki, dövlət qulluqçularının əməkhaqqı sistemində tətbiq edilən yeni islahatların əsas məqsədi dövlət qulluqçularının maaşlarının artırılması və rifah halının yaxşılaşdırılmasıdır.

“Report”a açıqlamasında Ceyhun Məmmədov qeyd edib ki, burada başlıca hədəf onların maddi təminatının yüksəldilməsidir:

“Əvvəlki dövrdə vəziyyət belə idi ki, maaşlar aşağı olurdu və əlavə olaraq mükafatlar verilirdi. Lakin bu mükafatlar müntəzəm deyil, müəyyən aralıqlarla təqdim olunurdu. Yeni yanaşmaya əsasən isə mükafatlar ləğv edilir və onların əvəzinə maaşlar birbaşa artırılır. Bu da nəticə etibarilə dövlət qulluqçularının əməkhaqqının daha da yüksəlməsinə gətirib çıxaracaq. Nəticədə onların sosial rifahı yaxşılaşacaq və bu, özünü iş fəaliyyətində də müsbət şəkildə göstərəcək”.

Dövlət başçısının imzaladığı fərmanlar həmçinin də mürəkkəb və qeyri-şəffaf əməkhaqqı sisteminin sadələşdirilməsinə yönəlib. Belə ki, buna qədər dövlət qulluğunda mükafat sistemi, dövlət qulluqçusuna staja, hakimiyyət səlahiyyətinə görə, habelə vəzifə maaşının müəyyən edilmiş misli qədər verilən, dövlət büdcəsi hesabına ödənilən əlavələr, həmçinin dövlət qulluqçuları üçün müalicə müavinətləri nəzərdə tutulurdu ki, bunlar ləğv olunur.

Milli Məclisin deputatı Vüqar Bayramov ”Report”a açıqlamasında deyib ki, bu yanaşma dövlət sektorunda çalışan vətəndaşların sosial təminatının daha effektiv şəkildə dəstəklənməsinə, həmçinin vəzifə maaşları sisteminin vahid prinsiplər əsasında uyğunlaşdırılmasına xidmət edir:

“Əsas məqsəd bir tərəfdən dövlət sektorunda çalışanların, o cümlədən dövlət qulluqçularının əməkhaqqı və sosial təminat sisteminin təkmilləşdirilməsi yolu ilə onların sosial rifahının gücləndirilməsi, digər tərəfdən isə ümumilikdə dövlət sektorunda əməkhaqqına vahid və sistemli yanaşmanın tətbiqidir. Bu istiqamətdə həyata keçirilən tədbirlər həm beynəlxalq standartlara uyğunluğu təmin edir, həm də Azərbaycanda aparılan institusional və iqtisadi islahatların tərkib hissəsi kimi çıxış edir”.

Deputat vurğulayıb ki, Prezident İlham Əliyev tərəfindən imzalanmış son sənədlər dövlət sektorunun fəaliyyətinin təkmilləşdirilməsinə, eyni zamanda bu sahədə çalışanların sosial müdafiəsinin daha effektiv şəkildə təmin olunmasına imkan yaradır:

“Bu baxımdan qeyd olunan təşəbbüslər Azərbaycanda həyata keçirilən iqtisadi və sosial islahatların tərkib hissəsi olmaqla yanaşı, dövlət sektorunda səmərəliliyin, şəffaflığın və çevikliyin artırılmasına xidmət edir. Eyni zamanda, həyata keçirilən bu islahatlar müasir çağırışlara və ölkənin yeni inkişaf hədəflərinə uyğun olaraq idarəetmə sisteminin daha da təkmilləşdirilməsinə əlverişli şərait yaradır”.

Vurğulamaq lazımdır ki, yeni islahat tədbiri sabit və rəqabətqabiliyyətli əməkhaqqı sisteminə şərait yaratmaqla, dövlət qulluğunun da əmək bazarında rəqabət qabiliyyətini artırmağa imkan yaradır.

Deputat Elnarə Akimova dəyişikliklərlə bağlı “Report”a danışarkən qeyd edib ki, illərdir müxtəlif qurumlar arasında əməkhaqqı fərqlərinin yaratdığı narazılıq, motivasiya itkisi və qeyri-bərabərlik hissi artıq hamıya məlum olan reallıq idi. O, bildirib ki, eyni məsuliyyəti daşıyan, eyni yükü çəkən dövlət qulluqçularının fərqli şərtlərlə qiymətləndirilməsi yalnız fərdi deyil, sistemli problemlər yaradırdı.

“Dövlət qulluğu haqqında” qanuna edilən dəyişikliklər məhz bu ağrılı nöqtəyə toxunur. Vahid və sabit əməkhaqqı sisteminə keçid dövlət aparatında şəffaflıq və proqnozlaşdırıla bilən mühit yaradır. Bu isə təkcə maaşların bərabərləşdirilməsi deyil - bu, dövlət qulluqçusunun əməyinə verilən dəyərin obyektiv meyarlarla ölçülməsi deməkdir. İnsan amilinin təsirindən doğan subyektiv yanaşmaların azalması, karyera inkişafının daha aydın qaydalarla tənzimlənməsi idarəetmədə yeni keyfiyyət mərhələsinin başlanğıcıdır.

Ən vacibi isə budur: sabit və ədalətli əməkhaqqı sistemi dövlət qulluqçusunda sabaha inam yaradır. İnam olan yerdə isə məsuliyyət artır, təşəbbüskarlıq güclənir, dövlətə xidmət anlayışı formal vəzifə çərçivəsindən çıxaraq daxili motivasiyaya çevrilir. Bu dəyişikliklər kağız üzərində qalan islahat deyil, insan talelərinə, gündəlik həyatlara toxunan real dönüş nöqtəsidir”.

Bildirmək lazımdır ki, əvvəlki modeldə əməkhaqqının əhəmiyyətli hissəsi müxtəlif əlavələrdən formalaşdığı üçün gənc və yeni dövlət qulluğuna qəbul olunan əməkdaşların məvacibi nisbətən aşağı olurdu. Bu isə özəl sektorun əməkhaqqı və digər sosial təminat baxımından daha cəlbedici imkanlar təqdim etməsi nəzərə alınmaqla, müasir əmək bazarının şərtləri ilə tam uyğunlaşmırdı. Beləliklə, dövlət qulluğu sahəsində yeni əməkhaqqı modelinə keçid bu sahəyə peşəkar mütəxəssislərin, habelə gənc, istedadlı və peşəkar kadrların cəlb olunmasının stimullaşdırılmasına, eyni zamanda dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsinə yönəlib.

Bu məqama da “Report”a danışarkən diqqət çəkən deputat Azər Badamov bildirib ki, dövlət başçısının əməkhaqqı islahatları ilə bağlı imzalıdığı fərmanlar dövlət qulluğu sahəsində ədalətliliyin təmin olunmasına, özəl sektorla rəqəbətli əməkhaqqı sisteminin formalaşdılmasına imkan verəcək.

“Biz son zamanlar ölkədə struktur və institusional islahatlıarın davamlı şəkildə aparıldığını və mütəmadi olaraq təkmilləşmələrin edilməsinin effektivliyini müşahidə edirik. Son vaxtlar aparılan dövlət siyasəti səffaflığın artırılmasına və korrupsiyaya sövq edən amillərin aradan qaldırılmasına hesablanmışdır. Bu baxımdan dövlət başçımızın imzaladığı qanunverici aktlar dövlət qulluğu sahəsində ədalətli bir sistemin möhkəmlənməsinə xidmət edir. Son sərəncamla təsdiq olunmuş qanun da dövlət qulluğu sahəsində ədalətliliyin təmin olunmasına, özəl sektorla rəqəbətli əməkhaqqı sisteminin formalaşdılmasına imkan verəcəkdir. Bu da dövlət qulluğu sahəsindən özəl sektora kadr axının azalmasına, o cümlədən gənc peşəkar bacarıqlı kadrların dövlət qulluğu sisteminə cəlb olunmasının stimullaşdırılmasına töhfə verəcək”.

Oxunub: 1
Paylaş:
Digər xəbərlər

dunya / manset

23-02-2023, 08:15

Çadda dövlət qulluqçularının əqli imkanları yoxlanılacaq

siyaset / manset

11-07-2025, 14:08

“Şübhəli əməliyyatların monitorinqi” informasiya sistemi yaradılır

gundem / manset

5-01-2023, 19:00

Səttar Möhbalıyev: “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin mühüm tərkib hissəsidir”

gundem / sosial / manset

14-06-2025, 13:40

Azərbaycanda vahid pasport sistemi yaradıldı

siyaset / manset

8-04-2023, 10:40

Naxçıvan MR-in Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ləğv edildi

ULUSƏS TV
Son xəbərlər
  • Bu gün, 12:40
    “Ukraynanın Aİ-yə üzvlüyü Polşa kənd təsərrüfatı üçün təhlükədir”
  • Bu gün, 11:32
    Özünü prokuror kimi tanıtdı - Dələduzluq ittihamı ilə həbs edildi
  • Bu gün, 11:29
    Flora Kərimova bu gün evə buraxılır
  • Bu gün, 11:25
    Həftəsonu yola çıxanların diqqətinə!
  • Bu gün, 11:22
    “Azeri Light” bahalaşdı
  • Bu gün, 11:19
    “Xalqımızdan üzr istəyirəm...”
  • Bu gün, 11:09
    Paşinyanın dövründə Ermənistanın dövlət borcu 110% artıb
  • Bu gün, 11:05
    Culfada hərbçi dəm qazından öldü
  • Bu gün, 11:02
    Məhdudiyyətlərə görə FIFA-ya şikayət edəcəklər
  • Bu gün, 10:59
    Yaponiya zəlzələ zamanı sürüşüb
  • Dünən, 18:28
    ELAN
  • Dünən, 17:48
    Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
  • Dünən, 17:38
    Biləcəri qəsəbəsi 297 nömrəli orta məktəbin 10B sinif məzunlarının 50 illik yubileyi böyük sevinc və nostalji hisslərlə qeyd olundu
  • Dünən, 16:25
    Yaşıd baş daşları – ucalığın əbədiyyət şəhadətnaməsi...
  • Dünən, 14:24
    ELİN DUALARINDA YAŞAYAN ÖMÜR: ZİYALI ÖRNƏYİ ƏLİZAMİN HƏMİDOV
  • Dünən, 13:50
    “Mən Vətənin göz yaşlarını silmək üçün doğuldum”
  • Dünən, 11:55
    Azərbaycanda yumurta 1 qəpiyədək - Ucuzlaşdı
  • Dünən, 11:51
    Rusiya-NATO toqquşması qarşılıqlı nüvə zərbələrinə çevrilə bilər
  • Dünən, 11:46
    19 gündə 12 nəfər batıb - Rəsmi
  • Dünən, 11:41
    6 ay əvvəl də qəzaya düşmüşdü - Bu dəfə həyatını itirdi...
  • Dünən, 11:36
    “Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var?
  • Dünən, 11:17
    “İşimizi təhvil versək də, aylardır maaş ala bilmirik”
  • Dünən, 11:13
    “Oxford” təcrübəsi Qarabağ Universitetində
  • Dünən, 11:04
    Xankəndiyə qayıdırlar
  • Dünən, 10:41
    “Geropharm”ın diabet və piylənmə preparatları “Halal” sertifikatı aldı
  • Dünən, 10:36
    Adil Kərimli italiyalı həmkarı ilə görüşdü
  • 18-06-2026, 19:15
    TAPDIQ ƏLİBƏYLİ POEZİYASININ ENERJİSİ
  • 18-06-2026, 18:48
    Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının təşəbbüsü ilə Tibb İşçilərinin Peşə Bayramına həsr olunmuş tədbir keçirilib
  • 18-06-2026, 18:39
    “TABIA Group” və “FlyKhiva” arasında əməkdaşlıq memorandumu imzalandı
  • 18-06-2026, 18:23
    Sultan Hacıyev keniyalı nazirlə görüşdü
  • 18-06-2026, 18:19
    İlham Əliyev Bakıda açılış mərasimində
  • 18-06-2026, 18:14
    Özbəkistanlı futbolçu DÇ tarixində unikal rekord müəyyənləşdirib
  • 18-06-2026, 17:40
    Agentliyin departament müdiri işdən çıxdı: YÜKSƏK VƏZİFƏYƏ təyin olundu
  • 18-06-2026, 17:36
    Azərbaycanda QEYRİ-ADİ yeyinti: Çoban yüzminlərlə manat "qazandı"
  • 18-06-2026, 16:01
    İlham Əliyev Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantılarının açılış mərasimində iştirak edib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə