Mövcud epidemioloji vəziyyətlə əlaqədar "Azərbaycan Hava Yolları" QSC İrana və İrandan dan olan reyslərə bir sıra məhdudiyyətlər tətbiq edir.
ulusestv.az “Qafqazinfo” ya istinadən xəbər verir ki, sərnişinlər aviabiletlərin geri qaytarılması üçün biletin alındığı kassaya müraciət edə, onlayn alındığı təqdirdə isə 24 saat işləyən çağrı mərkəzi - callcenter@azal.az ilə əlaqə saxlaya bilər.
Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportunun müvafiq qurumları Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə birlikdə İrandan gələn reyslərdə sanitar-karantin nəzarətini gücləndirmiş, bu istiqamətdə əlavə tədbirlər görmüşdür.