• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

“Sağlığında sahə həkiminin qəbuluna düşməyibsə, ölüm kağızı almaq olmur” - Rəsmi açıqlama

sosial / manset

9-05-2026, 11:39

“Sağlığında sahə həkiminin qəbuluna düşməyibsə, ölüm kağızı almaq olmur” - Rəsmi açıqlama
“Ölüm haqqında şəhadətnamənin alınmasında insanlar çox əziyyət çəkir, get-gələ salınır, məhkəmələrə üz tuturlar. Ən böyük əngəl TƏBİB-ə məxsus klinikalardan ölüm haqqında arayışın alınmasıdır. Əgər mərhum sağlığında sahə həkiminin qəbulunda olmayıbsa, dünyasını dəyişəndə yaxınları arayış ala bilmirlər. Yeganə yol məhkəmədir, bu isə əlavə xərc və zaman itkisidir”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə iqtisadçı Samir Əliyev sosial şəbəkə hesabında yazıb.

Ölüm haqqında şəhadətnamənin alınması prosedurunun çətinliyi, yaxını vəfat edənlərin əziyyət çəkməsi, get-gələ salınması mətbuatda dəfələrlə müzakirə olunub, bu barədə şikayətlər işıqlandırılıb.

Problemi yenidən gündəmə gətirən ekspert qeyd edib ki, TƏBİB-ə yeni rəhbər təyinatından sonra ölüm haqqında arayışın alınması prosedurunun asanlaşdırılması istiqamətində səy göstərilsə, yaxşı olar. Onun sözlərinə görə, əsas problem TƏBİB-də sistemin inteqrasiya olunmaması ilə bağlıdır, əks halda sistemə baxıb digər xəstəxanada müalicə almış xəstələr barədə məlumat əldə etmək mümkün olardı.

Bəs problemin həlli istiqamətində hansısa işlərin görülməsi nəzərdə tutulubmu? Qeyd olunan inteqrasiya məsələsi öz həllini tapacaqmı?

Məsələ ilə bağlı TƏBİB-ə ünvanladığımız sorğuya belə cavab aldıq: “Ölüm haqqında tibbi şəhadətnamələrin verilməsinin qayda və şərtləri Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası” ilə tənzimlənir.

Xəbəri rus dilində oxuyun: Бюрократия после смерти: проблема “посмертной” справки

“Ölüm haqqında tibbi şəhadətnamə” mülkiyyət formasından asılı olmayaraq, ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir.

Ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və ya tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında Qaydanın 4.4-cü və 4.5-ci bəndləri istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir”.

Bu açıqlamadan belə məlum olur ki, TƏBİB proseduru asanlaşdırmaq üçün səlahiyyətli orqan deyil.

Səhiyyə Nazirliyindən də təxminən eyni məzmunda, prosedur qaydalarını aydınlaşdıran cavab ala bildik: “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”na əsasən “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 2022-ci il 19 sentyabr tarixli 21 nömrəli kollegiya qərarı ilə müvafiq dəyişikliklər edilib. Dəyişikliyə əsasən ölüm haqqında şəhadətnamə həkim və ya feldşer tərəfindən “Ölüm haqqında tibbi şəhadətnamə” elektron registri vasitəsilə doldurulur, məlumatı dolduran şəxs və tibb müəssisəsinin rəhbəri tərəfindən elektron imza ilə imzalanır. Şəhadətnamənin verilməsi üçün müraciət edən şəxs vəfat edənin və özünün şəxsiyyətini və qohumluq əlaqəsini təsdiq edən sənədləri tibb müəssisəsinə təqdim etməlidir.

Tibb müəssisəsi tərəfindən qeyd edilən sənədlər yoxlanıldıqdan sonra vəfat edənin müraciət etmiş ailə üzvü və ya qohumu şəhadətnaməni elektron xidmət vasitəsilə (https://e-health.gov.az/Services?categoryID=2515) əldə edə bilər. Yuxarıda qeyd olunanlara əsasən, ölüm haqqında tibbi şəhadətnamə yalnız tibb müəssisələri tərəfindən verilir və göründüyü kimi burada heç bir problem yaşanmamalıdır.

Əlavə olaraq qeyd edək ki, mərhumun meyiti Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi”nin rayon və şəhər şöbələrində müayinə olunduğu halda mərhumun yaxınları həmin gün “Ölüm haqqında tibbi şəhadətnamə”ni ala bilirlər”.

Gülnar Əliyeva

Oxunub: 0
Paylaş:
Digər xəbərlər

sosial / manset

7-01-2024, 11:06

Alim Qasımov: “Aygünün ölüm xəbərini eşitdim, özümə gələ bilmirəm” - AÇIQLAMA

gundem / manset

13-03-2024, 11:14

TƏBİB-dən çağırışa gecikən təcili tibbi yardım həkiminin vətəndaşı təhqir etməsi iddiasına CAVAB

sosial / manset

10-02-2024, 19:31

Bakı həbsxanasında ölüm

dunya / manset

7-03-2023, 08:48

Avstraliyada ölüm rekordu qeydə alındı

manset / sou

13-11-2025, 08:33

Ölüm səbəbi açıqlandı

ULUSƏS TV
Son xəbərlər
  • Dünən, 10:13
    Bakı-Qazax magistralında avtomobil aşdı - Ölənlər var-Yenilənib
  • Dünən, 10:09
    Generala ağır itki
  • Dünən, 10:05
    Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
  • Dünən, 10:03
    Fransada dəhşətli tornado - Anbaan görüntülər
  • Dünən, 10:00
    Dəmiryoluna qəfil çıxan gənci qatar vurub öldürdü - Yenilənib
  • Dünən, 09:57
    Bu yollarda tıxac var - Siyahı
  • Dünən, 09:54
    İran Rusiya ilə birgə yeni AES tikmək istəyir
  • Dünən, 09:51
    “Hörmüz boğazı tam blokadaya alına bilər” - İrandan ABŞ-yə hədə
  • Dünən, 09:48
    3 günlük atəşkəs başa çatdı
  • Dünən, 09:44
    AfD Almaniyada qadağan edilə bilər
  • 7-09-2026, 10:36
    2 mindən çox gənci bir araya gətirən “Yay Fest 2026”ı yekunlaşıb
  • 7-09-2026, 10:04
    Həftəyə tıxacla başladıq
  • 7-09-2026, 09:56
    İkiqat Azərbaycan çempionu 52 yaşında vəfat etdi
  • 7-09-2026, 09:52
    Bu ərazilərdə işıq olmayacaq
  • 7-09-2026, 09:49
    Adlarının haqqını bir də verdilər - “Filenin sultanları”
  • 7-09-2026, 09:45
    Şəmkirdə evdən kişi meyiti tapıldı
  • 7-09-2026, 09:41
    “Qarabağ”dan çətin qələbə
  • 7-09-2026, 09:37
    Koxalski “Qarabağ”dan ayrılır - Azarkeşlərlə sağollaşdı
  • 7-09-2026, 09:34
    “Haqqınızı halal edin, vəziyyətim yaxşı deyil”
  • 7-09-2026, 09:31
    51 yaşlı kişini maşın vurub öldürdü
  • 6-09-2026, 19:21
    “Məktəbli məktəbinə getsin” – gələcəyimiz olan uşaqlara dəstək
  • 6-09-2026, 12:10
    Prezident Esvatini Kralını təbrik etdi
  • 6-09-2026, 12:06
    Faktiki hava açıqlandı
  • 6-09-2026, 12:01
    Yağış, sel, güclü külək... - FHN-dən müraciət
  • 6-09-2026, 11:58
    Ağ Ev Moskvadakı danışıqlarla bağlı şərh verdi
  • 6-09-2026, 11:52
    “Turan Tovuz” “Sumqayıt”a, “Qarabağ” “Araz-Naxçıvan”a qarşı
  • 6-09-2026, 11:47
    İsrail Livana cavab zərbələri endirib
  • 6-09-2026, 11:43
    “Mercedes” ağaca çırpılaraq aşdı - 26 yaşlı kişi öldü
  • 6-09-2026, 11:39
    Danışıqları üç saatdan çox çəkdi - Yenilənib
  • 6-09-2026, 11:35
    “Beşiktaş” derbidə “Fənərbaxça”nı məğlub etdi
  • 6-09-2026, 11:31
    İranda yanacaq tankeri partladı - 10 ölü
  • 6-09-2026, 11:04
    Sirab kənd məktəbində qanunsuzluq iddiaları: müəllimlərdən aylıq pul alındığı bildirilir
  • 5-09-2026, 21:23
    Naxçıvanda muzeyin fəaliyyəti ilə bağlı ciddi iddialar səsləndirilir – 300 illik eksponat məsələsi araşdırılmalıdır
  • 5-09-2026, 20:45
    Tahir Budaqovla yeni inkişaf modelinə qədəm qoyan Nəsimi rayonu- görülən işlər, atılan addımlar...
  • 5-09-2026, 18:21
    “Dublyaj sənətinin nəzəriyyəsi və Praktiki əsasları” nəşr olundu
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə